Başçılar
Bu səhnəyə gələn gündənNeçə paltar dəyişmişəm,Neçə dona girmişəm mən:Neyləməli,Budur peşəm.
Roldan-rola girsəm belə,Dəyişmədim sifətimi.Ağlasam da gülə-gülə,Dəyişmədim xislətimi.
Fəhlə oldum – əl çaldılar,Tacir oldum – yenə alqış.Rüşvət aldım – əl çaldılar,Ona nifrət – mənə alqış.Cəllad oldum, vurdum boyun,Fateh oldum – bir qəsbkar...Ah, bu səhnə, ah, bu oyun...Yenə mənə əl çaldılar.
Əl çaldılar, oraq alıbZəmiləri biçəndə də.Əl çaldılar, əyyaş olubGecə-gündüz içəndə də.Öyrənmişik alqışa biz.Bir nadana, bir alçağaƏl çalırıq fasiləsiz.
Bu səhnəyə gələn gündənMin rəng-boya görmüş üzüm.
Min cür rola girmişəm mən.Min dodaqdan qopmuş sözüm.Bu gün satqın, sabah alim,Sonra cəbhə yarmış əsgər.Min peşə var,Eh, nə bilim,Sonra hakim, sonra rəhbər.
Qəribədir yazıçılar:Ta qədimdən bu günədək.İstər adil, istər zalimHökmdarlar və başçılarSon pərdədə ölsün gərək.
Bəlkə şair belə edir bilə-bilə,Görsün neynir xalq və millət?!Bu ölümçün yaş tökürmü gilə-gilə,Ya sevinirDodağında söyüş, lənət?!Öz xalqını, ölkəsiniÇörək üçün yad qapıya aparanı,Dodaqların nəğməsini,Ürəklərin sevincini qoparanı,Ağa kimi baxıb bizə,Düşmənləri üstümüzəGüldürəni kim sevəcək?Könüllərin inamını,Şairlərin ilhamınıÖldürəni kim sevəcək?
Oynadığım rollar içrəLüdovik də, Pavel də var –Ağlı körpə ağlı kimi.Hər ölkədə, hər evdə var...Gördüyü iş tərsinədirDəliqardaş nağlı kimi.Bədən çəllək.Ağıl gödək,Hökm eləyir başın üstə.
Xasiyyəti – dəli inək,Hərəkəti təsadüfdür, yoxsa qəsdən,Heyrət alır uşağı da,Təsadüfdür onun başçı olmağı da.
Düşünürəm səhnədə mənBu Pavelin yetər biriQalsın tarix varağında.Qoy olmasın müasiri...Oynadıqca səhnədə mənDüşünürəm yenə də mən:Başçı var ki, özü ölür əcəliylə.Başçı var ki, öldürülürBir nəfərin əlləriylə.
Başçı var ki, bütün xalqdır qoruyanı,Başçı varmış silahlanmışƏsgərlərdir dörd bir yanı.Başçı var ki, qalmalıdır,Ölür ancaq.
Başçı var ki, ölməlidir,Zülm eləyir yaşayaraq,Vəba yayır, taun yayır.Ölümünü xalq istəyir, arzulayırBürkü vaxtı əsən sərin külək kimi.Bir xəstəyə dərman kimi,Qəhət olmuş çörək kimi,Azadlığa fərman kimi...
Lakin zaman xali deyil,Hökm eləyir ədalətlə,Dolanır ay, dolanır il,O vuruşub ətalətləOğul doğur, bir oğul ki,Elin ağlı, zəkasıdır.Bir oğul ki, əmin ol ki,
Eli qəmdən alasıdır!Bir oğul ki, ölkəsininFəhləsidir, rəncbəridir.Şair yaxşı söyləyibdir:“Həm xalqının rəhbəridir”.Mən Leninin surətiniSəhnəmizdə yaratmışam.Öz aktyor sənətimiOnda sevdim, həmin axşam...
Hər səhnəmə gəlişimdənSalona da yaz gəlirdi.Onun adi sözünü də deyəndə mənAlqış, alqış yüksəlirdi.Unutmuşdu sanki hamıBu həyatdır, yoxsa səhnə!Böyük Lenin ehtişamıNur yayırdı qəlbə, beynə.
Yadımdadır o son pərdə,Açılanda qəfil güllə,“Ah” nidası ürəklərdə –Sanki salon pillə-pilləUçuruma yuvarlandı...
Əsər bitdi, işıq yandı,Mən səhnənin qabağınaAktyortək gələn zamanSanki sükut asılmışdıUca tağdan, divarlardan.
Alqış yoxdu: bu nə sirdi,Durmamışdı kimsə hələ.Salon məni seyr edirdiGöz yaşını silə-silə.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-bascilar
← → düymələri ilə keçid, R — təsadüfi şeir