Beşinci pərdə
Səhifə 1 / 2
I səhnə
Məzarlıq... İmamzadə günbədi... Onun yanında namaz qılınmağa məxsus bir oda. Ətrafda
məzarlar, yeşil bir çinarla iki-üç sərv ağacı. Ötədə-bəridə vəhşi güllər. Daha iləridə yaşıl bir təpəcik.
Buludlu səhər, uzaqdan həzin-həzin çoban düdüyü çalınır. İki məzarçı məzar qazımaqla məşğuldur.
Birincisi – ixtiyar, ikincisi – gəncdir. Birinci məzarçı qalın səslə oqur.
Birinciməzarçı
Biri ölməzsə dirilməz birisi,
Hiçdir ömrün sonu yaxud gerisi.
Olsa qurnaz nə qadar bir tilki,
Boğazından çıqacaqdır dərisi. (topraqdan çıqardığı qafa tasını süzərək bir yana atar)
İk inciməzarçı
(bəzəkli bir məzarı birinci məzarçıya göstərərək)
Bu qəbir, söylə kimindir, əcəba?
Birinciməzarçı
Bu hərif varlı bir axmaqdı, xəsis,
Nazlı bir yosmaya olmuşdu ənis.
Yetişib var-yoqu oynaq qadına,
Yedirir hər gecə oynaşlarına.
(İkinci məzarçı qazdığı məzardan bir əyri sümük çıqarıb gülərək)
İk inciməzarçı
Bu çürük qozbelə baq bir, bu bunaq
Topraq altında da qozdur, sarsaq.
(Yandakı çuqura atır)
Birinciməzarçı
Qomşumuzdur, o da bir rəngə girən,
Daima söz götürüb, söz gətirən
Bir uğursuz ki, bu gün susmuşdur.
İk inciməzarçı
(ətrafa baqaraq)
Kimdir onlar?
Birinciməzarçı
İki qızğın mə’mur.
İki əskəri mə’mur təlaş içində gəlir. İk incimə’ mur
Bana baq! Ey!..
Birinciməzarçı
Nə imiş? Əmr ediniz!
Birincimə’ mur
Söylə, Sabbahı, Əbu Tahiri siz
Burda görmüşmüsünüz?
Birinciməzarçı
Yoq, əsla!
Birincimə’ mur
(arqadaşına İmamzadə ilə namazgahı göstərir)
Haydı, sən durma, bu ətrafı ara.
(məzarçılara)
Öylə xainləri kim saqlarsa,
Görəcək ən qaba, dəhşətli cəza.
İk inciməzarçı
Onların məskənidir şimdi məzar.
Birincimə’ mur
Nə məzar? Hanki məzar?
Birinciməzarçı
(ikinci məzarçının ətəyindən çəkərək)
Sus, murdar!..
Sana əyləncəmi bir cəngavər. (ətrafda yeni suvanmış məzarı mə’mura göstərir)
Baqınız, burda gömülmüş ölülər.
Birincimə’ mur
Kimə lazım ölülər, heyvana baq?!
İk incimə’ mur
(gəlir)
Kimsələr yoq.
Birincimə’ mur
Gedəlim.
(iki-üç adım gedər, təkrar dönərək)
Ey bana baq!..
Yoq o xainlər için qurtulacaq.
Kim tutub versə, mükafat alacaq.
Az deyil, iştə yüz altın... Düşünün,
Bunca sərvət ələ düşməz hər gün.
(Gedərlər)
İk inciməzarçı
Böylə fürsət ələ keçməz gerçək.
Birinciməzarçı
(onun başına bir yumruq vurur)
Sən öküzsün, buna yoq bir deyəcək,
Bizə altınmı verirlər? Şaşqın!
Dağılıb cinləri xaqanımızın
Yenə Sabbahı bağışlar er-gec,
O zaman sən yaşamaqdan vaz keç. Sabbah
(Əbu Tahirlə arqadakı boş məzardan)
Kimdir onlar?
Birinciməzarçı
İki azğın mə’mur...
Sabbah
Nə diyor?
Birinciməzarçı
Sizləri izlər də durur,
Söylüyor, onlara yoq qurtulacaq.
İk inciməzarçı
Görsələr məhv edəcəklər.
ƏbuTahir
Sarsaq...
Sabbah
(hər birinə ikişər altın verər)
Al, saqın, kimsəyə bildirmə bizi.
Birinciməzarçı
Bu nə mümkün... Bilirik həddimizi.
ƏbuTahir
Gedəlim.
(Uzaqlaşırlar) Sabbah
Gəl, buradan qurtulsam,
Bəni haqqilə tanır Xacə Nizam.
Birinciməzarçı
(qafasını sallayaraq oqur)
Biri izlər, biri dəhşətlə qaçar,
Biri dovşan, biri qızmış canavar.
Üç qarış topraq ikən son yatağın,
Bu didişmək nəyə lazım bu qadar.
Pərişan qiyafətli, başı açıq, saçları dağınıq, yarım sərxoş,
əlində bir dəsti – Xərabati onlara yaqlaşır.
İk inciməzarçı
İştə, bir səndələyən canlı məzar,
Hər gün etməkdə bizim səmtə güzar. Qaldırıb dün o şərab dəstisini,
Sayğısız az qala vurmuşdu bəni.
Birinciməzarçı
Saqın, əsla ilişib durma, qızar,
Onda çılğınlığa bənzər hal var.
(Çalışırlar)
Xərabati
(yeni məzarlara yaqlaşır)
İştə Rəmzi, bu da biçarə Vəfa,
İştə Sevda, bu da nazəndə Səfa.
Beş gün əvvəl gülüşürkən xoşkam, Susdular zəlzələdən bir aqşam. (hər məzar üzərinə bir avuc şərab sərpər)
Bu sənin, baq, bu sənin, al, bu sənin,
Bu da Xəyyamın əməl qönçəsinin.
(bir avuc da ətrafdakı məzarlara sərpər)
Sizin olsun bu da, ey əhli-qübur!
Abi-Kövsər denilən badə budur!
(Bir qədər də özü içər)
İk inciməzarçı
Yenə sərxoşdur o, pozmuş qafayı.
Birinciməzarçı
Durma, qaç, gəldi cənazə alayı.
Müftimüridlərilə gəlir. Bir yanda durub Xərabatini dinlər. Cənazəyi namazgaha
gətirirlər. Xərabati avcunu şərabla doldurub göyə doğru sərpər, alaycı qəhqəhə ilə.
Xərabati
Bu da göylərdə gülən sultanatın,
Sən də iç, bəlkə açılsın qanatın.
Uç fəzalarda, yorulsan bizə gəl,
Evdə küplər dolu, yoq bir əngəl.
Gəl, bərabər içəlim, nəş’əyə dal,
Verməsin könlünə hər qayğı məlal.
Sərxoş ol, bunca ağır faciələr
Səni ürkütməsin əsla!.. Desələr
Çökdü evlər, qırılıb ailələr,
Sən haman zevqinə baq, etmə kədər.
Müfti
(kinli və sinirli)
Sus, yetər, sus, bu nə yersiz həzyan. Xərabati
(dəstiyi Müftiyə uzadır)
Al bir az sən də iç.
Müfti
(əsa ilə vurur)
Azğın heyvan!
(camaata)
Qətli vacibdir, o tüğyan eylər,
Çıldırıb Tanrıya isyan eylər.
Naib
Küfr edib dursa, əvət, məl’unlar,
Yağacaq zəlzələlər, taunlar.
Müfti
Böylə mürtəddi yaşatmaq yaramaz.
Naib
Vurun ölsün!
Xərabatinin boğazını yaqalar.
Xərabati
Bıraq!..
Camaat
Alçaq, haylaz!
(Vurub yandakı uçuruma düşürərlər) Naib
(yerdən bir daş alıb atar)
İştə al!
Camaat
Sus da, gəbər!
Müfti
Oh, miskin!
Bu da az böylə ədəbsizlər için.
Namazgaha keçərlər, içəridə “Allahu əkbər” səsi yüksəlir.
Birinciməzarçı
(arqadaşına)
Haydı, gəl, gəl bəri, başlandı namaz.
İk inciməzarçı
Gedəlim, feyz alalım biz də bir az.
Əldəki qazmaları bıraqıb onları izlərlər. Xəyyam dalğın bir halda Saiblə bərabər
gəlir. Sevdanın mərmər daşlı məzarı qarşısında durur. Saib saqsıdakı yeni açmış
“həmişəbahar”ı məzar üzərinə qoyub geri çəkilir.
Xəyyam
(ətrafı süzərək)
İştə, ən sevgili şən dostlarımız
Qara topraqda uyur yapyalınız.
Gülməz artıq o gülümsər yüzlər,
Bizə küskündür o munis gözlər.
Hanı Sevda, o bənim göz bəbəyim? O bənim sevdiciyim, şən çiçəyim? (fidandakı qönçələri oqşayaraq)
O yetişdirdi bu tər qönçələri,
Bunlar olmuş onun əyləncələri,
Bu çiçək solsa da bir gün güləcək, Nazlı Sevdaya nə mümkün gələcək?! Uyuyub qaldı, onun həsrəti çoq,
Bu amansız gecənin gündüzü yoq! Parlayıb söndü qaranlıqlarda,
Bir xəyal oldu, nə səs var, nə səda.
Saib
Pək gecikdik, gedəlim.
Xəyyam
Azca dayan.
Saib
Sizi üzməkdə təəssür, həyəcan.
Xəyyam
Bəni üzmüşsə təəssür, həyəcan,
Onu didməkdə məzarında çiyan.
(göz yaşını silərək)
Bana göz yaşları işgəncə verir,
Onu əqrəb və yılanlar gəmirir.
Bəni boğmaqda qaranlıq bir hal...
Gəmirir beynimi bin dürlü xəyal.
Qaradır gördüyüm əlvan əşya...
Qara yer-göy, qaradır rəngi-ziya.
Of, qaranlıq şu bəyaz mərmər də,
Nazlı, məqbərdə yatan dilbər də. (göyə baqaraq)
Yaslı gəlməkdə bulutlar da bana, Bənziyor sevgilimin saçlarına.
Baq, günəş daldı qaranlıqlarda,
Sanki məqbərdə gülümsər Sevda. O fəzalar belə müzlim pərdə,
Bir ədəm dalğası var hər yerdə.
Həp qaranlıqdır, əvət, sirri-həyat. Qoca Xaliq də qaranlıq, heyhat!..
Düşüncəyə dalar. Müfti yanındakılarla çıqar, dinlər.
Müfti
İştə, Xəyyam, o sapıtmış insan,
Püskürür göylərə nifrət, isyan.
Naib
O da ölsünmü?
Müfti
Xayır, şimdi xayır...
Öncə Bağdad ilə uzlaşmalıdır.
Az deyil çünki tərəfdarı onun,
Həm Məlikşah ona az-çoq məftun.
Naib
Böylə fürsət bulunur sanma, xocam.
Müfti
Dur, gələn vardır.
Naib
(dönüb baqar)
Əvət, Xacə Nizam.
Uzaqda karvan çanları səslənir, bir taqım hökumət ərkanı ilə Xacə Nizam yaqlaşırlar.
XacəNizam
İştə Xəyyam, o xəzandidə bahar...
Xəyyam
Çoq gecikdimmi?
XacəNizam
Əvət, şübhəmi var?
Bəkliyor çünki Məlikşah, əl’an,
Yola düşməkdə Hicazə karvan.
Xəyyam
Gedəlim, bəncə bu təbdili-həva
Verəməz könlümə bir zərrə səfa.
(gələnlərin arasında Saqiyə də bulunur)
Əcəba sən niyə gəldin, çiçəyim?
Saqiyə
Gəlmişim bən də bərabər gedəyim.
Xəyyam
Yol uzaqdır, üzülürsün, yavrum.
Saqiyə
Etməyin söhbətinizdən məhrum.
Xəyyam
Evə dön, qayğıya yol vermə yenə,
Munis ol bağçamızın güllərinə. Oqşa ən sevgili həmşirə kibi,
Yaşar onlarda da Sevda qəlbi.
Gözü yaşlar dolu hər tazə çiçək
Səni, yoq şübhə, salamlar gülərək.
Seç, bəyən hansına etdinsə məraq,
Hər səhər incə dəmətlər yaparaq,
Bu yatan sevgili nakama gətir,
Söylə, öksüzlərinin töhfəsidir.
Saqiyə
Öksüzüm bən də, qırılmış qanatım,
Getmə mümkünsə.
(Ağlar)
Xəyyam
Aman, evladım!
Gözlərindən saçılan incilərin
Qalacaq izləri qəlbimdə dərin.
Ətrafda coşğun musiqi
XacəNizam
İştə, xaqan yola çıqmış, gedəlim.
Xəyyam
(Saqiyənin alnından öpər)
Əlvida... Ağlama, yavrum, gözəlim!..
(Uzaqlaşırlar)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/cavid-xeyyam-besinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yanda bir köşk... Qarşıda gül, yasəmən fidanları, sərv ağacları... Ortada fəvvarəli bir*havuz... Arif bir masa yanında əli alnında uyquya dalmış. Gecə aydınlığı... Coşğun*
İkinci pərdəMadriddə yüksək və möhtəşəm bir yapı... Sağda başqa evlər, solda güzlük ağaclar...*İkindi çağı, bulutlu hava... Göy gürlər, şimşəklər çaqar... İb lis ixtiyar professor*
Üçüncü pərdəBelçikada sülh qurultayı... Salonun sağ tərəfində rəyasət hey’ətinə məxsus masa və*qoltuqlar qoyulmuş. Hey’ət ə’zaları dürlü millətlərə mənsubdur. Yanlarda mühərrirlər*
Dördüncü pərdəİsveçrədə parlaq və möhtəşəm bir salon... Səhnədə üstü içki və məzələrlə dolu üç masa görünür.*İçəridə daha geniş salon, masalar və dans yerləri var. Sol Masada ArifləRə ’ n a... Sağda alman,*
Başqa şairlərin şeirləri
Ömrün günün cəfasından,Odum keçib,külüm qalıb…
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Ənbərin, zülfinmidir, ya müşki-tatarın dururƏnbərin, zülfinmidir, ya müşki-tatarın durur,Köydə kovkəb əqdi həm, lölöyi-şəhvarın durur.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi