Birinci hissə, 25
3 yanvar 1804-cü il. Tiflis. Sərdar iqamətgahı.
Sübh tezdən knyaz Sisianov başda olmaqla bir dəstə rus hərbçisi Tiflisin hələ yuxudan oyanmamış boş küçələri ilə iqamətgaha doğru çapırdı.
Atlılar iqamətgahın həyətinə girdi və Sisianov atın belindən yerə sıçrayıb:
– Şampan!..– qışqırdı.– Şampan!..
… Xidmətçilər qədəhlərə şampan süzdü.
Knyaz Sisianov qədəhini yuxarı qaldırıb:
– Cənablar!– dedi.– Bunu qaldıraq yeni və əbədi rus şəhəri Yelizavettapolun şərəfinə!– Və qədəhi sonuncu damlasınacan başına çəkdi.– Nəhayət ki, Gəncəni,– bir an ara verib güldü,– keçmiş Gəncəni aldıq! Cavad xan da, oğlu Hüseynqulu ağa da it kimi gəbərdi!
General Portnyakin indicə içib boşaltdığı qədəhi xidmətçinin uzatdığı sininin üstünə qoyub:
– Zat-aliləri, onlar qəhrəman kimi həlak oldu!– dedi.– Düşmən olsalar da, biz igidliyin qiymətini verməyi bacarmalıyıq!..
Knyaz Sisianov sərt bir ötkəmliklə:
– Onlar it kimi gəbərdi, general!– dedi. – Gəncə bizim olmalıydı, bizim də oldu! Qarabağ da bizim olacaq! İrəvan xanlığı da, Bakı xanlığı da, o biriləri də bizim olacaq! Bütün Gürcüstan da artıq bizimdir!
Knyazın ötkəmliyi general Portnyakinin açıq-aşkar xoşuna gəlmədi və o:
– Bizim?– soruşdu.
Knyaz:
– Bəli, bizim!– dedi.
General Portnyakin içəridən axıb gələn və bu dəm heç gizlətməyə də cəhd etmədiyi bir rus kini və kinayəsi ilə:
– Siz kimsiz ki?– soruşdu.– Gürcü knyazı Sisişvili, yoxsa rus generalı Sisianov? Knyaz Sisianov düz generalın qarşısına gəldi və onun gözlərinin içinə baxa-baxa:
– Mən rus əsilli general Portnyakinin komandiriyəm!– dedi.– Bildiz, general, mən kiməm?
General Portnyakin susdu.
Knyaz Sisianov:
– Və bunu heç vaxt yadınızdan çıxarmayın! Hətta çoxlu şampan içəndə də!
Kitabxana.az · https://kitabxana.az/works/elcin-hokmdarin-taleyi-birinci-hisse-25
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əhməd Ağayeviçin özü də, ailəsi də Bilgəhdəki bağlarında bircə gün dəyaşamamışdılar və altı il idi ki, bu ikimərtəbəli mülkü tikdirib hazır eləmişdi, Azərbaycanın müxtəlif rayonlarından gətirtdirdiyi cins Quba almalarından, Ordubad əriyindən, Göyçay narından tutmuş Abşeron ənciri, xartutu, muşmulası, iydəsi,
XXIII fəsilEysebio (Əbülfət!.. Əbülfət!.. Əbülfət!..) Bakıdan gəlib Yataqxananın o həyətində futbol oynayanda, Cəmiləyə elə gəlirdi ki, həyətin yuxarı başındakı o üç gözəl iydə ağacı da Eysebioya (Əbülfətə!.. Əbülfətə!.. Əbülfətə!..) baxırlar və onlar da Eysebionu (Əbülfəti!.. Əbülfəti!.. Əbülfəti!..) sevirlər...XXIV
I hissə(Gümüşü Furqon)– Adamın gərək naxışı gətirə!.. Bir də görürsən ki, bir-birindən bixəbər iki nəfər – bir qız, bir oğlan çöl-biyabanda bir-birinə rast gəldi; birdən
II hissəBu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat
Başqa şairlərin şeirləri
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Sənə qul deyəni qul kimi öldürGəl mənim “qul” balam, “qul” pəhləvanım,qullar bazarında necəsən oğlum?
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.