Qoca gördüm bu gün səhər
Qoca gördüm bu gün səhərBizim Şuşa yaylağında.Gənclik nuru gözlərində,Lalə rəngi yanağında.
Ağarsa da saçı qartək,O gəzmirdi ixtiyartək.Gözəl gördü bir maraltək,Gülüş gəzdi dodağında.
Dedi: – Sorma yaşımı sən,Doymaq olmur bir ömürdən.Yüz il qoyun kəsmişəm mənBizim İsa bulağında.
Dedi: – Yaxşı səsim də var,Bəmdə “Segah”, zildə “Qatar”Oxuyardım bir zamanlarXan qızının qabağında.
Dedi: – Turşsu, Cıdır düzüQoynuna çox alıb bizi.Keçirmişik ömrümüzüAğ günlərin sorağında.
Baxdım ona xeyli zaman, –Özü qoca, qəlbi cavan.Qocalarmı, dedim, insanBu dağların qucağında?!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-qoca-gordum-bu-gun-seher
← → düymələri ilə keçid, R — təsadüfi şeir