Kəndimiz
Salam Kür! Salam Kür! Baba ocağı,Dağıtdın könlümün hər möhnətini.Bir dəfə öpməklə burda torpağıDuymazsan dünyanın səadətini.
Burda ağ qovağın budaqlarınıKim belə naşıtək əhəngləyibdir?Sıxdım gövdəsinə dodaqlarımı,Mənim kənd həsrətim onu əyibdir.
Burda çöl ceyranlı, səma durnalı,Yulğunlar ucalıb, meşələnibdir.Burda sürü izi, orda at nalı,Ətəkdə turaclar eşələnibdir.
Torağay torpağı ayaqlarıylaÇörək üzü kimi naxışlayıbdır.Təbiət rəngləri çalarlarıylaBizim kəndimizə bağışlayıbdır.
Burda təbiət də insanlaşıbdır,İnsanlar Kür kimi qaynar, saf, dərin.Burda kişi tapmaq asanlaşıbdır,Bu da bəhrəsidir işin, hünərin.
Burda igidlər var aslan biləkli,Halal zəhmətiylə ucalıb başı.Burda kişilər var üzü çörəkli,Əl vursa qızıla döndərər daşı.
Barda oğullar var qız ismətlidir,Burda qızlar da var oğul kimi mərd.Analar lap Muğan təbiətlidir —Yaz kimi mülayim, payız kimi sərt.
Həyətlər həsrətdir burda çəpərə,Qonaqsız bir süfrə çətin tapılar,Yada, dost-tanışa, yol gedənlərəTaybatay açıqdır bütün qapılar.
Bir nemət dadmasan burda günahdır,Zəhmət ətri gəlir hər tikəsindən,Deyəsən, oxuyan aşıq Pənahdır,Tanıdım sazının cingiltisindən.
Başına döndüyüm Kürün qırağı,Dağıtdın könlümün hər möhnətini,Bir dəfə öpməklə burda torpağıDuymazsan dünyanın səadətini.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-kendimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Quzu balamın, quzu qanını tələb elərəm, əcəb elərəm,Dedi ki, verib özü canını əcəb elərəm, əcəb elərəm.
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecəƏldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları