O, günlərlə,aylarlaişlədi.Demədi ki, əlim,qolum yoruldu.Çünki sənətkar idi,Daşdan insan yonurdu.Qopardıqca heykəlinüzündən qəlpə-qəlpəartıq ifadələri,kobudluğu,lazımsız kədəri;Bıçağının ucuylaheykəlin üzünəməğrurluq,əzəmətHəkk elədikcəzərrə-zərrəDəyişirdi öz üzü də,Öz gözü də.Sığallanırdı alnındakı qırışıqlar.Cizgilər tarım çəkilibtamamlanırdı.Baxışlarısənət alovuyla yanırdı.Qəribə idi:O, heykəli,heykəl onu gözəlləşdirirdi.

Heykəl insana döndükcəİnsan sevincindənHeykələ döndü.Gördü onun yanındaonu yaradanBir heykəltəraş var.Sonra hər ikisi dost kimiŞəhəri gəzməyə çıxdılar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri