O vaxtdan iyirmi il keçir, iyirmi təcrübə və sınaq ili. Bu iyirmi il müddətində yuxarıda göstərdiyim qəhrəmanlarım bir çox mühüm siyasi hadisələr şahidi olmuşlar, kimi axıra qədər şahidliyində davam etmiş, kimi isə hadisələrə qarışıb mübarizə etmişdir. Siyasət yolu ilə gedənlərlə, təbiidir ki, təkrar-təkrar görüşəcəyik, lakin bir sıra “şahidlər” in aqibətindən burada da bəhs edə bilərik, çünki bunlarla görüşmək imkanı bir daha olmayacaqdır. Təəssüflə deyə bilərəm ki, Əli hələ tələbə ikən özünü asıb öldürdü.

Yerdə qalanları həyatlarını öz ixtisaslarına həsr edərək yaşayır və başqa-başqa mühit və intereslər təsirində bir-biri ilə görüşməyə belə lüzum duymurlar. Fərəməz evlənmiş, lakin yenə əvvəlki flirt aləmindən çəkilməmişdir. Tosyadan olan qız arabir Kiyevdən ona qonaq gəlir, lakin daimi olaraq anasının yanında yaşamağı tərcih edir. Pərviz pambıq sahəsində mühüm bir şura işçisidir, əksər vaxtı qəzalarda keçər. Şəhərə gəldikdə təsadüfən sabiq yoldaşlarının məclisinə düşərsə,

Kiyevi həsrətlə xatırlar və çox sevdiyi “Əcəb asudə idim, gəldi düçar oldu mənə” mahnısını oxuyar. İsgəndər çallamış, onda Allahlıq əlamətlərindən əsər belə qalmamışdır. Niyazinin mülkü milliləşdirildikdən sonra Bakıya gəlmiş və kitabxanaçılıq edir. Məcidlə Həsənin harada olduqları bəlli deyil. Vartan Şura Ermənistanında çalışır, Kaspar isə daşnaqlara qoşulub xaricə getmiş. Ocaqverdi, deyirlər, yenə dindarlığında davam edir.

Bəhram doktordur, bir neçə yerdə vəzifəsi olduğu üçün daima qoşduğuna təsadüf edilir. Evdə olarkən belə rahat durmur, düyü arıtlamaqda, bişmiş bişirməkdə həmişə arvadına kömək edər.

Cəfərlə Cəlal isə qəza şəhərlərində yaşayırlar.

Birinci kitabın sonu

Firuzə-Aşqabad, 1914

Bakı, 1935

1917-ci ildə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Molla Pənah Vaqif haqqında

MOLLA PƏNAH VAQIF HAQQINDA*Indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar.

7 dəq
Abbasqulu Ağa Qüdsinin əsərləri

ABBASQULU AĞA QÜDSİNIN ƏSƏRLƏRİ*Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az çox Qərb elmlərinə vaqif bir adam varsa, o da Qüdsidir. Qüdsi türk, rus, fars və ərəb dillərini bilir, tədqiqat və mütaliəsi sayəsində müasirlərindən yüksək bir mövqe tutur. Yazdığı əsərləri nəzərdən keçirsək onun böyük məlumat sahibi olduğunu görərik...

2 dəq
Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 dəq
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 dəq

Başqa şairlərin şeirləri