İkinci hissə, IX
Şahnaz xanım pəncərə önündə dayanıb duman içində güclə seçilən Topxana meşəsinə baxırdı və bu dəm qızın üzündə bir qorxu, bir nigarançılıq vardı.
Gülgəz otağa girəndə Şahnaz xanım diksinib geri çöndü və vahimə ilə:
– Nədi? Nə olub? – soruşdu.
Gülgəz bir təəccüblə:
– Heç bir şey, xanım, nə olasıdı ki?
– Bəs, niyə mənə heylə baxırsan?
– Nə cür, xanım?
Şahnaz xanım, elə bil, birdən yuxudan oyandı, yenə pəncərədən Topxana meşəsinə baxdı.
– Fikir ver, elə bil, Topxana meşəsi tilsim içindədi.
Gülgəz qorxdu əməlli-başlı:
– Bismillah de, xanım. Tilsim nədi?.. Dumandı çöküb üstünə...
– Mənə xanım niyə deyirsən?
– Bəs nə deyim?
Şahnaz xanım gülümsədi:
– Yoldaş de. Yoldaş Şahnaz...
– Bəsdi, sən Allah... Niyə özünü axı, belə həlak eləyirsən?.. Nə olub axı, ay xanım?
– Görəsən, Nicat niyə gecikdi?
– Xəbər göndərib ki, bəlkə gecə gəlmədi...
Şahnaz xanım qəribə bir təəccüblə:
– Bəs, mənə niyə bir söz deməyib? – soruşdu.
Gülgəz çiyinlərini çəkdi:
– Yəqin qəflətən işi olub də...
Şahnaz xanım pıçıltıyla təkrar etdi:
– Qəflətən...
Gülgəz, elə bil, qorxdu yenə:
– Heç bilmirəm, axır vaxtlar niyə belə olmusan, xanım...
Şahnaz xanım birdən-birə vahimələnib:
– Nə cür axı? Nə cür? – soruşdu.
– Eyzən fikir-xəyal içindəsən. Hər şeydən şübhələnirsən. Mən dedim sən Nicata gedəndən sonra dünyanın bəxtəvəri olassan... Elə istəyir səni o, ay xanım, elə istəyir!
Şahnaz xanım, elə bil, öz-özüylə danışırdı:
– Bəs, mən istəmirəm onu? Amma onu nə qədər öpürəm, oxşayıram onu nə qədər, yaxınlıq eləyirəm nə qədər, ürəyimi sakit eləyə bilmirəm... Bir nigarançılıq boğur məni, Gülgəz...
Şahnaz xanım qulluqçu qızı qucaqlayıb ağladı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-aman-ovcu-vurma-meni-ikinci-hisse-ix
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...
Humayın yuxusuHumay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələriQış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Axı, nə oldu ki, birdən hamı güldü?Günayla Humay on iki gün idi ki, yay istirahətinə Bakıdan kəndə gəlmişdilər və gözəl bir həyətdə, gözəl bir evdə yaşayırdılar.Bilmirəm sizə demişəm, yoxsa yox, Günayın yeddi yaşı var idi, səkkizə keçmişdi, özü də lap çoxdan keçmişdi, Humayın isə beş yaşı var idi, altıya keçmişdi, özü də lap təzəcə keçmişdi.
Başqa şairlərin şeirləri
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Mən ki, həmdəm bolmadum bu çeşmi-cadular biləMən ki, həmdəm bolmadum bu çeşmi-cadular bilə,Düşmüşəm səhrayə ülfət dutmuş ahular bilə.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
ÖzgəsinəUçdu meylim quşu qondu, yar, sənə,Mən necə dil verim bir özgəsinə?!