Talvar
Səhifə 2 / 5 · 20%
Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi.
Həmin axşam Anaxanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü dəmləmişdisə, bütün həyətə çatdı, Əliabbas kişinin bir böyük həyət oğul-uşağına, nəvə-nəticəsinə. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu.
Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gur olmamışdı. Əliabbas kişinin atası usta Həzrətqulu buranı alanda bu həyətdə ikiotaqlı, birmərtəbəli kiçik bina vardı. Bu həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq, bu tutun gövdəsi indiki budaqlarından nazik idi.
Əliabbas kişi Tubuxanımla evlənəndən sonra özünə iki otaq da tikdi – bu, inqilabdan qabağın söhbətidi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi Ağasəlim ailəsilə yaşayırdı, sonra uşaqlar böyüdü; uşaqlar böyüdü, həyət kiçildi, dörd otaq oldu altı otaq, sonra səkkiz otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu... Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir parça yer tapıldı.
Əliabbas kişi ilə Tubuxanımın iki oğlu, dörd qızı vardı. Doğrudan da, qəribədi dünyanın işləri: Ağamuxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar, başları çox qəzavü-qədər, çox məşəqqət çəksə də, indi, şükür, salamatdı ikisi də və ikisi də çoxdan babaydı; amma qızların hamısı getdi, dördü də: Səlimnaz hələ müharibədən əvvəl getdi miningitdən, heç kim qalmadı Səlimnazdan, tək gəldi, tək getdi və bu da çox qəribəydi ki, axır vaxtlar dörd qızdan ən çox Səlimnaz gəlib dururdu Əliabbas kişinin gözlərinin qabağında; Fatma müharibə vaxtı getdi, heç kim də bilmədi ki, nədən getdi; düzdü, dedilər ki, Mürsəlin xiffəti partlatdı ürəyini – Mürsəl Fatmanın əriydi, cəbhədə idi və bir müddət ondan xəbər-ətər gəlmədi; indi də sağdı Mürsəl, kefi kök, damağı da çağdı, dördüncü arvadıyla yaşayır. (Bir dəfə Mürsəl Əliabbas kişini küçədə görüb qucaqlayıb ağlamışdı ki, Fatmadan sonra heç bir arvadla yaşaya bilmirəm, yaman bəd şeydi, Əliabbas dayı, məhəbbət! Əliabbas kişi də demişdi ki, vallah, əgər budusa məhəbbət, gərək səninçün bəd şey olmasın...) Fatmadan bir oğlu qalıb, atasına oxşamayıb, ana tərəfə çəkib, evi-eşiyi, üç də balası, Sumqayıtda yaşayırlar və ümumiyyətlə, qızların uşaqlarından bu həyətdə heç kim yoxdu. Ağamuxtarla, Fətullanınkılardı burda.
Səfurə ilə Kəmalə də müharibədən sonra getdilər. Nə isə... Dünyanın işləridi. Əliabbas kişinin Səfurə ilə Kəmalədən yeddi nəvəsi vardı və yeddisi də ev-eşik, oğul-uşaq sahibi idi, amma bir vardı ki, bu boyda külfətə baxmayaraq, əslində, lap əslində, Əliabbas kişi tək idi.
Məsələ burasında idi ki, Əliabbas kişi düz üç il bundan əvvəl Tubuxanımı torpağa basdırmışdı və xartutun yüz yaşı tamam olan həmin şənbə gününün gecəsi yerinə girib gözlərini yummuşdu, amma Tubuxanım gəlib durmuşdu gözlərinin qabağında, həm də sinəsi taxtaya dönmüş ağbirçək Tubuxanım yox, bu həyətə təzə gəlin gəlmiş Tubuxanım, könül üçün ağıllı, göz üçün gözəl olan Tubuxanım.
Qabaqlar zarafatla dediyi, amma indi zarafatdan əsər-əlamət qalmamış dörd misra gəlib Əliabbas kişinin ürəyindən axıb-keçdi:
Yatıram yanım ağrır,
Dururam canım ağrır.
Sən yadıma düşəndə,
Tamam əndamım ağrır.
Kişi başa düşdü ki, bu gecə də səhərə kimi gözünə yuxu getməyəcək, çoxdan, lap qədimlərdə olub-keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, beş yaşında, altı yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb, amma iki gün bundan əvvəlin söhbəti yadından çıxıb gedir.
O, beş-altı yaşı olanda dağlar balası idi: meşələr yadına gəlirdi, sıldırım qayalar yadına gəlirdi, başı qarlı uca dağlar yadına gəlirdi, köpüklənə-köpüklənə axan dağ çayında kəndin uşaqları ilə bərabər çimməyi, palansız eşşəyə dırmaşıb çapmağı yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi; bu çəpiş onun çəpişi idi, hara getsəydi dalına düşürdü, əlindən yarpaq yeyirdi; çəpiş dedi, Cəbiş yadına düşdü; bir dostu vardı, qonşuları idi deyəsən, Cəbi idi adı. Durur görəsən? Sağ olar, o tərəfin adamları çox yaşayırlar, havasındandı, suyundandı.
Sən az yaşamısan bəs, a Əliabbas kişi?
Hamı yatmışdı: kişilərin yeri açma-yığma çarpayıda tutun altında salınmışdı və bu yüz yaşlı tut ağacının altı ay işığında yataqxanaya oxşayırdı; həyətin qadın-qızları məhəccər uzunu birinci mərtəbənin şüşəbəndində yatmışdı; yeniyetmə oğlanlar, uşaqlar isə damda yatırdılar və indi yeddinci yuxudaydılar. Sentyabrın ortalarına qədər beləcə olacaqdı, sonra yavaş-yavaş qız-gəlinlər evə keçəcəkdi, kişilər artırmaya, şüşəbəndə, sonra onlar da evə, hərə öz arvadının yanına və ən nəhayət də, uşaqlar günü-günə sata-sata axır ki, hərə öz evində yatacaqdı.
Bütün bunlar sonralar olacaqdı, yay qurtaranda, payız gələndə. İndi isə Əliabbas kişi tut ağacının altından gələn xorultuları açıq-aydın eşidə-eşidə bir daha fikirləşirdi ki, bu gecə yata bilməyəcək və ona görə yox ki, həyətdən cürbəcür səsli-nəfəsli xorultular gəlirdi, yox, yay vaxtı bu səslərə öyrəncəli idi və əslində həmin xorultular onun üçün, bir növ, gecə laylasıydı, bu mənada ki, özünü tək hiss etmirdi; ona görə ki... elə-belə, yuxusu qaçmışdı, vəssalam.
Əliabbas kişi yayda da qışdakı kimi evdə yatırdı, özü də yorğan-döşəkdə tuman-köynəklə üşüyürdü Əliabbas kişi bəzən lap yayın cırhacırında da üşüyürdü gecələr.
Əliabbas kişi birdən-birə fikirləşdi ki, o özü də elə həyətdəki o yüz yaşlı tut ağacı kimi bir şeydi; bunu fikirləşdi və ona elə gəldi ki, bədənindəki bütün damarlar tutun şaxələridir və indi payızdı, şaxələr də qupquru quruyub.
Onun uşaqları, nəvələri, gəlinləri, bir sözlə, bütün böyük külfəti xalis şəhər adamları idi, kənddən, dağların qoynundakı o kənddən xəbərləri yox idi; o kənddən ki, axır vaxtlar tez-tez Əliabbas kişinin yadına düşürdü və bəzən gecələr lap doğrudan-doğruya o dağlardakı kəklikotunun iyi burnuna gəlirdi, o dağların çəniçiskini uzun-uzun illər məsafəsindən bir qəriblik gətirirdi.
Birindən soruşublar ki, haralısan, deyib hələ evlənməmişəm; Tubuxanım içərişəhərli qızı idi və əslində elə Əliabbas kişinin özü də şəhər adamı idi – danışmağı, fikri-zikrilə də; kənddən yalnız uzaq illərin dumanlı xatirələri qalmışdı, bir də uzun-uzadı illər məsafəsindən güclə süzülüb gələn bir qəriblik.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-talvar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat
I fəsil(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.
II fəsilAbşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.
III fəsilHəmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.
Başqa şairlərin şeirləri
Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Aşıq sazındaAşıq Ələsgərə*Bir həyat eşqi var, bir də ki, həsrət,