Çərşənbə günündə, çeşmə başındaGözüm bir alagöz xanıma düşdü.Atdı müjgan oxun keçdi sinəmdən,Cadu qəmzələri qanıma düşdü.

İşarət eylədim dərdimi bildi,Gördüm həm gözəldi, həm əhli-dildi,Başını buladı, gözündən güldü,Güləndə qadası canıma düşdü.

Ələsgərəm hər elmdən halıyam,Gözəl, sən təbibsən, mən yaralıyam,Dedi nişanlıyam, özgə malıyam,Sındı qol-qanadım, yanıma düşdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri