Sevinmə, gülmə, quzum!
Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə;Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!Sevinmə başqasının hali-pürsəfalətinə,Toqunma qəlbinə bikəslərin, zavallıların.
İnan ki, bir acı söz, bir baqış, bir incə gülüşKədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar.O qəlb avunsa da, aldanma, incinib küsmüş,Sağalmaz iştə o, yıllar keçər də həp sızlar.
Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir günQızar, həmən gücənib intiqam alır səndən.Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün!Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!..
Kitabxana.az · https://kitabxana.az/works/cavid-sevinme-gulme-quzum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmşirəzadəm için*Kədərli, sisli bir aqşamdı, ağlıyordu səma;
Türk əsirləriErkək, qadın, əsgər, çocuq, ixtiyar— Əsir — deyə, minlərcə türk övladı:
UyuyorƏsmə, dur! Əsmə, ey nəsimi-bahar!Uyuyor, yari-işvəkar uyuyor.
Verdim o gün ki, zülfi-pərişanə könlümüVerdim o gün ki, zülfi-pərişanə könlümü,Saldı nigar o zülfdə zindanə könlümü.
Başqa şairlərin şeirləri
Badi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Əcəb sevdadı bu, sevdayə düşdümƏcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,