İkinci hissə, X
Valeh hər biri öz işi ilə məşğul olan qızıl əsgərlərin, gəlib-gedən, harda oldu oturub gözləyən yerli camaatın arasından keçib tələsik komissarın otağına girdi.
Nicat yazı masasının arxasından başını qaldırıb yuxusuzluqdan, yorğunluqdan qıpqırmızı qızarmış gözlərilə cavan oğlana baxdı və soruşdu:
– Nə olub?
– Yoldaş komissar, bu saat xəbər gətirdilər ki, Böyük bəylə Gəncəli Həmid bəyin atlıları Yevlax tərəfdə dəmir yolunu dağıtmaq üçün əli bel tutan kəndliləri silah gücünə yığıb aparıblar...
Nicat yorğun-yorğun:
– Bakı ilə, Rusiya ilə əlaqəmizi kəsmək üçün... – dedi, sonra birdən-birə yumruğunu mizə çırpdı. – Bu, axırıncı döyüş olmalıdı!..
...Nicat şinelinin kəmərini bağlayıb, evdən çıxaçıxda Şahnaz xanım içəri girdi:
– Yenə gedirsən?
– Hə, təcili gedəsi oldum, Şahnaz. Nigaran qalma məndən. Gecə gəlməyəcəyəm.
Bir müddət sükut çökdü, sonra Şahnaz xanım təkrar elədi:
– Nigaran qalma məndən... Gecə gəlməyəcəyəm.
Yenə araya sükut çökdü və Nicat bir anlıq, elə bil, bütün işini-gücünü yadından çıxartdı, arvadına yaxınlaşıb qucaqladı, elə bil, təkcə Şahnaz xanıma yox, özünə də təskinlik verdi:
– Zamanə belədi, Şahnaz... Tələsiklikdi... Heç nə dayanıb gözləmir... Amma eybi yox... Pis günün ömrü qısa olar.
– İnanırsan buna?
Nicat Şahnaz xanımın gözlərinin içinə baxdı:
– İnanıram. Sən də inan.
– Hara gedirsən?
Nicat bir az tərəddüdlə dedi:
– Gəncə-Qarabağ bəyləri dəmiryol xəttini dağıtmaq istəyirlər.
Şahnaz xanım ərinin qollarının arasından çıxdı.
– Gəncə-Qarabağ bəyləri... Başçıları Böyük bəylə Həmid bəy, hə? Biri qardaşım, biri də xalam oğlu. Ərim də onların üstünə gedir... Kimsə ölə bilər, vurula bilər, qanına qəltan olar, ya qardaşım, ya ərim, hə?..
Nicat:
– Böyük bəy düşməndi, Şahnaz... – dedi.
Şahnaz xanım çığırdı:
– Yox! Böyük bəy qardaşımdı mənim!..
Kitabxana.az · https://kitabxana.az/works/elcin-aman-ovcu-vurma-meni-ikinci-hisse-x
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.
XX fəsil... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...
XXI fəsilO axşam Cümü hələ gəlməmişdi və Cümü evə (otağa) gəlməmiş, əvvəlcə həyətdən tırtırın səsi gəlirdi, tırtırın o səsi həyətdə axırıncı dəfə zilə qalxıb, susurdu, bir-iki dəqiqədən – Cümü Yataqxananın beşinci mərtəbəsinə qalxırdı – sonra, hələ otağın qapısı açılmamış, arağın iyi içəri dolurdu və o arağın iyi daha əvvəlkitək Sonanın ürəyini bulandırmırdı, çünki o günə ki, Şuşadan sonra Cümü düşmüşdü – Şuşanın bir nömrəli taksi sürücüsü Qızıl Diş Cümşüd ki, plov yemirdi, bığım yağa batar, indi hər dəfə tırıltısı dünyanın xəcalətini gətirib bu beşinci mərtəbədəki otağa pərçim edən köhnə motorollerin (tırtırın) lafetində Abşeron kəndlərinə yem satan Cümü olmuşdu – o günü, Sona fikrindən keçirirdi ki, Allah ermənidən başqa, heç kimə göstərməsin və Şuşada ildə-ayda, toyda-düyündə bir az təmiz tut arağından başqa heç nə içməyən Cümü, indi gündə nöyüt kimi arağı dümləyib ürəyini o araq stəkanına boşaldırdısa, nə eləmək olardı, Sona fikirləşirdi ki, qoy içsin və Cümünün arağa verdiyi o pula ki, 300 qram ət almaq olardı, o 300 qram ət də heç lazım deyildi.O axşam Cümü hələ gəlməmişdi, Sona pəncərənin qabağında dayanıb eşiyin qaranlığına baxırdı, Güllü arvad plastmas siniyə (gözəl mis sini Şuşada qalmışdı) düyü töküb (humanitar yardım idi) Cəmiləyə vermişdi ki, arıtlasın və Cəmilə də otaqdakı yeganə çarpayının üstündə oturub, o plastmas sinini də dizlərinin üstünə qoyub haçan qurtaracağını səbrsizliklə gözləyə-gözləyə düyü arıtlayırdı.
XXII fəsilƏhməd Ağayeviçin özü də, ailəsi də Bilgəhdəki bağlarında bircə gün dəyaşamamışdılar və altı il idi ki, bu ikimərtəbəli mülkü tikdirib hazır eləmişdi, Azərbaycanın müxtəlif rayonlarından gətirtdirdiyi cins Quba almalarından, Ordubad əriyindən, Göyçay narından tutmuş Abşeron ənciri, xartutu, muşmulası, iydəsi,
Başqa şairlərin şeirləri
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
DözümAllah, dərgahından mənə səbr ver,Qatillər yemləyən hər günə dözüm.
Qəzəl: Dilər könlüm ki yar əğyar ilə yar olmasın, yarəbDilər könlüm ki yar əğyar ilə yar olmasın, yarəbCahan tavar olsun, yar əğyar olmasın, yarəb
Allah, ölümün haqdıBu nə dərddi, nə bəladı,Imdada çat, qadir Allah!