Qonşu kupedəki cavan almanlaDurmuşam vaqonun dəhlizində mən.Kişisən qəribin dilini anlaAlmanca bir kəlmə bilmirsənsə sən.

O, Bonn şəhərindən bizim məkanaGəlibdir gəzməyə, ellər aşaraq.Yanında arvadı – cavan bir ana,Qolunun üstündə təzə bir qundaq.

O süzür dağları, geniş düzləri,Görən xoş gəlirmi ona bu yerlər?Qatar sürət ilə gedir irəli,Yenə relslər üstə açılır səhər.

Rostova az qalır, sakit Don axır,Budur, uçuq körpü durur pərişan.Elə bil başımda şimşəklər çaxır,Yanımda yenə də o cavan alman.

– Qanlı müharibə! –Anlamır məniO azərcə bilmir, mən də almanca.Sinələr dağlayan iki kəlməniOna işarəylə deyirəm ancaq.

Burda tərcüməçi nəyə gərəkdir,Yox, yox, dilmancsız da anladı deyən.O uçuq körpüdən gözünü çəkdi,Baxdı arvadına, uşağa birdən.

Axı o atadır, axı daş deyil,Götürüb qundağı köksünə sıxdı.Körpünü dağıdan bomba elə bilBu dəmdə yenidən partlayacaqdı.

O girdi kupeyə;Fit verib qatarKeçdi Don çayını təzə körpüdən.Atanın yerinə oğlu utanarGənc alman xəcalət çəkirdi deyən...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri