İnsan çöhrəsinə rəng də, boya daGərək təbiətin özündən keçə.O, gərək nəğməylə sübhü oyada,Günün ilk şəfəqi gözündən keçə.

Mən talış qızının yanağındakıAlığı görəndə buna inandım.Səma qarşısının hanasındakıQövsi-qüzeh onun donudu, sandım.

Örpəyi göylərin bulud tirməsi,Dişləri talışın quzey qarıdır.Buket çay gözünün qara sürməsi,Nəfəsi İstisu qaynaqlarıdır.

Sanki təbiətin hər boyasınıHüsnünə toplayıb talış qadını.Bəxş edib cahana qız ağasını,Həm də kinonağa¹ qoyub adını.

¹ Talış dilində “qızlar ağası” deməkdir.

Axmaz, “axma!” desə axan çaya daKimdir o gözəlin sözündən keçə?!...İnsan çöhrəsinə rəng də, boya daGərək təbiətin özündən keçə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri