Göydə uçuşan qara qarğaların qarıltısı get–gedə uzaqlaşdı və bir-birinə dəyən qılıncların, atılan güllələrin, fınxıran atların, hücum edən, nalə çəkən əsgərlərin səsi bütün aləmi başına götürdü.

… Gəncə yaxınlığındakı Quluqobu deyilən çöllükdə Cavad xanın atlıları ilə rus qoşunu arasında ölüm-dirim davası gedirdi: süngüyə keçən kim, güllə atan kim, gülləyə tuş gələn kim, atdan yıxan kim, yıxılan kim, qılıncla biçən kim, biçilən kim…

… Piyada rus zabiti bağırırdı:

– Vperyod!.. Smert nevernım!

Və piyada rus qoşunları irəlilədikcə Cavad xanın atlıları onları qılıncdan keçirirdi.

… Topçu rus zabiti bağırırdı:

– Oqon!..

Və hər dəfə rus topu atəş açdıqca Cavad xanın bir neçə atlısı yerə sərilirdi.

… Cavad xanın oğlu Hüseynqulu ağa çapa-çapa bir neçə nəfərlə at belində uca bir çinar ağacının altında dayanmış atasının qabağına çatdı:

– Xan ata,– Hüseynqulu ağa qışqırdı.– Topların qabağında dayanmaq olmur! Ehtiyat atlıları göndər!

Cavad xan:

– Yox,– dedi.– Bu gün bəsdi! Qalaya çəkiləcəyik!

Hüseynqulu ağa yenə çapıb özünü döyüş meydanına çatdırdı və bağıra-bağıra:

– Qalaya!..– dedi.– Hamı qalaya!.. Qalaya!.. Xanın əmridi!.. Qalaya!..

… Və Cavad xanın atlıları döyüş meydanından çıxıb Gəncə qalasına tərəf çapmağa başladı.

… Topçu rus zabiti bağırırdı:

– Oqon po nevernım!

Toplar geriyə çapan atlılara atırdı.

– Oqon!

Toplar atırdı…

… General Portnyakin topun, tüfəngin səsi səngimiş döyüş meydanını gəzirdi. Elə bil ki, yer üzündə qarğa-quzğun qalmamışdı, hamısı Quluqobuya uçub gəlmişdi.

Döyüş meydanı inildəyirdi:

– Su…

– Pomoqite…

– Ölürəm…

– Vodu…

General Portnyakin döyüş meydanını dolaşa-dolaşa dəhşət içində pıçıldayırdı:

– Boje!.. Boje!.. Çto mı natvorili?! Prosti nas, qospodi!.. Prosti!..

General Portnyakin pıçıldaya-pıçıldaya xaç çevirirdi…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xxıı fəsil

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

1 dəq
Xxııı fəsil

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

2 dəq
Mənə niyə gülürlər?

Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...

1 dəq
Gör necə top vuraram

Dadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.

1 dəq

Başqa şairlərin şeirləri