Kimsə tanımırdı Məcnunu hələ,Gəlmirdi Kərəmin səsi, sorağı.Qərib ağlatmırdı eli saz ilə,Fərhad da külünglə çapmırdı dağı.

Onlar gəzirdilər kənddə, şəhərdə,Yüz-yüz adsız-sansız adam içində,Heç biri yox idi gözdə, nəzərdə,Dönüb baxmırdılar onlar keçəndə.

Yox, bu cavanları tanımırdılar...Lakin Leyli vardı, Şahsənəm vardı.İstər nökər olsun, istər hökmdar,Şirinə, Əsliyə dönüb baxardı.

İndi sən,gözəllik rəmzi kimisən,Gedirsən, çöhrən də günəştək yanır.Bir kimsə yanından keçmir dönmədən,Hamı heykəl kimi yerə mıxlanır.

Hamı sənə baxır.Görmürlər deməkBu dünya üzündə bir mən də varam.Nə eybi,vaxt gələr mən də Kərəmtək,Məcnuntək, Qəribtək məşhur olaram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri