Şeir gətirdi
Şeir gətirdi,Həm şeirdir,Həm də ki, qoşma, qəzəl, bayatı.Aldım, baxdım,nə gördüm; həftəbecər boyatı.Kəlmələr bir-birindənxəbər verən xəfiyyə...Vardı dodaq-dodağaverib gülən qafiyə.Fikir verəndə vəznə,yada düşürdü
köhnə atlı sinəsindəkiyar-yaraşıqlı vəznə.Bəs təqti?O da bütün dünya şeirində təkdi.Yorğa kəhərdi ki, var.Bəs fikir, hiss?Onları basmışdı his...
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-seir-getirdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Ey şahin cilvəlim, şunqar şivəlimEy şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.
Könlün istəsə qəm dərdiğə dəva, qədəh içKönlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.