Səhifə 2 / 2 · 50%

...Elməddin daş kimi üzüqoylu düşüb yatmışdı. Kimsə onu silkələdi. Gözlərini açanda otaqda, başının üstündə tanımadığı iki kişinin dayandığını görüb hərəsan qalxıb oturdu. Ayaqlarını aşağı sallayıb qalxmaq istəyəndə sifəti qapqara, bığı isə çallaşmış kişi tapançasını irəli uzadıb;

– Zəhmət çəkmə, ağa! — dedi. — Elə otursan yaxşıdı... Yanındakı nisbətən cavan kişi qoltuğundan bir kitabça çıxartdı və Elməddin buna əhəmiyyət vermədən:

– Bağışlayın, siz kimsiniz və nə istəyirsiniz! —deyə soruşduqda tapançalı kişi tələsik dedi:

– Bunun əhəmiyyəti yoxdur, ağa! Əlində kitab olan kişi:

– Gəlmişik səni kitabının çıxmağı münasibətilə təbrik edək, ağayi Elməddin, — dedi.

Elməddin bir tapançaya, bir də kitaba baxıb acı-acı gülümsündü:

– Tapança ilə təbrik edirsiz məni?

– Hə, təsəvvür edin ki, bu, hələ heç kəsə nəsib olmayan bir səadətdir. — Hər şey aydın idi. Elməddinin bədənində soyuq bir gizilti gəzdi, soyuq tər gəldi alnına.

– Hm. Aydındı, o kitaba baxmaq olar?

– Niyə olmur, al bax!

Elməddin titrək əlini irəli uzatdı, kitabı aldı. Üstündə öz adı yazılmışdı. Elməddin. «Xurma çərdəyi». Bəli, bu onun kitabı idi. Yaxın vaxtlarda satışa çıxmalı idi. Üstünə özü şəkil də çəkmişdi. Bir xurma ağacıydı. Ağacın altında bir dilənçi oturmuşdu, papağını da qabağına qoymuşdu. Papağın içində... beş-altı xurma çərdəyi vardı... Bir xurma çərdəyi də dilənçinin başına dəymək üzrə idi, hiss olunurdu ki, indicə kişinin kəlləsinə, daha doğrusu, alnına dəyəcək... Elməddin kitabı görən kimi hər şeyi — tapançanı da, ölüm qorxusunu da unutdu, qəlbinə sonsuz, nəşəli bir sevinc hissi axıb doldu. Kitabı çıxmışdı... Bu, onun «Əfsanəli mahnılar» kitabından sonra nəşr olunan ikinci kitabı idi. O, sevinc içində:

– Çox sağ olun, ağalar! — dedi. — Siz həqiqətən məni sevindirdiniz. Mütəşəkkirəm. Belə şad xəbəri gətirdiyiniz üçün keçin, əyləşin, qonağım olun.

Tapançalı kişi onun sözlərini eşitmirmiş kimi:

– Sevindinmi, ağa? — dedi.

– Bəli, siz təsəvvür etməzsiniz necə sevindirdiniz məni.

– Biz də buna şadıq, ağa. Ancaq... indi başqa bir məsələ var, ağa!

– Buyurun.

Kişi cibindən bir tapança külləsi çıxartdı. Qurğuşun hissəsini ona göstərib:

– Bu nədir, ağa? — deyə soruşdu.

– O,.. — Elməddin kəkələyən kimi oldu... — o, güllədi.

– Nəyə oxşayır?

– Elə gülləyə.

– Yox, nəyəsə oxşayır bu.

– Nə bilim.

– Xurma çərdəyinə oxşamırmı, ağa?

– Oxşayırmı? Oxşayır, lap yaxşı oxşayır! Bəs sənin papağın hanı?

– Papağım?

– Papağımı neynirsən?

– Lazımdı.

– Odur, — o, mizin üstünə işarə elədi. Yanındakı kişi papağı gətirib Elməddinin böyrünə qoydu. Tapançalı dedi:

– Hə, bax, belə. İndi mən, özün yazdığın kimi, bu xurma çərdəyindən, — o, əlindəki gülləyə işarə elədi, — çox yox, üç-dörd dənə sənin başına vuracağam. Sən də, əgər bacarsan, o çərdəkləri bir-bir papağının içinə yığarsan. Sonra neylərsən özün bilərsən...

– Siz... — Elməddin udqundu. — Siz məni öldürməyə gəlmisiniz... Qanunsuz, hökmsüz... bu, cinayətdir.

– Sən öz ölüm hökmünü bax o kitabda... öz əlinlə yazıbsan, ağa.

– Mən...

Sözü ağzında yarımçıq qaldı... Kişi düz alnının qabağında tətiyi çəkdi və Elməddin... qışqırıb arxası üstə uzandı... Kitab əlindən... düşdü...

Güllə səsinə Simin oyandı və özünü Elməddinin otağına atdı. Qapıdan içəri girən kimi tanımadığı yad kişi ilə üz-üzə gəldi və qışqırıb geri qaçmaq istəyəndə... tapançalı kişi sol əlini irəli uzadıb ağzını tutdu. Simin çırpındı, çapaladı, ancaq kişinin əlindən çıxa bilmədi. Bu zaman cavan kişi pencəyinin cibindən çıxardığı tiyəsi par-par parıldayan bıçağı onun sol döşünün altından ürəyinə sapladı.

Simin xırıldadı və kişinin qucağından sürüşüb elə qapının ağzınaca düşdü, başı kəsilmiş toyuq kimi çırpınmağa başladı...

Çırpınıb-çırpınıb sakitləşdi...

Onlar tələsik otaqdan çıxdılar.

İyirmi dəqiqə keçməmiş həyətə şala bürünmüş bir kişi girdi. Həyətdə kimsənin olmadığını görüb evin qapısının ağzında dayandı. Sallaq bığını sol əlilə tumarladı — bu, əsəbilikdən idi, — yan-yörəyə boylandı, Salamat olan sağ üzünü ətrafa dolandırdı və astadan qapını tıqqıldatdı:

– Ay ev yiyəsi.

Səs gəlmədi. Bu zaman təkgöz kişi taxta qapını itələyib içəri daxil oldu. Kimsə yox idi. Mətbəx boş idi, yan otaq da boş idi. Sağ tərəfdəki otağa girəndə... qapının ağzında qan bulaşmış qadını və taxtın üstündə hərəkətsiz uzanmış Elməddini görüb qorxu içində nə edəcəyini bilmədi. Çaşqın halda qadının üstündən adladı. Yaxın gəldi, taxta çatanda, Elməddinin beyninin dağıldığını görüb iki addım geri çəkildi: «Bismillah»— dedi. Bu yazıqları öldürüblər ki?» Çıxıb qaçmaq istədi. Ancaq nə fikirləşdisə irəli yeridi. Əyilib Elməddinin qana bulaşmış sifətinə baxdı. Yox, çoxdan canını tapşırmışdı. Gördüyü qorxunc mənzərədən çaşıb nə edəcəyini unudan kişi əlindəki kiçik tapançanı şalvar cibində gizləyib Elməddinin aşağı sallanan ayaqlarının yanına düşmüş kitabçaya bir təpik ilişdirib dal-dalı çəkilərək otaqdan çıxdı. Dodaqaltı pıçıldayırdı: «Şükür sənə, Xudaya, bu dəfə günahsız qan tökməkdən məni xilas elədin!»

Qapının ağzında ayaq saxladı, kimsənin gəlmədiyini görüb, demək olar ki, heç nə olmamış təki, sakit addımlarla həyət qapısına tərəf yönəldi; xoşbəxtliyindən nə gələn vardı, nə gedən... Təkgöz kişi arxayın nəfəs aldı.

...Axşam çağı, Əfsanə uşaqla gəzintidən evə dönəndə Siminin və Elməddinin öldürüldüyünü görüb... vəhşi bir səslə qışqırdı. Ürəyi getdi, döşəməyə tappıltı ilə yıxıldı. Balaca Əfsanə isə... çığıra-çığıra küçəyə qaçdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, yeddinci fəsil

Elməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.

5 dəq
Dördüncü hissə, səkkizinci fəsil

Məleykə Elməddini həyətdə görəndə özünü itirdi, əvvəl gözlərinə inanmadı. Sonra tanıyıb uşaq kimi qabağına qaçdı:– Xoş gəlibsən, ay qardaş! — dedi və gözləri ilə onun dalınca gəlməli olan Şəfini axtardı; o yox idi, Elməddin tək gəlmişdi.

7 dəq
Dördüncü hissə, doqquzuncu fəsil

Bəbrək hər gün məktəbdən saat birdə gəlirdi. Ancaq bu gün nədənsə gecikirdi. Saat üç olmuşdu, lakin o, hələ gəlib çıxmamışdı. Məleykə xanım bərk nigarançılıq hissi keçirirdi: «bu uşaq harda qaldı?»—deyə həyət-bacada vurnuxur, küçəyə çıxır, yollara baxırdı. Ananın ürəyinə cürbəcür qara fikirlər gəlir, qəlbini didib-parçalayırdı. «Qaraçuxamız yatıb. Dilim-ağzım qurusun, balam maşın-zad altına düşər birdən» — deyə aram ola bilmirdi.Nəhayət, saat beşdə Bəbrək çantasını yelləyə-yelləyə gəldi. Məleykə aynabənddən onun sağ-salamat gəldiyini göpəndə əvvəl çox sevindi: — «Şükür sənə, pərvərdigara!» — söylədi öz-özünə. Ancaq bir an sonra qəzəbi tüğyan elədi, Bəbrəkin qabağına çıxıb onu danlamaq, tənbeh eləmək istədi. Oğlan həmişəki kimi yorğun və əzgin deyildi, üzündə-gözündə işıqlı bir təbəssüm cilvələnirdi. Məleykəni bu, bir az təəccübləndirdi, arvad ani olaraq çaşıb əli ağzında qaldı. Buna baxmayaraq lap yaxın gəlmiş oğlunun yaxasından yapışıb qeyzlə silkələdi.

3 dəq
Dördüncü hissə, onuncu fəsil

Ağayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.

5 dəq

Başqa şairlərin şeirləri