Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələrSimaxi-ruhumu öpdükcə məsti-zevq olurum.Şaqır-şaqır ötüşündən, ey əndəlibi-səhər!Bir etila duyarım, başqa bir səfa bulurum.

Nədən şəfəqli bulutcuqlar öylə çöhrəndəBir ehtizaz ilə nəşr eyləməkdə şəbnəmlər?Günəş gülər, bulut ağlarsa, ey mələkxəndə,Səmadə qevsi-qüzehlər saçar təbəssümlər.

Bütün bir ömrə bərabərdir öylə hər gülüşün,Bilirmisin, gözəlim, ah, sən nə afətsin!?Bu abü tab ilə bir mevceyi-lətafətsin.

Çəkinmə, gül! Ləbi-ləlin həyatı güldürsün;Şu halə qarşı bütün bənliyim qalır məbhut,Baq, iştə heykəli-camid qadar əsiri-sükut...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar