Məzmun
  1. I. muxtariyyət nədir
  2. Iı. məhəlli muxtariyyət
  3. Iıı. muxtariyyət bizə nə verəcək?
  4. Iv. muxtarıyyətə layıqık
  5. V. muxtariyyəti nə cür ala bilərik
  6. Vı. muxtariyyətimizin əsl əsası

Səhifə 3 / 3 · 67%

Iıı. muxtariyyət bizə nə verəcək?

Rusiya bu saat alt-üst olur. Başsızlıq o qədər artıb ki, sabaha sağ çıxmağa ümid yoxdur. Azərbaycan da Rusiya kimidir. Bir tərəfdən rus soldatları camaatımıza qorxu çəkdirir, o biri tərəfdən də camaatın özü dinc durmur; bir-birinin canına düşüb, həlak eləyir. Qamçı gücü ilə tərbiyə almış camaat qamçıdan xilas olan kimi qəfəsdən çıxan bir yırtıcıya bənzəyir. Ölkə nizama salınmalıdır. Köhnə rus hökuməti öldü. Təzəsi yoxdur. Olsa da ondan bizə bir o qədər fayda olmayacaq. Çünki, “tat dilini tat anlar”. Bizim milli və dini ehtiyaclarımızı özümüzdən başqa özgəsi düşünə bilməz. Böylə olduqda cəmi məsələlərimizin həllini millət məclisindən gözləməli. Ən əvvəl millət məclisinin borcudur ki, ölkəmizi dərəbəylik bəlasından qurtarsın. Çünki bu nizamsızlıq uzun çəksə, camaatımız tərk olub gedər. Ümid budur ki, muxtariyyətimiz başa gələn kimi, milli qoşunumuz vasitəsilə Azərbaycanda əmin-amanlıq hasil olar.

Topraq məsələsi də həllini muxtariyyətdən gözləyir. Kəndçi və əkinçilərimiz topraq üstə çox müsibət çəkiblər. Bir tərəfdən topraq azlığı, o biri tərəfdən köhnə hökumətin vətənimizə yerləşdirdiyi malakanlar (mühacirlər) işi qarışdırıb. Millət məclisi öylə qanun yazacaq ki, topraqsızlara topraq paylanacaq. Kəndçinin güzəranı yaxşılaşacaq. Tahı güclülərdən yumruq görməyəcək. Fəhlə qardaş da ümidini muxtariyyətimizə bağlamalıdır. İndiyə kimi fəhləni adam sayıb eyləmirdilər, onu incidirdilər, pulunu kəsirdilər. Biçarə fəhlələr gündə zavodlarda və neft quyularında hədər yerə tələf olurdular. Onların qeydinə, külfətinin imdadına çatan olmurdu. Güclülər fəhlələrin zoru ilə pul qazanıb kef eləyirdilər, fəhlələr isə sabahın çörəyinə möhtac idilər.

Bu müstəbidlər muxtariyyətimizin gücü ilə ortalıqdan götürüləcək. Xülasə, hər kəsin nə dərdi var, əlacını millət məclisindən gözləsin. İndiyə kimi ana dilində məktəb açdıqda rus hökumətindən qorxurduq. Çünki rus hökumətinin fikri bu idi ki, bizi dinimizdən, dilimizdən, dədə- baba adətlərimizdən geri salsın. Indi allaha şükür, səy eləyirlər ki, Azərbaycanın özünün hökuməti olsun. Bu hökumətin də çox adamları müsəlman olduğu üçün, hər bir məsələmiz özümüzün xahişi ilə əmələ gələcək. Deməli, camaata o ki lazımdır, ana dilində məktəblər açılacaq. Oxumaq xərci ucuz olduğu üçün, hamı oxuyub, yazmaq bilib, elm öyrənəcək. Elmi olan millət dünyada asanlıqla yaşaya bilər. Bizim də cəmi fikrimiz budur ki, nəcib millətimiz özgələrə möhtac olmayıb, rahat dolansın. Dünya beş gündür. Bu dünyada bolluq, salamatlıq ilə ömür eləməlidir. Öylə eləməlidir ki, dirilik, xoşbəxtlik olsun. Bunun da nicatı muxtariyyətimizdədir.

Iv. muxtarıyyətə layıqık

Yüz il olur ki, biz türklər rus qılıncı zorilə Rusiyaya tabe olmuşuq. Amma bu yüz ildə bəzi barədən istiqlaliyyətimizi əsla unutmadıq. Məsəla, bir xeyli rus dəftərxana və məhkəməsini tanımaq belə istəmədik. Aramızda baş verən çox işlərdə məsləhət yerimiz həmişə ağsaqqallar olurlar. Ağsaqqallar qanlıları barışdırırlar; bir-birindən incimiş ər-arvad arasında barışıq yaradırlar; iki adamın biri bir hadisədən zərər gördükdə zərəri təqsirkardan alınıb zərərdidəyə verilir. Böylə adətlər aramızda hökmdür. Rusiyada sud gördüyü işi bizlərdə qazı və ağsaqqallar görürlər.

Bunun səbəbi nədir? Bu degilmidir ki, bizim camaat öz milli işlərini özgə əlinə verməyi istəmir, baxın görək az vaxtadək camaatımız hökumət məktəblərinə nə nəzər ilə baxırdı. Uşaqlarını etibar edib, oraya göndərmirdi. Camaatımızın cəmi meyli öz milli idarəmizə və öz adamlarımızadır. Bu dəlil istəməz. Imdiyədək mədəni olmamağımıza səbəb Rusiyanın mərkəziyyət üzrə yapılmış idarəsi idi. Oradan bir qədər rus göndərirdilər gəlib adət və qaydasından, dil və dinindən xəbərdar olmadığı bir milləti idarə eləyirdi. Asırdı, kəsirdi, vergi yığırdı, bolluca da rüşvət alıb, otururdu yerində. Camaatımız da bu çinovniklərə əsla etibar eləməyib öz qədimliyində qalırdı. Çinovniklər öhdələrinə götürdükləri təzə işləri qəbul etmək istəmirdi. Amma hərgah vaxtında bizim muxtariyyətimiz olsaydı, hər işin başında öz adamlarımız dursaydı, camaatımızın etibarını qazanıb xeyirli işlər görərdilər.

Xülasə, keçən keçib. Allah gələcəyi bərəkətli eləsin. İndi də muxtariyyətimizi başa gətirsək, gec deyil. Şükürlər olsun ki, yaxşı iş görən adamlarımız da var. Halhazırda Azərbaycanın idarəsini öz əlimizə götürməyə biz qadirik.

V. muxtariyyəti nə cür ala bilərik

Muxtariyyət yolu axtardıqda gərək mürşidimiz Ukrayna dalınca gedək. Ukrayna əvvəl mərkəzi bir məclis qayırıb işə başladı. Əsla bu məclis dürüst seçilmiş də deyildi. Sonra qurultaylar dalbadal çağrıldı. Cəmi firqələrin və qeyri cəmiyyətlərin qurultayları mərkəzi Ukrayna məclisini təsdiq edib üzvlərini artırdılar. Sonra hökumət əmələ gəlib qeyri işlər də yavaş-yavaş islaha düşdü.

Ukraynanın məqsədə nail olmağının ümdə səbəbi bu oldu ki, cəmi firqələr muxtariyyət barəsində həmfikir oldular. Cürbəcür fikir və məsləkə tabe adamlar ələlə verib müttəfiq bir halda millət imarətini tikməyə başladılar. Məlumdur ki, ittifaq olan yerdə də iş aşar gedər. O yerdə ki, nifaq oldu, orada xeyir və bərəkət olmaz.

Deməli, bizə ən əvvəl lazımdır ki, bir qurultay çağırıb cəmi firqə, cəmiyyət, komitə və şuralarımız arasında muxtariyyət almaq üçün razılıq hasil edək. Öylə ki, razılıq əmələ gəldi və ortalıqdan küdurət və söz güləşdirmə götürüldü, onda dərdimizin yarısına dava tapılmış kimidir.

Sonrakı fikir millət məclisidir. Bu məclis ki, əmələ gəldi və camaat ki, onu təsdiq etdi, məclis milli işlərimizi yüngüllük ilə yola verə bilər.

Vacib məsələlərimizdən biri də milli qoşundur. Milli qoşun düzəlsə, ölkəmizdəki başsızlığı fövrən ortadan qaldırmaq mümkündür.

Bir də başsızlıq və qarışıqlığın ümdə səbəbi camaatın aclığıdır. Hərgah bizdə muxtariyyət tezlik ilə başa gəlsə, aclığı da tez yox etmək olar. Məsələn, Ukrayna dövlətində bolluca çörək və qənd var. Azərbaycanda da bol neft var. Milli hökumət olsa, Ukrayna ilə alış-veriş başlardı; neft verib əvəzində çörək və qənd alardı. Camaatımız da bu iki şeydən çəkdiyi əziyyəti çəkməzdi.

Bu saat cəmi Qafqaz müsəlmanlarının canını qara qayğı alıb ki, Osmanlı sərhədindən qayıdan bir milyon qoşun kənd və şəhərlərimizdən keçərkən aləmi kor qoyacaqlar: can və mal tələf edəcəklər, xanimanlar yaxacaqdırlar, arvad və uşaqlarımızın namusuna sataşacaqdırlar. Hərgah bizim muxtariyyətimiz olsa, bizim nizamlı qoşunumuz olsa, biz rus soldatından əsla qorxmarıq. Onlar qayıdan yollara öz milli əsgərlərimizdən düzərik; dahı birinin hünəri olmaz ki, müsəlmanın malına və canına qəsd eləsin.

Vı. muxtariyyətimizin əsl əsası

Muxtariyyətimizin əsl əsası ədalət ilə qurulmalıdır. Ədalət olmaz isə, binamız başa getməz. Rusiya zülm ilə abad olmuşdu. Axırda ədl ilə bərbad oldu. Ədalət də onda olar ki, allahın yaratdığı insanların birinə pis və o birisinə yaxşı nəzər ilə baxmayasan. İnsanlar bərabərdirlər, istər arvad, istər kişi; istər erməni, istər rus və ya müsəlman hüquqda gərək şərik olsunlar. Azərbaycan muxtariyyəti üçün millət ayrılığı gərək olmasın. Qanunlarımız da gərək bu əsas üzrə yazılsın. Məmləkətimizdə ədalət olar isə, cəmi millətlər ona sədaqət ilə qulluqedərlər. Yox, əgər olmaz isə, ağacı içindən qurd yeyən kimi, gözəl ölkəmizi düşmənçilik və küdurət tərk edib viranəyə döndərər. Və hərgah bunların arasında xüsumət olsa, səbəbləri tapılıb yox edilməlidir. Səbəb yox olduqda düşmənçilik də öz-özünə yox olar.

Kiyev, dekabr, 1917

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Borclu

Kərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib məscidin yanından bazara dinlənirdi, və burada axşamadək fırlanıb dolanıb əlinə keçən qəpik quruşu ətə çörəyə və qeyri şeylərə verib yenə haman yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyi bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki Kərbəlayı məscidin yanındakı Əttar Həsənə bir az pul borclu idi. Evə xırda şeylər almışdı. Tahı bu Əttar Həsən ötüb keçəndə Kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub darta-darta dükanın qabağına çəkirdi və min lətayif sözlərlə borcunu tələb edirdi. Kərbəlayı qalırdı, gözünü döyə-döyə; borc az idisə də (cəmi on iki abbası, bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırdı ki onun dalınca gedib Əttar Həsənin çəngindən xilas ola idi. Kərbəlayı Fərəc əsin hər üzünü ona qandırırdı:«Qardaş, bax imdi qışdır, pul çıxan bir yer yoxdur. Səbr elə allah qoysa, bu gün sabah bahar gələr, göydən göyərtidən, süddən, qatıqdan satıb pulunu verərəm...» bu sözlərdən də sonra Əttar Həsən öz dediyindən əl çəkmirdi.

4 dəq
Qeyd

Bundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur...

1 dəq
Üç gecə

Mir Qasım papağını qarmağa keçirib başladı:– Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....»

6 dəq
Bir qəpik

Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.

3 dəq

Başqa şairlərin şeirləri