Mərsiyəxan
Pəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:
– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Bu sözlərdən xalq kövrəlib, daha da ağladı, səs məscidin tağlarına düşüb, dəqiqələrlə cingildədi. Sonra yavaş-yavaş sakitlik düşdü. Möminlər dəsmallarını gözlərinin qabağından götürüb qaldırdılar və turş sifətlərini yenə mərsiyəxana çevirdilər. Mərsiyəxan əlini qurşağına uzadıb, cəld bir torba çıxartdı. Məscid ərəsati-məhşərə döndü... Hamı ağlayır, hamı başına yumruq döşəyir, dizlərinə çırpır. Mərsiyəxan mənbərdə ayaq üstdə durub, möminlərin başına saman yağdırırdı, zəngulə ilə mərsiyə deyir, kiriz verirdi. Hönkürtüdən qulaq tutulurdu
– müsəlmanlar ağlamaqdan yarımcan olmuşdular, oruc da bir tərəfdən ürəklərini üzmüşdü.
Bir də məscidi dərin bir sükut qapladı: mərsiyəxan qəşş eləyib, mənbərdən aşağı diyirləndi...
Möminlər mərsiyəxanı çevrələmişdilər: hacılar mübarək barmaqları ilə onun yaxasını açıb, döşünə su səpirdilər, mülkədarlar ayağını ovurdular; kərbəlayı və məşədilərə növbət yox idi.
Axşam yavaş-yavaş düşürdü. İftar yaxınlaşırdı. Xalq məsciddən çıxıb, evlərinə gedirdi. Hacılarsa mərsiyəxandan əl çəkməyib, onu qonaq çağırırdılar. Dərd burasıdır ki, mərsiyəxan kimə qonaq gedəcəyini kəsdirə bilmirdi. Hərə öz tərəfinə çəkirdi – bu günün savabından məhrum olmağı heç kəs istəmirdi, çünki mərsiyəxan bu gün olduqca sədaqətlə mərsiyə demiş və sədaqət, səmimiyyətdən də qəşş edib, narahat olmuşdu.
Müamiləçi Hacı Vəli əlini sinəsinə qoyub, səmimi bir səslə:
– Ağa iftara bizə təşrif buyuracaqsınız!
Ağa Əkbər etiraz edərək:
– Yox, vallahı, qoymayacağam ayrı yerə getsin!
– Ağa çoxdan bizim çörəyimizi yeməyib.
Məşədi Qəzənfər:
– Bizim çörəyi heç yeməyib! – deyə istədi mərsiyəxanın qolundan yapışsın, hacılar macal vermədi, bəlkə bir az da ona acıqları tutdu:
bura “məşədi girəsi kol deyil idi”.
Çox söhbətdən sonra xoşbəxtlik Hacı İmamverdiyə üz verdi. Yola düşüb getdilər.
Mərsiyəxan, neçə molla, ümdə müridlər, qapıçılar, fanus götürənlər, v sahibi Hacı İmamverdi və başqaları yerə salınmış böyük süfrənin kənarında oturub, azanı gözləyirdilər. Hərənin əlində bir xurma, yanında qəlyan, çubuq, ya papiros dinməzsöyləməz gözlərini yerə ikmişdilər. Hövsələlərinin təng vaxtı idi – aclıq bir tərəfdən, tütün ə tənbəki nəşəsi də başa vurmuşdu. Möminlər tez-tez saata baxıb, ğızlarını marçıldadırdılar.
Göyün qızartısı çəkilirdi. Müəzzinin nazik səsi eşidildi. Haman ibritlər alovlandı – çubuqların, papirosların tüstüsü qalxdı, qəlyan xoruldadı. Yavaş-yavaş gümüş qaşıqlar da stəkanlara dəyib cingildədi.
Mərsiyəxan qəlyanı qurtarıb, çaya şüru etdi; hazirunun gözü onda idi – nəyə meyli olduğunu bilmək istəyirdilər... Duydular: neçə yerdən ona fətir təqdim olundu; ətrafına qaymaq, bal, pəşmək, qorabiya, paxlava və başqa şirnilər düzüldü. Mübarək əllər fətiri kəsdi, pak dodaqlar aralanıb, onu içəri ötürdü. Hil, mixək, zəfəran və sair ədviyyənin qoxusu damağına çökdü. Mərsiyəxan ləzzətdən bihuş oldu.
Hacı İmamverdi nökəri çağırıb, əmr verdi:
– Niyə bişmiş gətirmirsən? Tez ol, ağanın iştahası qaçar!
Qapılar açıldı, behişt nemətləri içəri daşındı: ceyran kababı, qırqovul çığırtması, qəlyə, bozbaş, işgənəkabab, qaysava, tərək; alma, armud, üzüm, heyva, nar, əzgil...
Hacı İmamverdi doğadan bir boşqab töküb, mərsiyəxana uzatdı:
– Mən iftarı doğasız aça bilmirəm, buyurun meyl edin, görün nə yeməli şeydir. Qırqovul suyunda bişmişdir.
Mərsiyəxan ədəblə yerindən bir az qalxdı, doğanı alıb, yenə oturdu:
– Bəh! Bəh!.. Əhsən! Doğrudan da qışın bu vədəsində doğa çox türfəndə şeydir. İltifatınız artıq olsun!
– Ağa, qırqovuldan meyl buyurun, onu maxüsus sizin üçün tapdırmışam.
Özünüz bilirsiniz ki, xatiriniz mənim yanımda necə mənzurdur.
Mərsiyəxan yenə yarı qalxıb, qırqovulu aldı.
Hacı ixlaskarlığında davam edərək:
– Vallahı, hərgah cənabınıza canım, malım, ya balalarımın canı lazım olsa, müzayiqəsi yoxdur!
Mərsiyəxan gülümsənib, xeyir-dua verdi...
İftar davam edirdi, yenə nökər cürbəcür bişmişlər daşımada idi. Sanki hər şey yerində, heç bir qayğı gözə çarpmırdı. Lakin dışarıdan gələn bir səs ahəngi pozdu. Hacı İmamverdi qulağını şəklədi, nökər gəlib ona bir şeylər pıçıldadı, yenə dışarı çıxdı. Səs daha da şiddətlə eşidildi. Nökər gəlib yenə Hacıya bir şeylər pıçıldadı, Hacı həyəcanlanıb qalxdı. Lakin Hacının getməsi də səsin önünü ala bilmədi – səs daha aydın eşidilməyə başladı, mərsiyəxanın adı tez-tez çəkilir və töhmətli sözlər belə qollanırdı. Bir az sonra Hacının da səsi ucaldı:
– Rədd ol buradan, həyasız! Sən düz-əməlli arvad olsan iftar vaxtı qapılara düşməzsən!
– Mən sənin iftarına möhtac deyiləm. Mən o imansız mərsiyəxanın yanına gəlmişəm. Mən onun kəbinli arvadıyam, bu uşaq da onundur.
Mərsiyəxanın rəngi qaçıb, boğazı qurumuşdu. Dərin bir sükuta dalıb düşünürdü. Məclisdəkilər də yeməkdən əl çəkib, heyrətə dalmışdılar.
Qovğa səsi getdikcə yavıqlaşırdı. Bir də qapının ağzında qucağı uşaqlı bir arvad göründü, çarşabının bir ucunu dişlərinə tutub, gözləri ilə məclisi seyr etdi; mərsiyəxanı görüb qışqırdı:
– Ay imansız köpək, adam da arvadı aldadıb qaçarmı? Bildir orucluqda məni aldın, dedin özümlə səni aparacağam. Sonra xəlvətcə İrana qaçırsan, məni də burada avara qoyursan?
Arvad hirslə irəliləyib, qundaqlı uşağı süfrənin ortasına atdı və elə bir sürətlə dönüb getdi ki, hər kəsi yerində dondurdu.
Məclisi dərin bir sükut qaplamışdı. Hər kəs nə edəcəyini şaşmışdı.
Bu əsnada yalnız əli doğaya bulaşmış çocuq, barmaqlarını əmərək gülümsəyirdi. Çocuğun bu laqeyd vəziyyəti Hacı İmamverdinin istehzasına səbəb oldu; o, mərsiyəxana tərəf yönəlib dedi:
– Amma, öz aramızdır, bu vələdizina çox bic uşağa bənzəyir!
Hacının sözləri məclisə nəşə gətirdi.
1912
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-mersiyexan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
KİYEVDƏ MİLLƏTLƏR ŞURASI*Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir.
İki aləmİKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.
Kiyevdə “Müsavat” şöbəsiKİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.
Zəruri məsələlərZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.
Başqa şairlərin şeirləri · Mərsiyə
İçindən alışıb o, yana-yanaMüşgül diləyini gətirir dilə,
Xəlil Rzaya mərsiyəQırx il öz kəfənini boğazında daşıdın,Sinəni səngər etdin, səngərlərdə yaşadın.
Neylim, zəmanə dərdinə məlhəm tapılmayırDərmançün axtarır bütün aləm, tapılmayır.
Azərbaycanhimn*Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,