Səhifə 1 / 6

1

Naxçıvanda cənab məarifşüar və fəzilətasar, qəmküsari-millət və cannisarimədəniyyət, əfəndim Məşədi Qurbanəli ağa Şərifov damə lütfəhü həzrətlərinin hüzurialilərinə vüsul olan 1428 rəbiül-əvvəl Dərsəadət.

Maarifpərvər əfənlim həzrətləri!

Əvvələn ümid və rica ediyorum ki, ricali-himmət və ərbabiqeyrət həpsi səlamülmizac olub kəmali-sihhət və istiqamətdədirlər.

Və saniyən lillahi-həmd vəlminnə, fədəvi sayeyi-mərahim-vayeyihəzrətixülafətpənahdə kəmali-əmniyyət və məmnuniyyətlə seyrü səyahət və kəsbi-mə’rifət edib, dürlü-dürlü istifadələr edirəm. İnşaallah təala, bundan sonra bə’zi əhvalati-layiqə və İttifaqiyyət lüzum peyda edirsə, müsamihə etməyib, təfsilən xidməti-aliyənizə mə’ruz edirəm. İştə artıcaq müzahimi-Övqat olmayıb, bir parça ixtisarən şərhi-hal ünvanilə ifadeyi-məram edəlim.

Fəzilətli əfəndim! Haman gün ki, fədəvi cənabınızla xudahafiz edib şimendifer mövqifinə rəvan oldum, gömrük qabağında beş arqadaş bir faytona minib əsnayi-rahda bir zavallı bəlayə uğradıq, böylə ki, fayton yüzüqoylu olub bizim həpimizi altına aldı və qayət rahatsız etdi; pərişanhal və pəjmürdəhal mövqifə varıb kəndimizdə yaman bir fənalıq müşahidə etdik. Sonra artıq zəhmətlə bilet götürüb şimendiferə minib gecə saət 9- da Uluxanlı mövqifinə varıb, bir qaç saət orada istirahət edib, sonra Batuma yeksərə bir bilet aldım; Tiflis mevqifində arqadaşlarım maraqlanıb iki gün onlarla Tiflisdə qalmağımı xahiş etdilər. Bəndə təmərrüd etməyib şeylərimi “xraneniyə” kantoruna ısmarlayıb faytonla “Axundov” mehmanxanəsinə gedib də qərar tutduq. Haman gün bir parça səyahət edib kəndi obamıza evdət eylədik. Yarınki gün bir ofitserə bomba atılmasını eşidib kəndimizdən dolayı bir parça və fənalıq müşahidə etdik.

Şimendifer biletinin vaqtının bitməsini və biri gün dəxi artıq bir fənalığa uğramağı məddi-nəzər edib də aqşam çağı şürişli və fəna bir zamanda kəndim fərdi-xeyir dışarda Şeytanbazarı keçdikdən sonra bir nəfər müsəlman bulunmaz ikən labüd və naəlac qalıb, Tanrıya pənah edib mevqifə yanaşdım. İçərisinə varıb da dəxi bir müsəlman görəmədim. Canım dəxi ziyadə sıqıldı, çünki hər bir tərəfdən fənalıq və darlıq görüb də ziyanlı bir kötülük müşahidə olunurdu.

Qərəz, tuli-kəlamə mübtəla olmayalım. Batum şimendiferinin vaqtı yaqınlaşdıqda qəbzi nasilşikə verdim, şeylərimi eyi bir kupedə cəm edib bizi rahatlandırıb getdi. Üç nəfər gürcü bənə Batuma kibi arqadaş oldu. Bir buçuq saət qədər onlarla alışdıqda bə’zi mətləblərdən: kəndilərinin məzlumiyyətindən ermənilərin cinayət və xəyanətindən və Qəlyanovun zülm və şəqavətindən nəql edib, atəşparə kibi yanıb yaqılırlar idi. Sonra həpimiz uyquya nail olarkən yekdigərimizdən istizan edib gecə saət 11-də uyuduq.

Səhər sübhdən uyqudan qalqarkən, şimendifer yolunun ətrafını seyr etmək ünvanilə baqarkən, gözümüz zavallı gürcülərin yanıb yaqılmış, qarət və yəğma olmuş dam və daşlarına düşdü: çe quyəm ki, nəqoftənəm behtərəst.

Qərəz, Batuma varid olub, bir qaç gün iqamətdən sonra “zaqraniçnı pasport” alıb azçoq yol tədarükü mühəyya edib və bir dəst “alafranqa” əlbisəsi və bir eyi fəs və başqa bir taqım şeylər cəm edib, “Paqi” adlı fransız vaporilə aprelin 19-da aqşam Dərsəadət tərəfə azim oldum və vaporda dört nəfər osmanlı türklərilə arqadaş olub, bir parça ümur oruşdum, çünki əfəndilər Moskovdan gəlmiş mali-fəturə taciri və oqumuş, dünyanın şimdiki əhvalü evzanından xəbərdar həriflər idi.

Ayın iyirmisində sübh vaporumuz Trabzona yanaşdı. Altı saət orada yük alacağını bilib, ufaq qayıqlara minib də bir qaç saət bə əzmisəyahət Trabzonda dolaşdıq... Trabzon çoq eyi və səfalı, ruhpərvər və nəş’ətgüstər bir bəldədir. Əvvəl dənizdən ufaq bir qəsəbə kibi görünürdü. Seyr edib gəzəndən sonra mülahizə etdim, böyük bir bəldə və kəndisi də vilayət (quberniya) məhsub olunur. Naxçıvana ordan bir açıq məktub da yazıb yolladım. Altı saatdan sonra vapora evdət edib rahət olduq. Vaporda iki nəfər dəxi arqadaş artdı. Birisi məktəbi-tibbiyyeyimülkiyyə mütəəlimlərindən və digəri dəxi məktəbi-tibbiyyeyinərbiyyə şagirdlərindən idi. Çoq zəki və kamallı çocuqlar idi. Bir-iki saat söhbətdən sonra uyuyub, sübh səhər çağı uyqudan qalqıb da kəndimizi Samsuna yetişmiş gördük və orada dəxi vaporun tə’viq etməsini sorub bildikdən sonra qayıqlarla altı arqadaş iskələyə yanaşıb doquz saət yeyib-içib səfalanıb hər bir soqaq və caddələri səyahət etdik və rüşdiyyə məktəbinin həyətinə gedib çocuqların jimnastik məşq etmələrinə tamaşa etdik və postaxanə qarşısından keçdikdə bir açıq məktub dəxi Naxçıvana yazdım. Vapora evdət edib, bir sutka dəxi yol getdik. Vaporumuz üç iskələyə yanaşdı, lakin çoq qalmadığından və küçük qəsəbələr olduğundan, düşüb getmədik. Axırıncı iskələ ki, Anapoldan ibarətdir, üç saət ora yanaşıb, sonra bir buçuq sutka – 36 saət birbaşa yol gəlib gecə saat üç buçuqda İstanbulun boğazına daxil olduq. Öylə ki, sübh açıldı, tamaşa etdik. Boğaz nə Boğaz!!! Allah zaval verməsin... Cayi-həmə yaran və əzizan xali! Müxtəsər, üç saət gözətləmədən sonra topçu əskərlərdən və iki nəfə kaptan təşrif gətirib, vaporu müayinə edib, sonra icazə verdilər. Bir buçuq saət Boğazın içi ilə yol

Nə deyim, danışmasam yaqşıdır!
Bütün dostların və əzizlərin yeri mə’lum! (farsca)

gəlib aqibət köprüyə yanaşdıq və Boğazın əvvəlindən köprüyə kibi hər bir tərəf imarət, məscid, bulvar, səyahət etməli və səfalı yerlər idi. Sərriştə əldə getməsin qayığa minib rıxtıma çıqdım. Amma Boğazın içində silah və bir para yazıdan dolayı bizi aradılar, lakin hiç bir şey bulamadılar. Haydı, yavrum, haydı, oğlum, Allaha ısmarladım – deyib bıraqdılar. Gömrükxanəyə çıqdıqda şeyləri açmağa və pasportları pişnihad etməyə paşalar əmr verdilər. Pasportu təqdim edib, şeyləri də açıb hazır məddi-nəzərdə qoydum. Bir çert tütünə səkkiz quruş cəza aldılar. Ələl-icmal qaydalı və pakizə zakonlar icra edirlər, amma əfsus, on bir tanə səccadəmin gömrükləməkdə 25 quruşa kibi bəndən yazıçılar rüşvət aldılar. Əhvalım yenə digərgun oldu, fəfəndim.

Cümleyi-mö’tərizə: “Mərhəmətli əfəndim! Əgərçi fədəvi şu səhifələri belə bir tulani yazmaqda kəndimə zəhmət bilmiyorum, amma sizin oquyan vaqt bıqmağınızı, yə’ni təngə gəlməyinizi təsəvvür edib də sizin fikrinizə qalıyorum.

Barı Sirkəcidə Babi-ali caddəsinin qarşısında “İzmir” otelində 13 gün iqamət edib, dünkü gün Validəxanda bir oda qonuşdum da, təğyiriməkan etdim... Səyahət etməli yerləri tədricən bir qaç günlər gəzib tamaşa etdim. Böyük məscidlər və bə’zi əntiqanələr, tramvaylar və yeraltı maşınları və bə’zi vaporlar və qeyrə və qeyrə. Qafqasyadan təhsilə gəlmiş ağaları, əfəndiləri bir-bir arayıb aqibət bir qaçını buldum və hər iki gündən bir bir yerdə olub, söhbət ediriz. Yeddi-səkkiz nəfərə kibi Beyruta dəxi təşrif aparıblar, amma hansılar ki, azca mə’lumatı var, bə’zi alçaq məktəblərə qəbul eyləyirlər, bu şərtlə ki, sinni az ola. Amma onlar ki, bir parça mə’lumat sahibidirlər, onlar hiç biri məktəblərə qəbul olunmaq istəmiyorlar, fəqət qabil ədiblər və fazil, zəkilər indində qeyri-rəsmi surətdə kəndilərinin maraqınca hansı bir elmə talib isələr, təhsil etməyə şüru ediyorlar.

Bəndə də əvvəl həvəsləndim ki, hər bir işdən sərfi-nəzər edib fəqət təhsilə məşğul olum. Sonra mülahizə etdim ki, bənim param bənim xərcimi ancaq bir buçuq sənə görə bilir. Ondan sonra hardan para bulacağam? Mütəhəyyir qaldım və boşladım.

İştə bənim əfkarım: bən, inşaallah-təala, əgər mümkün olursa, bütün müxtəsər partiya ilə olan bir iş və ticarət nəzərdə qoymuşam ki, gündə altı saət vaqt itirsin, fəqət sonra həm osmanlı üsuluca, həm də fransızca kəndi qomşumdan Şeyx əfəndi ki, qabil və zabitəli və ezvairuzgara xəbərdar bir müəllim və ədibdir, gündə üç saət kəndi əfkarımca təhsil edim. Müxtəsər, nerdə olursam, oqumaqda müsamihə etməyəcəyim. Və inşallah təala, təhsil etməyə gəlmiş əfəndilər ilə Qafqasyaya evdət etdikdə eyicə mə’lum olunar ki, onlar nə təhsil qılıb və bən nə kəsb etmişim.

Qərəz, baş ağrısı oldu. Bən ölüm, əfv ediniz!

İstanbulun havası gözəl, Boğazının havası pək gözəl və qarşısının havası dəxi gözəl və eyicədir. Vəssəlam. Ərzi-səlam məxsusi bəxidəmati-aliyeyi-mütai Əsədağa Kəngərli, səlləməhumullahi ənilhədəsan və ümdəttüccar Kərbəlayı Nəsrullah və Mirzə Nəsrullah ağa Əmirov və cənab Nəsirbəyov və Bektaşov və Şeyxov, E.Sultanov və Məhəmmədov və Məşədi Məhəmməd ağa Şərifov və hər ki, başəd zi hali-mən pürsan yək bə yekra duayi-mən bərəsan və əziz və ərcüməndim Əbdüləziz və Əbdüləzim və Əli əfəndiyə dəxi məxsusi salamım var.

Digər, əfəndim həzrətlərindən übeydanə rica ediyorum ki, məktubumun mütəvvəl və xəttinin müşəvvəş və kəlimatının mütəfərriq və hərcümərc olmasını əfv buyurub və üyubatından iğmazi-nəzər etsinlər. Əgərçi bə’zi əhvalatlar da qaldı, lakin nasıl edəlim, vaqta müsaidə yoq. Yoqsa təfsilən yazacaq oluyorum. Və illa xakpayınızdan təvəqqe ediyorum ki, cənab Şeyx əfəndiyə hər vəqt “Həblül-mətin” ruznaməsini oquyandan sonra verəsiniz və görəndə təməddünə qarşı təşviq və tərğib edəsiniz. Əl-əqəll Hüseyn Salik Rasizadə Naxçıvani, Dərsaədətdə, Validəxanda”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri