Bakı
Uzaq elli əziz dostum soruşdu:– Sizin Bakı söylə, necə şəhərdir?Dedim: – Qardaş, mənim doğma şəhərimYazılmamış, oxunmamış əsərdir.
Çiçək desən – könül açan çiçəyi,Külək desən – ev uçuran küləyi,Qasırğada ağ dalğalar ləçəyi,Sakit gündə gözü mavi Xəzərdir.
Nəğməsidir zavodların fit səsi,Suya düşüb buruqların kölgəsi.Ətirlidir bağlarının meyvəsi,Ağ şanısı elə bil ki, şəkərdir.
Dost görəndə tükənməyir hörməti,Düşmən görsə, dərya olur nifrəti,Bir qədər də dəlisovdur adəti,Əziz dostum, Bakı belə şəhərdir.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-baki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ölüm yaxın düşə bilmirBircə böyük məhəbbətə.
Qarğalar qar üstə qara xalmıdır?Qarğalar qar üstə qara xalmıdır?Küknarlar yamyaşıl alova bənzər,
Xəstəxana qucağındaXəstəxana qucağındaSəsin gəldi otağıma.
Dilim qabar oldu “gəlmə” deməkdənDilim qabar oldu “gəlmə” deməkdən,Sən elə əvvəl də belə dəcəldin.
Başqa şairlərin şeirləri
Könlüm pasıbandı səri-kuyində,Səni arzulayır, yar, görüşməyə.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər