Bizdən salam olsun, o Mirzə canaƏzəl çobanlığın binası kimdir?Söz verdi, söz aldı Turi Sinada,Cəmi çobanların anası kimdir?

Getdi Tur dağında söylədi kəlam,Haqdan nida gəldi verdilər salam.Elə kimsənənin mən qulu ollam,Behişt əylərinin sonası kimdir?

Cəbrayıl vəh gətdi bağışla, Musa!Dedi çox qovmuşam əlimdə hasa.Çarmıxa çəkildi Həzrəti İsa,Götdülər qeybdən xilası kimdir?

Harun da vermədi xumsu-zəkatı,Açdılar başına olmaz həkatı.Yer çəkdi kamına bir məmləkatıCəhənnəm oduna yanası kimdir?

Mirzə, pənah gətir o peyğəmbərə,Döndər xəyalını məscid, minbərə.Şahimərdan ağa qulu QəmbərəGör Çoban Əfqanın ağası kimdir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri