Üçüncü hissə
Səhifə 3 / 13 · 15%
yürüyür, arx və çuxurlardan adlayır, ovu səbirsizliklə gözləyirdi. Bir də otluqdan iki-üç
ırqovul qalxdı, Vaqif bir dəqiqə itirməyərək qızılquşun çılğısından‡dartaraq buraxdı. Xanın
İndiki Yevlağın civarı
† Əlcəkli
‡Cılğı – qızılquşun boğazına bağlanmış qayış yaxadır; quşun uçuşuna düzgün istiqamət vermək
üçün ondan yapışıb buraxarlar.
və başqa rəcalların da quşları buraxıldı. Qızılquşlar ox kimi süzüb, qırqovulları göydə alıb, otluğa endilər. Nökərlər qaçdılar, bir dəqiqə keçməmiş qızılquşları və qırqovulları gətirdilər. Getdikcə ov quşları artır, bəzən böyük sürbə ilə qalxırdılar. Qızılquşlarovlamaqdan yorulmuşdular. Ovçular da artıq həvəsdən düşmüş
Vaqif:
– Ceyran! – deyə səsləndi. Lakin ansızın çıxan bu ceyranı heç kəs ata bilmədi.
Xan gülərək Vaqifə tərəf yönəldi:
– Şair, – dedi, – sənin gözəlləri bənzətdiyin ceyran gördün nə getdi.
Vaqif heyrət etmədən:
– Xan, – dedi, – o da qocalığın üzündəndir: hansı ceyran bizə məhəl qoyar ki!
– Ağzı nədir qoymasın!
– Yox, xan, hökm hər şeyə çatar, qəlbə yox!.. Bu barədə mənim təcrübəm səndən çoxdur.
– Necə yanı? – deyə amiranə bir ifadə ilə soruşdu:
Vaqif yarızarafat, yarıciddi dedi:
– Qızılquş qırqovulun həsrətindən yanır. Görək qırqovulda da o həsrət varmı?
Xanın qaşları çatıldı, yanındakı pişxidmətə çönüb, sərt bir səslə:
– Söhbətdən bir şey çıxmaz, – dedi, – ocaq qalatdır, bir qırqovul kababı yeyək!
Şeypurlar gurladı, ov bitdi. Səfalı bir guşəyə ipək xalçalar döşənməyə başlandı.
5
– A kişi, nə deyirsən!.. Tanrı taqsırından keçsin!
Vaqif hələ də aldığı xəbərə inana bilmirdi. Geyinərək düşünürdü:
“Ey dünya, Şahməmməd də ölərmiş! Vahiməsindən bütün şəhər titrərdi.
Qapını açıq qoy yat – bir çöpün itməz, gecə başında bir məcməyi qızıl apar, onun qorxusundan heç kəs yaxın durmazdı.”
Vaqifin dalınca göndərilmiş nökər divara söykənib durmuşdu. Vaqif fikirdən ayrılıb, sanki hələ də inanmayaraq soruşdu:
– Bir de görüm, necə olub ki, rəhmətliyi ilan vurub?
Nökər əllərini döşünə qoyaraq:
– Ağa, – dedi, – bilirsən ki, Şahməmməd ağanın həyətində ocaq var, ora ziyarətə çoxlu ilan gələr. O ilanlara dəymək olmaz, bilirsən ki, ilan kinli olar, onlardan birini öldürsən, qisasını alarlar... Şahməmməd ağa həyətdə armud ağacı əkirmiş, beli vuranda yerdən bir ilan çıxır, rəhmətlik öldürmək istəyir, ilan çevrilib barmağından çalır.
Vaqif bir az düşündü, ona bu işlər gülünc gəldi:
– Sən get, mən gəlləm! – deyə Əliməmməd ağanın nökərini yola salıb, yataq otağının qapısına yanaşdı: – Qızxanım, mənə bir təmiz dəsmal ver! – deyə çağırdı.
Bir az sonra Vaqif evində saxladığı ağbirçək qadın əlində bir dəsmal kallayıya çıxdı.
Vaqif düşüncəli bir halda dəsmalı aldı:
– Qızxanım hardadır ki? – deyə soruşdu.
– Xına islatmışdı, başına qoyacaqdı, bu vay xəbəri işi korladı. Heç bilmirəm indi xına nə olacaq... heyf oldu...
– Əllərini bulamasın, yasa gedəcək – ayıbdır!
– Yox, ağa, bulamayıb!
Şahməmmədin evi Mehralı bəy bürcünün yanında idi. Bu bürcün qarşısında geniş bir meydança vardı, adına “Bəylik eşiyi” deyərdilər.
Şahməmmədin evi bu meydançanın şimal tərəfində idi. Vaqif oraya gəldikdə Bəylik eşiyi adam ilə dolmuşdu, atdan düşüb, darvazadan içəri girdi. Evə doğru gedən daş qaldırımı yenicə cücərmiş ot basmışdı; sol tərəf bağça idi. Rəngli pəncərələri bağçaya baxan evin qarşısına da çoxlu adam toplanmışdı: bir tərəfdə bir kəcavə qoyulub, tirmə şal ilə bəzənirdi, o biri tərəfdə çadırda ölünü yuyurdular. Bağçanın qırağında, otun üstə üzərinə ağ tənzif çəkilmiş yeddi məcməyi qoyulmuşdu, bunlara halva hüluşu5yığılmışdı, qəbir üstündə paylanacaqdı...
Mirzə Əliməmməd ağa uzaqdan Vaqifi görüb, istiqbalına qoşdu.
Görüşdülər:
– Başın sağ olsun! Uşaqları yerində paydar olsun! Nə etməli?
“Küllü nəfsin zaiqətil mot”! – Fani dünyanın qaydası budur!
Mirzə Əliməmməd Vaqifdən razılıq eləyib onu otağa dəvət etdi.
Lakin Vaqif arvad-uşağı rahatsız etməsin deyə həyətdə dayanmağı tərcih etdi. Evin qarşısına gəldilər. Içəridən ağı səsi gəlirdi. Ağıçının gözəl səsi və nisgilli ağısı İnsanı olduqca mütəəssir edirdi:
Ürəyimdə yara var,
Üstə xal-xal qara var,
Aç ürəyimin başını,
Gör yanmamış hara var!
Vaqif Mirzə Əliməmmədin gözlərindən axan yaşa baxıb düşünür, “hər şeyin axırı ölümdür!” – deyirsə də, inanmırdı. Ona elə gəlirdi ki, həyat uzun inci düzümü kimi şeydir, hər incisi bir aləmdir. Hələ bu aləmdən nə qədər qalmışdı! Hər bir aləmin zövqü və səfasını süzdükdən sonra inci düzümü qırılsa nə olar ki? Hər şey fani də olsa, bu faniliyin qəlb, şüur və əql kimi gözəl rəhbərləri var!
İçəridən qopan şivən Vaqifi düşüncədən ayırdı. O, Mirzə Əliməmmədlə bir yerdə içəri getdi. Şala bükülmüş meyit xalının üstə qoyulmuşdu. Qonşu otaqda arvadlar “şaxsey-vaxsey!” – deyə qışqırırdılar.
Meyiti baş və ayaq tərəfdən yapışıb, üç dəfə götürüb, təkrar yerə qoyduqdan sonra qaldırıb kəcavəyə apardılar.
Cənazə mərasiminə xanın tərəfindən oğlu Məmmədhəsən ağa gəlmişdi. Vaqif onunla görüşüb, bir yerdə ölü namazına durdular. Sonra çiyinlərdə aparılan cənazənin dalınca bir müddət piyada yürüyüb, söhbətə daldılar. Məmmədhəsən ağa daim xəstə olduğu üçün evdə oturar həyatını oxuyan-çalan məclisində keçirərdi. Ona görə qonşu ölkələrdə cərəyan edən hadisələr onu az maraqlandırardı. Lakin axır vaxtlar Ağaməmməd xanın gəlməsindən o qədər danışılırdı ki, xanın vəliəhdi ciddən rahatsız olmağa başlamışdı. O, səsində həyəcan duyduraraq:
– Axund, şahdan nə xəbər var? – deyə Vaqifin üzünə baxdı.
– Görünür, bütün düşmənlərinə qalib gələcək, – deyə, – Vaqif cavab verdi. – Axır vaxt Təbrizi də təsxir etdi. Oraya Süleyman xan adlı bir başbuğ göndərib, ətraf xanlardan zaval apartdırır. Süleyman xanın iyirmi min qoşunu var.
Məmmədhəsən ağa düşündü, təkrar Vaqifin üzünə baxdı, lakin Vaqifin üzünü görməyirdi, düşüncə və əndişələr onu başqa bir aləmdə dolaşdırırdı.
Vaqif fikrindən ayrıldı. Parlaq və oynaq gözlərini ona dikib, nədənsə müntəzir görünürdü. Məmmədhəsən ağa yenə soruşdu:
– Axund, tanrı hifz eləsin, işləri yaxşı görmürəm. Urus da uzaqlaşdı.
Yenə asayişin bərpası üçün o yaxşı idi. Yaxşı, Ağaməmmədin fikri nə ola?
Vaqif:
– Ağa, bəllidir, – dedi, – Nadir yerişi yerimək istəyir. Parçalanmış İran mülklərini bir yerə yığıb, özünü, görünür, şah elan etmək istəyir.
Vaqif susdu. Məmmədhəsən ağanın rəngi ağarmışdı. Görünür, piyada getməkdən yorulmuşdu. Vaqif bunun fərqinə varıb dayandı:
– Ağa, piyada getməkdən özünüzü üzərsiniz, rüxsət buyurun cilovdar...
Məmmədhəsən ağa dayanaraq Vaqifin sözlərini kəsdi:
– Elə mən deyəcək idim.
Cilovdarlar atları irəli çəkdilər, Məmmədhəsən ağa və Vaqif minib, yan-yana, addım-addım sürməyə başladılar.
Cənazə irəlidə idi. Molla və tələbələrin “Sübhan Allah!” səsləri kədər doğururdu. Hava soyumuş, qalın duman şəhərin bir tərəfini bürümüşdü.
Vaqif sözünə davam etdi:
– Ağa, şah culus edərkən, Iranın dörd valisi tac mərasimində iştirak etməlidir. Adətən iki vali şahın sağında, ikisi solunda durar. Ərəbistan valisi əlində cıqqa, Gürcüstan-qılınc, Loristan-xirqə, Kürdüstan valisi cavahiratlı həmail tutar. Bu adətdir. Vaqif bir az sükut edib, gülümsəyərək:
– Axta xan təzə bardaq suyu olduğu üçün bu valilikləri təsxir etməyə ciddicəhd edəcək. Məsələnin bəlalı cəhəti burasıdır.
Xanlığın mənafeyini güdərək bir yerə meyl etməliyik.
Vaqif bir az duruxub, qəti səslə: – Mən ki nicatımızı İran keşməkeşində görənlərdən deyiləm! – deyə sözlərinə xitam verdi.
Duman ətrafı bürümüş, göz-gözü görmürdü. Cənazənin arxasınca gedən adamlar kölgə kimi görünürdü. Vaqif susmuşdu, burnunu kürkün yaxasına soxub, nə isə düşünürdü. Məmmədhəsən ağa da eyni düşüncəli sükuta dalmışdı.
6
Ağaməmməd xanın Təbrizə göndərmiş olduğu Süleyman xan İravan və Naxçıvan xanlarını Iran himayəsinə çağırırdısa da, müvəffəq ola bilməyirdi. Bunu görən Ağaməmməd bilavasitə elçilər göndərib, Qafqaz xanlarından zavallar tələb etdi. Iravan, Qarabağ, Talış, Avarıstan və Gürcüstan elçilərə rədd cavabı verdilər. Şəki, Şirvan, Dərbənd, Bakı isə Axta xanın elçilərini hörmətlə qəbul edib, Iran himayəsinə boyun əydilər. Gəncə tərəddüd içində idi. Cavad xanla İraklinin arası açıldığı üçün İrakli Cavad xanı götürüb, yerinə Rəhim xanı nəsb eləmək istəyirdi. Cavad xan da belə bir vəziyyətdə istər-istəməz İrana tabe olmaq niyyətində idi.
Qarabağ sarayında böyük bir təlaş vardı: iki-üç ildən bəri davam edən asayiş pozulmuş, qayğı və əndişə hər kəsi qaplamışdı. Rusların Tiflisə gəlməsi ilə əlaqədar olaraq qırılmış Gürcüstan-Qarabağ dostluğu yenidən ehya olunur, başqa xanlarla ittifaqa girilir, Şişə Kələntəri Ağası bəyə kisə-kisə altun buraxılıb, qalanın təchizatı mükəmməlləşdirilirdi.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-iki-od-arasinda-ucuncu-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Qumarbazın arvadıYayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.