Zibagilin darvazasından bir nəfər çıxıb şıdırğı yağan sulu qarın altında addımlamağa başladı.

Qaranlıqda onu tanımaq mümkün deyildi.

Bir azdan o, gedə-gedə sırıqlısının cibindən bir siqaret çıxarıb yaş olmasın deyə ovcunda tutdu, sonra bir an ayaq saxlayıb kibritlə siqareti yandırdı.

Kibrit çöpünün bir anlıq işığında Cəbinin sifəti göründü.

Sonra Cəbi iti addımlarla yoluna davam etdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri