İbrahim xan bağçada kiçik uşaqları – Abbasqulu ağa, Gövhər ağa, Hacı Hacan ağa, Səltənətbəyim, Əli ağa ilə oynayırdı.

Abbasqulu ağa:

– Kəndli ilə öküzü oynayaq!– qışqırdı.– Kəndli ilə öküzü!.. İbrahim xan:

– Yaxşı…– dedi.– Mən kəndli!

Gövhər ağa:

– Mən də öküz!..– qışqırdı.

İbrahim xan güldü:

– Ay qız,– dedi, – sənnən öküz olar?! Qız nədi, öküz nədi?! Abbasqulu ağa:

– Öküz mənəm!– dedi.

İbrahim xan:

– Yaxşı, mən oldum kəndli!– deyib, səsini dəyişdi və Abbasqulu ağaya müraciətlə kəndlinin sözlərini söylədi:

Sarı öküz, sənnən budu diləyim,

Bir günlüyü tamam gərək əkəsən…

İstəmirəm axşamadək çəkəsən,

El töhmətin üstümüzə tökəsən…

Abbasqulu ağa baş barmaqlarını buynuz kimi gicgahından qaldıraraq səsini dəyişib öküzün sözlərini söylədi:

Sən havaxtda mənim gördün işimi?

Qoymayırsan dinc saxlayım başımı…

Qoyundan, keçidən ver yoldaşımı,

Gör, mən onlar ilə necə çəkərəm!..

Uşaqlar da haray-həşirlə oyunu qızışdırırdı…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri