Məzmun
  1. I. əsl məqsəd
  2. Iı. xarici məsələ
  3. Iıı. daxili məsələlər
  4. Iv. iqtisadi işlər
  5. V. rəncbərlərə istədiyimiz
  6. Vı. işçilərə və fəhlələrə istədiyimiz
  7. Vıı. ədliyyə işləri
  8. Vııı. maarif işləri
  9. Ix. axırkı sözlərim

Səhifə 2 / 4 · 25%

Iı. xarici məsələ

Azərbaycan hakimiyyəti əlimizə düşdükdə vətənimiz müstəqil bir şəkil alır. Üç amil – millət, ölkə və hakimiyyət bir yerdə toplanır.

Azərbaycan istiqlaliyyətini təmin etmək üçün cəmi qüvvət və qüdrətimizi meydana çıxartmalıdır. Bu yolda nə qədər fədakarlıq lazım olsa, göstərməliyik. Bir tərəfdən beynəlmiləl konqreslərdə haqlarımızı bildirməliyik və milli tələblərimizdə israr etməliyik: o biri tərəfdən istiqlaliyyətimizin davamına çalışmalıyıq; məmləkəti müstəqil yaşatmalıyıq. Yəni daxili və xarici işlərimizdə asudə yaşamalıyıq.

Iıı. daxili məsələlər

Daxili işlərdə Azərbaycan büsbütün asudə olacaq. Ona heç kəsin qarışmasına imkan verilməyəcək. Ölkəmiz millət vəkilləri yazdığı qanun ilə dolanacaq. Çünki millətin çoxu kənd əhli əkinçidən ibarətdir və kəndçi zəhmətkeş olduğundan qanunlarımız zəhmətkeşlərin tərəfini saxlayacaq.

Ölkəmiz qanuna tabe olacaq və qanundan xaric bir iş görülməyəcək. Qanun da bitərəf olduğundan heç zülm olunmayacaq. Yəni hamı qanun qabağında bərabər olacaq, ögeylik-doğmalıq olmayacaq. Qanun soruşmayacaq ki, filankəs ermənidir, yainki müsəlman; filankəs kişidir, yainki arvad. Filankəs dövlətlidir, yoxsa fəqir. Erməni, müsəlman, rus, kişi, qadın, dövlətli, kasıb hüquqda bərabərdir. Qanunun nəzərində hamısı müsavidir. Qanunlarımızın ən baş əsasları: hürriyyət müsavat və ədalətdir. Vətənimizdə hamı azad olacaq. Onları səbəbsiz tutub qazamatlarda saxlamayacaqlar. Hər kəsin təqsiri oldu, onu dustaq edə bilərlər. Təqsir də qanun və məhkəmə vasitəsilə məlum olar. Köhnə rus hökuməti bir danos üstə adamı həbsə atırdı. İnsanlar aylar və illər üzrə naməlum səbəblərə görə qazamatlarda yatırdılar. Vətənimizdə böylə ədalətsizliklər olmayacaq. Bir adamı ki, tutdular, onun ixtiyarı olacaq, özünün 24 saatın müddətində ya buraxılmasını və ya məhkəməyə aparılmasını tələb edə. Öylə ki, məhkəmə baxdı gördü nahaq yerə tutulub, onda tutan adamı cərimə edəcəklər. Hərgah bir şəxs tutulub dustaq olsa, çəkdiyi zərərlər tutan adamdan məcburən alınacaq.

Şəxs azad olan kimi onun sakin olduğu mənzil, evi-məskəni də asudə olacaq. Deməli, hər yetən gəlib, oranı axtarıb, alt-üst çevirməyəcək. Köhnə hökumətin zamanında və inqilab vəqti evləri axtarmağı çox görürdük. Heç nahaq yerə gecəni mülahizə etməyib xalqın rahatlığını pozurdular.

Bizim “Müsavat”ın istədiyi budur ki, evə girmək və axtarış bilmərrə yox olsun. Xalqımızın istirahəti və asudəliyi xələldar olmasın. Milis və ya polisin evə girməyə ixtiyarı bəzən vaxtlar olmalıdır. Bunlar da ki, qanunda yazılacaq. Məsələn, evə qanunu pozmuş adam qaçıb girsə, dalınca getməlidir. Bu şərt ilə ki, caninin orada olması dürüst məlum olar. Evdən “haray” və “aman” səsləri eşidilsə daxil olmalı. Yanğı və su basqınında da girmək olar. Qeyri vaxtlar xalqın evi, istər fəqir, istər dövlətli, bir padşah sarayına dönməli və hər kəsin axtarış qəsdilə oranın qapısından içəri ayaq basmağa belə ixtiyarı olmamalıdır. Azərbaycanlı azad olduqda onun sözü, yazısı, iman və etiqadı da azad olacaq. Danışdığı söz üstə və yazdığı şeylər üstə ona tənbeh olunmayacaq. Məsələn, Azərbaycanın idarəsi xoşu gəlməzsə, o barədə keyfi istədiyi qədər danışıb yaza bilər.

Köhnə rus hökuməti etiqad üstə insanları dəstə-dəstə Sibirə göndərirdi. Etiqad gərək azad olsun. “La gərah fi ələddin” ayəsinin hokum bilxassə siyasi etiqadlara tətbiq olunmalıdır. Etiqad azadlığından azərbaycanlılar hüquqlarını itirməzlər. Çünki bizim qanunlar bitərəf olub məmləkətimizdə etiqadların heç birinə təzyiq etməyəcək, kimsənin dininə təriz olunmayacaq. Çünki din insan ilə Allahın əlaqəsinə dair bir şeydir. Din bir müqəddəs yoldur ki, insanın gizli sirlərini, dua və diləklərini Allah hüzuruna aparır. Bu yolu hərə özünə bir növ təsəvvür eliyor. Din bir aləmdir ki, oraya dünya qanunlarının qarışmağı lazımsızdır. Allah ilə insanın arasına girmək insanın azadlığına xətər yetirir. Ona görə Azərbaycanda etiqad və inamlara zor olmayacaq: hər kəs hansı məbədə üz döndərəcək döndərsin. Bizə onun sadiq vətən xadimi olması lazımdır. Köhnə hökumət zamanında xalq bir yerdə toplanıb dərdini danışmaq üçün də gərək izn alaydı. Bizim istədiyimiz budur ki, cəmaət yığıncağı da azad olsun. Xalqın keyfi istədiyi zaman yığıncaq qurub, istər evdə, meydanda və ya küçədə, bağda hər nə məsələsi var müzakirəyə qoya bilər.

Iv. iqtisadi işlər

Köhnə hökumət bizdən keyfi istədiyi təhər vergi alırdı. Bir vergi bu idi ki, açıq-açığına alırdı. Məsələn, kağız göndərirdi ki, bir bu qədər borcun var ver. Bir vergi də bu idi; örtülü alınırdı, bizim xəbərimiz olmurdu. Məsələn, yapon davasınadək kibritin (ispiçka) qutusu bir qəpik idi. Davadan sonra ikisi üç qəpik oldu. Bunun səbəbi bu idi ki, hökumət kibrit qutusuna yarım qəpik xərc artırdı. Deməli, camaat bir qutu kibrit aldıqda hökumətə yarım qəpik vergi verirdi. Böylə örtülü vergi çox idi. Çox şeyin bahalaşmasının səbəbi burada idi. Və bahalığın ağırlığı da həmişə kasıb və füqəraların üstünə düşürdü. Çünki çox qazanclı, dövlətli ilə yoxsul, kasıb bir qərarda vergi verirdilər.

Bu ədalətsizlikləri nəzərə alıb, bizim “Müsavat” örtülü verginin yox olmasını tələb eliyor.

Vergi gəlirə görə alınmalıdır. Məşhədi Həsənin ildə yüz manta gəliri var, ona görə millət xəzinəsinə vergi verir. Hacı Əsəd də ildə on iki manat qazanır, bu qazancına müvafiq bəddə verir. Bundan əlavə, biz mirasdan vergi alınması tərəfdarıyız. Çünki irs adama göydən düşmə kimi qalır. Məsələn, Əhməd bir də eşidir ki, varissiz əmisi ölüb, yüz min manat tənxahi (var dövlət) qalıb, bu malı və dövləti Əhməd qazanmayıb, zəhmət çəkməyib, alın təri tökməyib. Ona görə bunun bir hissəsi millət xəzinəsinə çatmalıdır.

Bir məmləkətdən o biri məmləkətə keçirilən mala qoyulan çox vəqti cəmaətə böyük ziyanlar verir. Görürsən Arasın o tayında xalq yağ-yavanlığı və qeyri yemək şeylərini qoymağa yer tapmırlar. Amma bu tayda cəmaət korluq çəkir. Hökumət sərhəddən mal keçirməyi qadağan etmək ilə iki tərəfi də zərərə salırdı. Iranlı malını satıb pul hasil edə bilmirdi. Qafqazlı da baha qiymətə alırdı.

Gah vəqti mal keçirmək gömrük ilə məhdud olunurdu.

Yağın girvənkəsi Arazıın o tayında bir abbası olduqda, bu taya keçdikdə iki abbası olurdu. Çünki satıcı hökumətə verdiyi bir abbasını malın üstünə qoyurdu. Axırda ağırlıq gənə fəqir və kasıba düşürdü. Ayda yüz min manat gəliri olan da yağın girvəngəsinə iki abbası verirdi, on beş manatı olan da, böylə ədalətsizliyi yox etmək üçün firqəmiz zəruri olan şeylərə az gömrük qoyulmasını və ya heç qoyulmamasını tələb edirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci kitab, epiloq

O vaxtdan iyirmi il keçir, iyirmi təcrübə və sınaq ili. Bu iyirmi il müddətində yuxarıda göstərdiyim qəhrəmanlarım bir çox mühüm siyasi hadisələr şahidi olmuşlar, kimi axıra qədər şahidliyində davam etmiş, kimi isə hadisələrə qarışıb mübarizə etmişdir. Siyasət yolu ilə gedənlərlə, təbiidir ki, təkrar-təkrar görüşəcəyik, lakin bir sıra “şahidlər” in aqibətindən burada da bəhs edə bilərik, çünki bunlarla görüşmək imkanı bir daha olmayacaqdır. Təəssüflə deyə bilərəm ki, Əli hələ tələbə ikən özünü asıb öldürdü.Yerdə qalanları həyatlarını öz ixtisaslarına həsr edərək yaşayır və başqa-başqa mühit və intereslər təsirində bir-biri ilə görüşməyə belə lüzum duymurlar. Fərəməz evlənmiş, lakin yenə əvvəlki flirt aləmindən çəkilməmişdir. Tosyadan olan qız arabir Kiyevdən ona qonaq gəlir, lakin daimi olaraq anasının yanında yaşamağı tərcih edir. Pərviz pambıq sahəsində mühüm bir şura işçisidir, əksər vaxtı qəzalarda keçər. Şəhərə gəldikdə təsadüfən sabiq yoldaşlarının məclisinə düşərsə,

1 dəq
İkinci kitab, bir neçə söz

“1917-ci ildə” həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsiləsinin ikinci cildidir. Inqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı firqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Oktyabr inqilabı əskimiş həyatı yıxır və onun yerində yeni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət geniş əməkçi kütləsinin arasına yayılaraq yeni adamlar, şura ziyalı və mütəxəssisləri doğurur.Bu yeni dövrü qismən təsvir edəcək “Tərtər” adlı romandan sonra “Xaricdə” və “Çırpışmalar” (1905-1909-cu illər) yazılacaq ki, roman silsiləsinin dördüncü və beşinci cildlərini təşkil edəcək.

1 dəq
İkinci kitab, birinci hissə

1**Qalitsiyanın kiçik bir şəhərində əsgər libaslı iki gənc qarşı-qarşıya gəldi. Bir-birlərini görüb tanıdıqda üzlərində heyrət deyil, sevinc parladı.

1 saat 10 dəq
İkinci kitab, ikinci hissə

1**Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.

53 dəq

Başqa şairlərin şeirləri