Mənim yazı stolumuXoşlamırsan, əzizim,Sanırsan ki, aramızdaBir sərhəddir o bizim.Sanırsan ki, o alıbdırMəni sənin əlindən,Bu gileyi neçə dəfəEşitmişəm dilindən.Səni başa düşürəm mən, –Aylı-ulduzlu fəzaXoş gəlməyir təyyarəçiKönül verən bir qıza.Dəmiryolçu sevgilisiHeç xoşlamır qatarı,Dənizçinin sevdiyi qızMavi, zümrüd suları...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq