Qurban olduğum
Bir xeyli zamandır getdi, gəlmədi,Əhdi peymanına qurban olduğum!İstədi can verdim, qədir bilmədi,O şirin canına qurban olduğum!
Dedim: ayrılığa yoxdur tavanım,Ayrılıb getməsin sərvi-rəvanım!Bir daha dönməzmi yosma tərlanım,Adma, sanma qurban olduğum!(O təmiz qanına qurban olduğum!)
Mən hey göyə baxdım, göy mənə baxdı,Göylərə baxmaqdan gözlərim axdı!Şimşək oldu, ancaq bir dəfə baxdı,Baxdı qurbanına qurban olduğum!
Könül vermək istər bir müjdə yenə,Sevgili yurdumun gözəllərinə!Şerimə can verib, göylərdən enə,O haqq divanına qurban olduğum!
O mənim şerimin ruhu, rəvacı,Bütün gözəllərin başının tacı!Bilməzmi ki, onsuz ömrüm çox acı,Şöhrətü şanma qurban olduğum!
Gözəlliklər yapma, duyğular cansız,Mənə tən eyləyir hər yetən qansız.Atılan oxlardan çıx gəl ziyansız,Namü nişanına qurban olduğum!
Bir gecə yatmışdım qəmli, mükəddər.Qəlbimi sıxırdı sonsuz fikirlər.Birdən Günəş doğdu, açıldı səhər,Baxdı gözlərimə o qumral gözlər!
Səsimə oyandım, bomboş bir otaq,Dağların qarma dönmüşdü yataq.Eşqimə, duyğuma yoxdu bir ortaq,Bu iyi dünyada ixtilat qataq!-Batum, 1916*
Kitabxana.az · https://kitabxana.az/works/cavad-qurban-oldugum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən tuqayam, bir quşam,Oynayıb yorulmuşam.
MərsiyəCavan öldün, dünyadan kam almadın,Çox çalışdın, zəhmətdən heç doymadın.
Milli marş(Azərbaycan Xalq Cümhuriyyətinin himni)Azərbaycan, Azərbaycan!
Mirzə Abdulla (Sur) MəmmədzadəEy qardaşlar! Bir zamanlar elmisizlik dumanı,Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı.
Başqa şairlərin şeirləri
Əzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Gülsün bu yaltaq dişlərimBir zamanlar dağ çəkərdi zənciyə dağ dişlərimHəm günüm ağ idi onda, həm də ki ağ dişlərim.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,