Qüssəli çağlarında
Qüssəli çağlarındaSənin dodaqlarındaTəbəssüm görünübsə,Gülüşə bürünübsəKədərlərin bir anda —Bu uğurlu zamandaDemək hələ mən varam!
Ümid dumanda, çəndəSəni atıb gedəndə,Qəlbinə şölə kimi,Kiçik bir gilə kimiTəzə ümid dolubsa,Belə günün olubsa,Demək hələ mən varam!
Qış – şaxtadan qılıncı,Çiynində ağ yapıncıƏlini kəsən zaman,Sərt yellər əsən zamanBir çiçək görmüsənsə,Əyilib dərmisənsə,Demək hələ mən varam!
Baharınam xəzanda,Bələdçinəm azanda,İşığınam zülmətdə,Həyatınam qürbətdə,Sənin çətin anındaMən hazıram yanında,Demək hələ mən varam!..
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-qusseli-caglarinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey dəhanı şəkər, ləbləri qəndab,Tən edər ləzzətdə ozər babısan!
Qoymadi rahət olum bir dəm dili-şeyda məniQoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
HəcvNəsli-Hacı Çələbinin nəvəsi İsa bəy,Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək