Həsrətin
Getdin,Həsrətinə tapşırdın məni,Tək qala bilməzdim qəmlə, kədərlə.Həsrətin danışdı olub-keçəni,Məni ovundurdu xatirələrlə.
Sənli günlərimi anıb danışdı,Canlandı qarşımda surətin sənin.Mənim əvəzimə yanıb danışdı,Səndən vəfalıymış həsrətin sənin.
Həsrətin sinəmdə illəndi qaldı,Mən ondan alıram sənin ətrini.Həsrətin gözümdə gölləndi qaldı,Yaman istəyirmiş mənim xətrimi.
Onundur ya sənin sinəmdəki dağ?Bəhsə giribsiniz dağ çəkməkdə siz.Həsrətin yaxındır, sən özün uzaq...Gərək yerinizi dəyişəydiniz...
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-hesretin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ən çox saçlarını xoşlayıram mən,Tökülə çiyninə şəlalə kimi.
Sıx buludlar saçaq-saçaqSıx buludlar saçaq-saçaq,Yağış səni isladacaq,
Sevgidən danışan şeirlərimiSevgidən danışan şeirlərimiSiz əsla yazmayın mənim adıma.
Mənə yaşamağı öyrət, əzizimMənə yaşamağı öyrət, əzizim,Öyrət, çətinliyə sinə gərməyi,
Başqa şairlərin şeirləri · Hicran
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
هیچ کس را رنج خاطر در جهان حاصل مبادوز فراق دوستان کار کسی مشکل مباد
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.