Tutur əlimdən
Karvan kimi ötüb keçibÖmrümdən çox il,Cavanlığın nə zamandırEnib atından,Elədiyim yaxşılıqlarQalmır yadımda.Xeyirxahlıq toxum idi,Səpdim dünyaya,Dedim, bitsin ürəyindəYaxının, yadın…Kimə harda əl tutdumsa,Salmadım saya.O birdimi, o ondumuHesablamadım.Xeyirxahlıq pul ha deyil-Hesabla, götür,O əvəzsiz, o tükənməzÜrək varıdır.Bir insanın o birinəYadigarıdır.Adamlara ən dözülməz,Çətin anda daMən əl tuta bilməyəndəMəlal elədim.Mən etdiyim yaxşılığıQanmayana daDoğma ana südü kimi
Halal elədim.Bəzən olur, səhv edirəm,Bəzən çaşıram.Görürəm ki, belə çətin,«bəd» günlərimdəElədiyim yaxşılıqlarÇıxır qarşıma,Elədiyim yaxşılıqlarTutur əlimdən…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-tutur-elimden
← → düymələri ilə keçid, R — təsadüfi şeir