Səhifə 6 / 6 · 83%

Məktubun cəvabını bəklərim. Bir az da bu xüsusa dair mə’lumat.

Baqi buseyi-müxalisət.

H.Cavid

8

5 mart, 1910

Hüzuri-həmiyyətpərvəranələrinə...

Əfəndim, çoqdan bəridir ki, ərzi-səmimiyyət və ibrazi-məhəbbətdən məhrum qaldıq. Buüsamihəyi sizə həml edəməm, olsa-olsa yenə bənim tənbəlliyimdən nəş’ət edər bir haldır, daha doğrusu, səmimi bir qüsurdur. Fəqət əfv edərsiniz, deyilmi? Bir çoq zamanlarımı bilməyərək kor-koranə keçirdiyim için şimdi böyük bir inqilab içindəyim, keçmiş boşluqları doldurmalıyım, bir an qayib etmədən təlafiyimafatə çalışmalıyım...

Bir kitab mütiliə edərkən, sizinlə qonuşmuş kibi bir hiss duyurum. Onun için mə’zur görüləcəyimə əminim. Çünki qəlbiniz pək genişdir.

Əfəndim, yıl başını – şətarətli bayramınızı, təbəssümnüma baharınızı təbrik edərim. Cəsarəim əfv olunsun, bayram vizitlərində ruhlarımız arasında səmimi bir münasibət olan dostlara, məsləkdaşlara, mümkün olsa bənim tərəfimdən də təbriki-eyd edərsiniz.

Baqi, əlinizi sıqar, ağzınızdan öpər, ehtiramatımın qəbulunu acizanə rica edərim, əfəndim...

Küçük qardaşınız – Rasizadə Hüseyn Cavid

9

28 avqust, 1912, Tiflis

Hüzuri-alilərinə:

Möhtərəm və müəzzəz əfəndim, yenə sizi bir az təsdi etmək istiyorum. Bəndə sizdən ayrıldıqdan sonra Aqaraya, Faiq əfəndinin yanına getdiyimi biliyorsunuz. Orada bir ay qədər həm gəzib, həm də bağçada işləyib məmulun xaricində saf və sağlam bir hala gəldim. Sonra Qurcavaniyə gəlmək tstədim, fəqət bir-iki ofitser osmanlı türkcəsi öyrənmək için rica ilə bəni Tiflisdə saqladılar, nə sizin yanınıza gəlmək, nə də Naxçıvana getmək bana mümkün olmadı. Şimdi yavaş-yavaş məktəblər açılmağa başladı. Bir həftə əvvəl oraya gəlib sizin işlərdə işləmək için məktub yazmaq istədimsə də, iki ay əvvəl “Payızda iş başlanacaq, o zaman gələrsin” – dediyinizi xatırlayaraq, birdən-birə gəlmək arzusunda bulundum. Lakin məktəbdən əl çəkərək, xaric bir işlə məşğul olmaq qeydi bir az bana vicdan əzabı veriyordu. Nihayət, bu gün Gəncədən bir məktub aldım ki, məktəbi himayə edən ə’zayi-möhtərəmə yorulduğu! münasibətlə – hökumət mane olmadığı halda – məktəbiruhaniyyəyi bağlamağa qərar vermişlər, Bakının Səadət məktəbi də proqramı rus lisanında tə’qib etməyi müqərrər qılmış. Tiflisdəki İttifaq məktəbinə gəlincə, bunlar da Səadət planında yol getmək istiyor. Demək ki, milli lisana o qədər ehtiyac hiss edilmiyor.

Şimdi bu təfsilatı əldə etdikdən sonra bənim nə yolda hərəkət edəcəyimi düşününüz. Artıq hərçi badabad, işçiliyə – çornı raboçiliyə – qərar verdim. Daha bəndə vicdan əzabı olmaz. Bən də atamın proqramilə böyüsəydim, şimdi kim bilir nə məsləkdə idim? Sidqinin məktəbinə, İstanbula bəni təşviq edən siz oldunuz, başqalarının və kəndi paralarımı sərf edərək şimdiki hal və mə’lumata dəstrəs oldum.

Naxçıvanda bir gün bizim evdə məvaciblə yaşayanlar haqqında söylədiyiniz təcrübələri xatırlayaraq, bir müddət də o yolda hərəkət etmək istiyorum. Bəni iki yola sevq etdiniz. Haydı, üçüncüsünü də imkan ediniz, baqalım nə çıqır. Bir zaman rütubətli, havasız xanımlara məxsus odalarda vaqt keçirdik, bir zaman da qoy tozlu, topraqlı, yağmurlu, tufanlı səhnələrdə dolaşalım. Allah kərimdir, zənn edərsəm, fəna nəticə verməz. İşin nihayətində büsbütün zərərli çıqsam da, yenə kəndimi qazanclı ədd edərim.

Və böylə sizin yanınıza gəlməyimdə də əsla sizə məmariət etməyəcəyim. Əgər xoşlansanız, bir az yaqın bulunurum. Yoqsa, bir asuri işçisi kibi, işimə məşğul olurum, vəssəlam. Yalnız sizin bana eyiliyiniz küçük bir sərriştə vermək, iki gün yol göstərmək olacaqdır. Həndəsənin nəzəriyyatını gördük, əməliyyatını görmək də fəna deyil. Rus lisanında da az-çoq söyləmək və xırda-mırda işləri yazmaqda zəhmət çəkməm. Əgər təşəbbüs edəcəyim işdə az-maz para lazım olursa, borc-xərc onu da düzəldə bilirim. Hasili hər nə şərt icad etsə, çöl həyatına qarşı bəndə bir arzuyi-şədid var. Və böylə yazıb da sizi tə’ciz etməkdən məqsəd budur ki, siz də kəndi məmnuniyyətinizlə gəlməyimə cəsarət verəsiniz, bir də gətirilməsi lazım olan əşya varsa, mə’lum edəsiniz. Aqarada qaldığım bir aylıq çöl həyatı bəni öylə diriltdi ki, mədəni həyatdan bütün-bütünə sıqılmağa başladım.

Məktubumu aldıqdan sonra bir-iki saət düşünərək əvvəlimci postadan cəvab vermənizi acizanə rica edərim. Fəqət soyuq cəvab versəniz?!

Çox sıqılacağım.

Qardaşım Əzizə səlam, Cavadı öpürüm.

Baqi ərzi-ehtiram.

Hüseyn Cavid

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri