Səndən xəbər alım, ay Çoban Qara,Bu var, dövlət, qızıl pullar kimindir?Kim çəkir bu fani dünya keyfini,Bu əziyyət çəkən qullar kimindir?

Gəlib gəlməyəli biz bu cahana,Nökər olduq gah ağaya, gah xana.Evdə uşağımız həsrətdir donaBəs ətlazlar, üstəgüllər kimindir?

Xoş gəlmir bizlərə bu qanlı dövran,Alır da, satır da insanı insan.Dözmür bu dərdlərə heç Çoban Əfqan,Bizə nə var, bu xoş illər kimindir?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri