Xxıı fəsil
Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.
Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
– Axmaq oğlu axmaq! – dedi. – Bilirdim ki, onun axırı elə belə olacaq!
Balacaxanım Qırmızı xoruzu tapacağına ümidini tamam itirib:
– Heç olmasa, – dedi. – Allah bir yetim-yesirə qismət edəydi onları!..
Ağadadaş:
– O xoruzu ki, mən tanıyıram, o köpəyoğlunun yetim-yesirlə arası yoxdu! – dedi və həmin payız günü birinci dəfə güldü. – Bizi bəyənmədi, bəy axtarır...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qarabag-sikestesi-xxii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Otaqdakı şam işığında dörd nəfər əyləşmişdi: İbrahim xan, Əmiraslan bəy və Şuşa qalasına qalxan o iki atlı.İbrahim xan o iki nəfərə baxa-baxa deyirdi:
İkinci hissə, 35Elə həmin gecə Vanya yüzbaşının pəncərəsi həyəcanla döyüldü.Vanya yüzbaşı yatağında qurcalanıb:
İkinci hissə, 36Vanya yüzbaşı həyəcanla mayor Lisaneviçin iş otağının qapısını açdı və içəri girib salamsız-kəlamsız dedi:– Cənab mayor, sizin xəbəriniz var ki, bu gecə Abbas Mirzənin iki nəfər elçisi Şuşa qalasına gəlib və İbrahim xanla görüşüb?
İkinci hissə, 3715 iyun 1806-cı il. Şuşa yaxınlığındakı Xankəndi. Xanınyay iqamətgahı.
Başqa şairlərin şeirləri
Allahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
On il qulluq etdim mən ƏləsgərəOn il qulluq etdim mən Ələsgərə,Sidqimi bağladım etiqadına.
Aşıq Camalın İbrahimlə deyişməsiAşıq Camal**Aşıq Camal içdi kövsər şərabı,
GəlmişəmÇamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,