Q.Şərifzadəyə məktublar
Səhifə 5 / 6 · 67%
Xüluskari-bimiqdarınız Hüseyn Cavid Rasizadə
P.S.Bəndəniz bə’zi xüsusatda açıqca izahat verməkdən çəkiniyorum. Binaənileyh rica edərim məktubi-acizanəmi kimsəyə oqumayın.
Buraya çatanda qələmin ucu sındı (farsca).
6
Möhtərəm Şərifzadə həzrətlərinə xülusnameyi-acizanəm.
10 mart, sənə 1909
Səmimiyyətpərvər əfəndim həzrətləri!
Keçənlərdə müfəssələn təsdiə cəsarətyab olmuşdum. Bu gün fəzilətpərvər qardaşım Şeyx Məhəmməd ağa cənablarından bir məktub aldım. Lüzumu icabında sıqınmama razı olmadığını və təmdidi-təhsil için xərclik göndərəcəyini tə’min ediyordu. Üç-dört gündür ki, bir-iki tələbəyə dərs verib onlardan da əlli-altmış quruş həqqi-tədris alıyorum. Demək ki, istiqbalımız bir dürlü eyilənəcək kibi ədd oluna bilir. Binaənileyh keçən məktubumda qələyani-hissiyyatımdan təvəllüd edən bir fikri şimdi xalisanə bir surətdə təkrarə lüzum hiss etdim. Zatınızdan pək ziyadə rica edərim ki, bir daha kimsəyə para xüsusunda əsla, əsla bir şey yazmıyasınız. Həm sizin, həm bənim şimdiyə qədər sıqıldığımız yetər...
Keçən məktubunuzda Naxçıvana dair səthi bir mə’lumata nail oldum. Bu dəfəki məktubunuzda da əgər mümkün olsa, İrəvanda türkcə təhsil haqqında və maarifiislamiyyə naminə hiss olunan təşəbbüsat və iqdamata dair bir şey yazmanızı rica edərim. Diriğ buyurulmayacağını səmimanə ümid edərəm. Keçən məktubumda unutdum isə, şimdi, uğurlu bayramınızı acizanə təbrik edərim.
Lütfdidəniz Rasizadə Hüseyn Cavid Naxçıvani
7
Naxçıvanda hüzuri-həmiyyətməndanələrinə.
14 həziran – iyun, 1909
(Yalnız kəndiniz oquyacaqsınız...)
Əfəndim! 20 mayısda mühərrər məktubunu (yaxud məktubunuzu) keçən həftə Hacıbaba ağanın kantorundan aldım. Bidayətindən nihayətinə qədər iki-üç dəfə təkrarələttəkrar oqudum. Gah məsrur, gah məmnun, gah məhzun oldum. Şu mütənəvvəri, müxtəlif əhvala mə’ruz oluşum da məktubunuzda mündəric müxtəlifülməal cümlələrdən irəli gəliyor. Məktubun bir tərəfi güldürüyor, digər tərəfi ağlatıyor, bir tərəfi gah giryələr, qəzəblər içində xəndələr saçıyor, gah ümidlər, təbəssümlər içində ruhu, vicdanı titrətiyor, müəzzib ediyor. Bununla bərabər şu cümlələr, şu girislər, şu düşüncələr hər nöqteyi-nəzərdən olursaolsun həpsi gözəldir, həpsi mühakiməlidir, həpsi həqiqətdir.
Məktubun ilk səhifəsi hər şirindillinin, hər insaniyyətpərvər qiyafəsinə girənin iddialarını boş və şarlatanlıqdan ibarət kibi göstəriyor. Və sonra da “xud qələt bud ançe ma pəndaştim” misrai-mütəəssifanəsilə o məsələyə xitam veriliyor. Bu xüsusda ciddən pək haqlısınız, əfəndim! Lakin eyicə düşünməli ki, “təbiət”də bad-həva hiç bir şey olamaz. Hər şeydə, hər məsləkdə, hər xüsusda bir tərbiyeyi-müntəzəmə, bir mümariseyiməxsusə vardır ki, insan o tərbiyə ilə tə’qib edəcəyi məsləkdə kəsbi-ixtisas etməlidir, böyük bir nüfuzi-nəzərə malik olmalıdır. Bizim milləti-nəcibədə bu ixtisasa, bu iqtidara təsadüf edilməz. İranın (həzarpişə, kəmmayə!) sənətkarlarına məxsus buqələmun bir iste’dada malikiz ki, ciddən nəzəri-mühakiməyə alınsa, hiç birimizdə iki paralıq fikir olmadığı təbyin edər.
Hələ Naxçıvana dair yazdığınız mütaliatı mühakimə edərkən pək ziyadə mükəddər oldum. Sonra düşündüm ki, bu da bənim bu məhzun oluşum da boş bir şey... Niçin? – deyəcəksiniz. Çünki naxçıvanlılardakı hissi-milli, əcəba, bir tərbiyeyi-mədəniyyə məhsulumudur, yaxud nagahani bir ətiyyə, bir ilham nəticəsimidir? Təbiidir ki, ilhammilham nəticəsi deyil, o bir qələyani-müvəqqət, bir həyəcanihəvayidən başqa bir şey deyildir. Mə’lumunuzdur ki, “Hay ilə gələn huy ilə gedər”. Çünki ani bir həyəcan ancaq ani bir həvəskarlıq tevlid edə bilir, fəzlə edəməz.
Tərbiyeyi-mədəniyyəyə gəlincə ki, əsas odur – əlhəmdülillah, o, külliyyən məfquddur. Bu səbəbə bəndəniz iranlıların və Qafqasın hənuz mədəniyyətə yaqlaşmamış tərəflərinin atisini iyirmi, otuz sənəyə qədər pək zəhmətli və qaranlıq görüyordum. Niçin? – deyəcəksiniz... Çünki əsas yoqdur, əfəndim, əsas!? Əsası, kökü bərkitmək için yalnız “evolyusion” – qanuni-təkamülə ehtiyac vardır. Cüz’i və səthi bir idman və mümarisə istər, yoqsa işdə əsas olmaz isə, inqilab hiç bir
Bizim düşdüklerimizin həpsi yanlış imiş (farsca).
fayda verməz. Fəqət məmafih mən Qafqasyanın istiqbalını – İrana nisbətlə – daha ziyadə parlaq görüyorum...
Bizə yalnız məktəb lazımdır, bütün inqilabati-mədəniyyə həp məktəb məhsuludur...
Sonra kəndimizə dair də bir-iki sətir yazmaq istiyorum.
Əfəndim! Keçən aylarda Hacı Rəsul ağaya yazdığınız məktubu – açıq olduğu için – oxuduqdan sonra müşarileyhə təqdim etmişdim. Fəqət bana dair yazılmış olan yedi-səkiz sətirlik istirhamati-məskənətpərvəranəyi çizdikdən sonra... çünki bənim kəndim cahil olmaqla bərabər, hər nasılsa qəlbim pək çoq həssas yaradılmışdır. Hər bir incə şeydə, bir iğbirar tuyuyordum və hər bir hərəkatımı hissiyyatıma uydurmağa məcburum. Baxüsus ki, Türkiyədən də əl öpmək, ətək öpmək mərasimi çoqdan bəri qalqmışdır?!! Bəncə təməllüq, müdahənə bilməyən və qeydi-minnətdaridən varəstə olan bir çoban Sultan Rəşad kibi hürr bir padşahdan daha hürrdür, daha heysiyyətlidir. Şimdi burada bir adama tə’riz etmək istəmiyorum. Bəlkə bəncə bu hal bir dəsturi-səmimidən ibarətdir. Şərəfi-ziyarətinizə nail olacağım zaman pək uzaq deyil, o zaman uzun-uzadıya qonuşuruz.
Əvət, sözümüzə gələlim: Hacı Rəsul ağanın ailə və bəradəri İstanbula gəldikdən sonra başı çoq qarışıqdır. Ziyarət etmək pək mümkünsüzdür. Şimdiyə qədər odasına bir qaç dəfə getmişim, təşərrüf edəməmişdir.
Keçən gün də uğradım, yenə yoq... Fəqət məsəleyi-ətiqədən bütünbütün vaz keçmənizi təkrar rica edərim... Keçən gün Mirzə Məhəmmədəli xan cənabları ilə müfəssəl surətdə görüşdük. Zati-alilərinə pək ziyadə ərzi-ehtiram ediyorlar... Zeynalabdin Səfvətə gəlincə, onunla da iyirmi gün əvvəl öpüşdük, vidalaşdıq. O, şimdi Təbrizdə, təbii şimdiyə nə vəchlə olursa-olsun, bilmiş olursunuz.
İstanbula dair hiç bir şey yazmaq istəmiyorum. İdareyi-ürfiyyə qalqmış, sükunət və əmniyyət hökmfərma, ciddiyyət və fəaliyyət azacıq görünməyə başlıyor. Ingiltərəyə hey’əti-məxsusə göndəriliyor. Zatən vüquati-hazirəyi siz bə bizimlə bərabər biliyorsunuz, yazmaq fəzlə...
Qaldı kəndim. Kəndimə dair sizə bir məsləhət etmək istiyordum. Öylə bir məsləhət ki, ən lüzumlu və əhəmiyyətlidir. Bən kəndim bə hər hal istədiyim kibi düşünüyorum.
Əfəndim! Bən, sağlıq olsun, marta qədər Qafqasyayı ziyarət edəcəyim, ziyarətinizə ki, bəncə, ən böyük səadətdir, nail olacağım. Lakin İstanbuldan yavaş-yavaş soğumağa başlıyorum. Səbəbi isə məsləkimizə aid səfəhatı qismən – yə’ni bizə lazım olacaq dərəcədə görmüş kibi oldum və qüvveyimaliyyə də zatən yan baqmağa başlıyor, hətta qüvveyi-maliyyəyə malik olsam belə, yenə İstanbula vida etməyi məsləhət görüyorum. Şimdi mükəmməlcə bir əcnəbi lisanına ehtiyacım var ki, iki-üç sənə uğraşmaq lazım, ona da para yoq. Ən məsləhəti bu ki, ruscayı öyrənməyə çalışarım. Əgərçi ingiliscə, almanca, fransızca lisanlardan birini layiqiylə öyrənmək vacibdir, fəqət na çarə ki: “Dəsti-biçarə çün bə camə nəhəd, çarə cöz pirəhən dəridən nist”. Lakin burası da var ki, gələcək sentyabrda rüşdi məktəblərindən birində ayda üç lirə qədər, bəlkə daha ziyadə maaşla tədris edə bilərim. Çünki əsnayimüzakirədə bildiklərimdən bir-ikisi bana söz verdilər. Zatən sözə nə hacət. Darülfünün və e’dadi müəllimlərinə (farsi tədrisatı) nöqteyi-nəzərindən faiq olmasam belə, bərabər olacağıma hiç bir şübhəm yoq.
Şimdi bən düşünüyorum ki, əgər bir əcnəbi lisanını, o millətin kəndisi kibi, yə’ni layiqiylə bilmək arzu etsəm, laəqəlli üç sənə hiç bir şeyə baqmadan onunla uğraşmalıyım. Şimdi burada hər zəhmətə mütəhəmmil olub da aldığım maaş ilə, fəqiranə bir güzəran ilə burada üç-dört sənə qədər dəxi həm tədris, həm də tədərrüs edə bilirim.
Lakin, lakin... validəm, vətənim, vətəndaşlarım bütün-bütün unutulacaq bir hala gəlir. Şimdi burada binlərcə iş başında sahibi-heysiyyət tatar, türküstanlı, qafqaslı, kırımlı vardır ki, hər təhsilini ikmal etdikdən sonra İstanbullu olmağı da onlara zəmlə, bir osmanlı olub getmişdir.
Bu bəncə pək güc...
Şimdi bənim son nöqteyi-nəzərim rusca qayət mükəmməl bilmək və ən birinci düşüncəm də budur. Zənn edərsəm, eyi çalışsam, iki sənədə müvəffəq olurum. Əlsineyisəlasəyə gəlincə, onlardan birini ruscadan sonra, ehtiyac hiss edəcək olsam qırq yaşımda belə oqurum.
Şimdi Qafqasyaya döndükdən sonra Naxçıvan ilə hiç işim yoq.
Səbəbini anlatmağa qalqışsam, on yapraq daha yazmaq lazım. Bəlkə siz yek nəzərdə o əsbabı mühakimə ilə anlarsınız.
Şimdi əsil məqsəd vətənə xidmət, həm də layiqiylə xidmət etməkdir. Bakıda kafi dərəcədə müəllim var. Gəncədə hakəza. Şimdi bəndəniz əgər mümkün olsa, əvvəl Tiflis, sonra İrəvan. Bunlardan hər hankisini məsləhət görürsəniz, bəncə də məqbul olur. Bən dərs verəcəyim yerdə gecələri bir tərbiyəli rus ailəsi içində yaşamaq arzu ediyorum ki, həm tədrisatımda istədiyim kibi ciddi çalışırım, həm də dörd sənəlik
Çarəsiz adam ətəkdən tutduqda, köynəyi yırtmaqdan başqa çarə yoxdur (farsca).
zəhmət və məsaiyi iki sənədə bitiririm. Əgər rus evində qalmaq mümkün olmasa da, başqa nöqteyi-nəzərdən yenə arzuma nail olurum.
Fəqət Naxçıvanda yaşamaq bəncə ən məhalatdandır. Lakin Naxçıvanda da hər yazın tə’til zamanları istədiyimiz projeləri tərtib edər, ziyalı gənclərin gözünü açmaqdan geri durmarız. Əgərçi bir naxçıvanlı bir məsələyi mühakimə edərkən – bəqeyri həqq – maaş, para kibi xəyalata da qapılır, fəqət bizim yeganə məqsədimiz xidmət, həm də səmimanə xidmətdir. Bənim düşündüyüm qazanc-ziyan: iki sənə evlənməmək, hər gün dört-beş saət dərs oqutmaq, iki-üç saət də rusca çalışmaq. Nə bir qəpik artırmaq, nə bir qəpik borclu qalmaq. Bir qəsəbə, bir köydə olsa da olur. Bən bu hesaba razıyım, vəssəlam.
Kitabxana.az · https://kitabxana.az/works/cavid-q-serifzadeye-mektublar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir zamanlar sənin pənbə kölgəndəPək bəxtiyar idim, nazlı dilbərim.
Bu gecəDərin-dərin uçurumlar, vərəmli fırtınalar,Bütün-bütün sıqıb əzməkdə ruhumu bu gecə.
Çəkinmə, gül!Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələrSimaxi-ruhumu öpdükcə məsti-zevq olurum.
Çəlik qollar(Bakı işçisinə)**Onlar, o çəlik qollar, o qollardakı qüvvət
Başqa şairlərin şeirləri
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Çay dəstgahıÇün nəsimi-səhəri-sübh, dili-heyrani,Et nəzər, gör necə təhrik qılıb dəryani,
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.