Bir arzum, ay adamlar, qoyun deyim,Sağlığında qiymət verin insanlara,Yaxşılara sağlığında yaxşı deyin,Sağlığında yaman deyin yamanlara,Yalnız, yalnız sağ olanda,Hər kəs əsl qiymətini bilər onda.Bu sözlərim düz olmasa, töhmət edin,Sizdən rica eləyirəm milyon kərə,Şairlərə sağlığında hörmət edin,Sağlığında heykəl qoyun ölməzlərə…Gələcəyə çox da ümid bağlamayın,Sözünüzü sonralara saxlamayın.Zəhləm gedir sonralardanVaxtsız dinən zurnalardan,Boşboğazdan, avaradan,Toydan sonra nağaradan.Sağlığında sevindirin təmizləri,Siz həyatda bu amalla addımlayın.Sağlığında ifşa edin xəbisləri,Satqınlara sağlığında satqın deyin,Tülkü deyin tülkülərə,Aslan deyin aslanlara.Sağlığında qiymət verin insanlara…Hər kəs bilsin öz yeriniNecə sağdır,Bu, pislərin həyatını qısaltmaqdırYaxşıların həyatını uzatmaqdır…Bu nədəndir ölən kimi, qəlbimizdəAdamlara sevgi, hörmət aşıb-daşır.Ölən kimi yaxşılar da y axşılaşır.Yamanlar da yaxşılaşır…Çirkinlər də təmiz olur ölən kimi…Yadlar belə əziz olurÖlən kimi…

Xatirələr söyləyirik,Nekroloqlar qollayırıq,Hamısını ucdantutma yaxşı deyibO dünyaya yollayırıq.Bu gecikmiş xeyir-dua kimə gərək?Bundan məzar böyüyəcək,Ya ölənmi diriləcək?Xoşum gəlmirBu köhnəlmiş adətlərdən,Xoşum gəlmir…Bu sərdabə sevgilərdən,Hörmətlərdən xoşum gəlmir.İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,Bir an ömrü qızıl ölüm gələDəyişmərəm…Diri üçün iynə boyda hörməti mənÖlü üçün min heykələ dəyişmərəm.Düz deməsəm, onda məni bağışlayın,Üz tutaram uşaqlara,Qocalara, cavanlara,Sağlığında qiymət verin insanlara,Yaxşılara sağlığında yaxşı deyin,Sağlığında yaman deyin yamanlara…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri