İkinci hissə, on üçüncü fəsil
Səhifə 1 / 2
Bu, Məhəmməd Şəfinin çoxdankı arzusu idi; ömür yarı olmuşdu, ad-sanı məmləkəti tutmuşdu, onunla oturub-durmaq, kəlmə kəsmək həvəsində olanların sayı-hesabı yox idi—ancaq o, hələ bircə dəfə də, «xalqın atası», «məmləkətin sahibi» sayılan əlahəzrətlə bir məclisə düşmək, onunla üzbəüz əyləşib söhbət eləmək, yaxından gözlərinin içinə baxmaq, bir şair kimi özünü narahat eləyən məsələlər barəsində bu «şəxsi-əvvəlin» nə düşündüyünü anlamaq, nəhayət, camaatın nəzərində sirli-sehrli bir dünyaya oxşayan «Ərkeşahi»nin içərisindəki cah-calallı saraya tamaşa eləmək «səadətinə» nail olmamışdı. Əlahəzrət bu sarayda tez-tez qəbullar düzəldərdi, yüksək məqamlı adamları, generalları, gələn xarici qonaqları qəbul edərdi, lakin heç vaxt Şəfi onların arasında görünməzdi. Sadəcə olaraq onu dərbardakılar «görmürdülər». Bu, bir tərəfdən yaxşı idi— dərbardan uzaq olanlar nadir hallarda qəzəbə düçar olurdular. Yaxın olanlar isə nə zaman harada «günaha batacaqlarını» bilmədiklərindən həmişə nigarançılıq içində yaşayırdılar və Şəfi də bunu çox yaxşı bilirdi. O biri tərəfdən isə pis idi «görünməməzlik» dərdi—çünki bu, sayılmamaq demək idi, adilik demək idi, yüksək məqamlara çatmamaq kimi də qiymətləndirilə bilərdi. Şəfi şöhrətpərəst deyildi, heç vaxt da olmamışdı. Bəzən elə düşünürdü ki, əlahəzrətin ətəyinə əli çatanlar qorxaq və yaltaq olduğundan nə xalqın, nə məmləkətin dərdləri barədə ona heç nə demirlər, deyə bilmirlər. Amma o, bu «şərəfə» nail olsa, mütləq hər şey barədə açıq danışar, başa salar, qorxmadan, çəkinmədən əsl həqiqətləri, əsl dərdləri deyər. Şəfi məhz bu arzu ilə yaşamışdı illər boyu və ona elə gəlmişdi ki, bunları əlahəzrət hümayuna söylərsə, bu, mütləq təsirsiz qalmaz.
Şəfi dünən Bəbirlə gecəyarıdan keçənə qədər dərdi-dil eləmişdi, malı bir yerə, gümanı min yerə gedən adam kimi əlahəzrətin bu iltifatından çaşbaş qalan şairi Bəbir xeyli sakitləşdirmiş, dəvətin mümkün səbəbini izah eləmişdi:
– Əlbəttə bu, təsadüfi deyil, dostum. Bunu sənə əlahəzrətin adicə iltifatı kimi qiymətləndirsək səhv eləmiş olarıq. Məncə, artıq sənin ədəbi-ictimai, siyasi fəaliyyətin dərbarın nəzər-diqqətini cəlb eləyibdir. Sən bunu qəbul edirsən ki, dərbarda oturanlar, əlahəzrət cənablarının müşavirləri, məsləhətçiləri ağılsız adamlar deyildirlər və bu da yəqindir ki, hansı küləyin hansı səmtdən əsdiyini bilirlər, çox yaxşı bilirlər. Belə düşünürəm ki, sənin kitabının qopardığı tufan gedib ağalarımıza da çatıb və canlarına lərzə salıb! Sən səbir və təmkinlə, ədəb-ərkanla əlahəzrət cənablarının əhvali-ruhiyyəsinə fikir ver, gör necə danışır səninlə. Son sözünü əvvəlcə deməyi məsləhət bilmirəm, qardaş! Sən bir az qürurlusan — əslində şair elə qürurlu olmalıdır —ancaq unutma ki, tarix boyu şahlar ürək və qürur sındırmağa adət ediblər. Mən bilmirəm orda, səndən başqa kimlər olacaq — özünün də, onun da ləyaqətini gözləməyin vacibdir. Mən Vilsi-çirkənin cələsələrində fikir vermişəm — əlahəzrət çox hövsələli adamdır, nadir hallarda özündən çıxır və qəzəblənir. Ancaq çox diqqətlidir — sərraf gözü var, tük də gözündən yayınmaz.
– Diplomatdır bir sözlə.
– Bəli. Diplomat olmasaydı, atasının ölümündən keçən bu uzun illər ərzində bu boyda məmləkətin taxt-tacını əlində saxlaya bilməzdi.
Onlar çox söhbət eləmişdilər. Şəfi Bəbirin tapşırıqlarını, məsləhətlərini yadında saxlamağa çalışmışdı, Gecəni narahat yatmışdı. Səhər tezdən qalxıb üzünü yaxşı təraş etmiş, qara kostyum, ağ köynək geymişdi. Çay-çörəyini nuşcan edəndən sonra evdəkilərlə deyib-gülmüş, zarafatlaşmış və getmişdi. «Ərki-şahi»nin dəmir darvazasından sarayın səliqəli, çarhovuzlu, qış olsa da; yamyaşıl ağacları
1 ilə göz oxşayan həyətindən keçib silahlı, tapançalı dərbanlar
2 tərəfindən cibləri yoxlanıldıqdan (silahı yoxdu ki?) sonra təşrifat salonuna daxil olanda, həm Bəbirin dedikləri yadından, çıxmışdı, həm də çox həyəcanlanmışdı. O, içəridə çoxlu qonaq olacağını gözləyirdi. Ancaq gümanı boşa çıxdı. Əlahəzrət salonun o başında, öz gözəl, gözqamaşdıran mizinin arxasında tək oturmuşdu. Mizin üstündə küreyi-ərzin balaca, yumru maketi, məmləkətin kiçik bayrağı vardı. Arxa divarlardan — kreslonun başı üzərində Nadir şahın çərçivəyə salınmış iri portreti asılmışdı.
Şəfi döşəməsinə naxışları bahar çəmənini xatırladan xalılar salınmış uzun salonun ortası ilə əlahəzrətə doğru addımlamağa başlayanda onu içəri ötürən dikərval qapını örtüb arxasında görünməz oldu. Salonun tavanından asılmış güclü çilçırağın işığı göz qamaşdırırdı, elə bil, içəridə gün doğmuşdu. Şair mizə lap yaxınlaşanda əlahəzrət ağır, ləngərli bir hərəkətlə ayağa qalxdı, mizin arxasından kənara çıxdı. O, ucaboylu, irisümüklü, başının tükü tökülmüş, itibaxışlı, uzun və donqarburunlu bir adam idi. Hərbi libasda idi. Açıq-göy rəngli ingilis parçasından tikilmiş paltarı bədəninə kip oturmuşdu və onu, yaşından çox cavan göstərirdi. Qızıl sağanaqlı eynəyinin şəffaf şüşələri arxasından maraqla baxan qara, işıqlı gözlərində qəribə və anlaşılmaz bir təbəssüm vardı. Şəfi ilk anda bu təbəssümü tutdu, ancaq ondakı mənanı aydınlaşdıra bilmədi — rəğbətdən doğmuşdu bu təbəssüm, ya...?
Şəfi baxışlarını aşağı endirdi, əlahəzrətin irəli uzanan əlini görmək istədi, ancaq əl yox idi: onun duruşundan başa düşdü ki, əllərini arxasında daraqlayıb. Özünü ani olaraq itirdi, ancaq tezcə fikrini cəmləyib:
– Salam, əlahəzrəti-hümayun, — dedi, cavab gözlədi. Cavab isə ağır gəldi; əlahəzrət şairin ilk anda tutduğu o qəribə və anlaşılmaz təbəssümlə ona baxırdı və kim bilir nələr düşünürdü. Handan-hana o, bir addım irəli ataraq iri, ağır əlini Şəfinin çiyninə qoyub.
– Şair xoş gəlib! — dedi və o biri əlilə üzbəüz qoyulmuş kreslolardan birinə işarə ilə oturmağı təklif elədikdə Şəfi təşəkkürünü bildirib əyləşdi. Əlahəzrət çevrilib oturanda şair onun belinin azca donqar olduğunu görüb təəccübləndi. Əlahəzrət kresloya yayxanan kimi sol qıçını sağ qıçının üstüna aşırdı, astaca öskürdü; öskürəndə əlini ağzına tutdu.
Üç-dörd dəqiqə keçməmiş iki cavan əskər ortalıqdakı balaca stolun üstünə çay, meyvə, mürəbbə gətirdi. Əskərlər gedəndən sonra Şəfi əlahəzrətə mürəciətlə:
– Bizim əlahəzrəti-hümayunun səhhəti-şərifi necədir? — deyə soruşdu və ondan cavab gözləməmiş: — ümid edirəm ki, inşallah, yaxşıdır, — deyə əlavə elədi. Əlahəzrət başını tərpətməklə razılığını bildirdi. Bu, ümumiyyətlə, onun adəti idi — yanına dəvət elədiyi adamı ilk dəqiqələrdə öz zəhmi ilə, ağır, saymazyana hərəkətləri, ləng cavabları ilə necə deyərlər, əzir, yumşaldır, qüdrətini nümayiş etdirir, sonra, əgər qonağı yaltaq və şəxsiyyətsiz deyildisə, onunla açıq və səmimi söhbət edirdi. On doqquz yaşından, atası öldürüləndən az sonra bu otaqda hökmranlıq eləməyə başlamış əlahəzrəti-hümayunun huzurişərifində əyləşim?» — deyərək əzilib - adamlar (qorxaq, yaltaq, ikiüzlü, həmçinin mərd və qorxmaz, dəyanətli) görmüşdü ki, kimin nə təbiəti olduğunu elə ilk anlarda təyin edirdi, bu sahədə çox ustalaşmışdı. Şəfi onun «səhhəti-şərifini» soruşub əyləşəndən sonra — bunu o, çox sərbəst elədi və elə onda da əlahəzrət Şəfini «tanıdı». İndiyə qədər bu otağa gələnlərdən bir-iki nəfəri belə eləmiş olardı. Qalanları hamısı: «Mən kiməm ki, əlahəzrəti-humayunun huzuri-şərifində əyləşim?» — deyərək əzilib-büzülmüşdülər. Şəfi daha heç nə söyləməmiş «ev sahibi»nin danışmağını gözləmişdi. Bu da əlahəzrətin xoşuna gəlmişdi. Məhz bu iki cəhəti fikrində götür-qoy eləyən əlahəzrətin az sonra üzündəki o müəmmalı təbəssüm yoxa çıxdı, o şən və mehriban bir görkəm aldı. Yanına gəlib gedən yaltaqlar, simasız adamlar, görünür, onu bezdiribmiş; belə adamlar isə harda olur-olsunlar, müxtəlif qiyafələrdə olsalar da hamısı bir-birinə oxşayırlar və bezdirirlər.
Əlahəzrət qənşərindəki üstü aynalı mizə qoyulmuş qızıl piyalədəki xoş ətirli çaydan bir qurtum içib, nəhayət, dilləndi:
– Yəqin şairi-möhtərəmimiz fikirləşir ki, birdən-birə nə münasibətlə onu hüzurumuza dəvət etmişik. Elə deyilmi?
– Tamamilə düz buyurursunuz, əlahəzrəti-hümayun. Lütf etmisiniz, əlbəttə,
– Siz də, ağayi Rəhgüzər, sizin həmkarlarınız da — boynunuza almasanız da, mən bilirəm — elə güman edirsiniz ki, mən
– Düz buyurursunuz, əlahəzrəti-hümayun —dedi Şəfi və ağlına gələn «Sazmani-əmniyyə sizin görən gözünüzdür, siz görmürsünüz, əlahəzrət, Sazmani-əmniyyə görür bizi, hətta necə nəfəs aldığımızı da bilir!»—sözlərini deməkdən özünü güclə saxladı. Çünki Bəbir tapşırmışdı!
—Bəli, çox gözəl bilirəm, ağayi Rəhgüzər!
– Bu, sizin başınızın ancaq ucalığıdır, əlahəzrət. Tarix boyu bütün ağıllı padşahlar məmləkətin dərd-sərini öz doğma evinin dərd-səri hesab eləmiş şəxsiyyətlər olublar. Hansı şahənşahın hakimiyyəti illərində elm, ədəbiyyat, sənət yaxşı inkişaf eləyibsə, biz indi onların bu xidmətlərini çox yüksək qiymətləndiririk. Bizdən sonra gələn nəsillər də, şübhəsiz, bizim yaşadığımız bu günləri də məhz o cəhətdən qiymətləndirəcəklər.
– Məncə, bizim dövrümüzü gələcək nəsillər gərək pis qiymətləndirməsinlər. Çünki biz doğma vətənimizin, əziz həmvətənlərimizin xoşbəxtliyi naminə az iş görməmişik. İndi vətənimiz müstəqildir, xalqımız tərəqqi yolu ilə irəliləyir. Biz istəyirik dövlətimizin adı qonşu dövlətlər arasında özünə layiq izzət və ehtiramla çəkilsin, beynəlxalq aləmdə nüfuz sahibi olsun. Biz nəyin bahasına olsa da, siyasi toqquşmalardan, müharibələrdən qaçmağa çalışırıq. Axırıncı düşmən gülləsi bu torpaqda on doqquzuncu ildə — qeyrətli və qəhrəman xalqımız ingilisləri qovanda açılıb və yəqin ki, düşmən gülləsindən ölən axırıncı əfqanın indi sümükləri də çürümüş olar!
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-on-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.Narıngül xala Bəhruzu görüb:
V fəsilRasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.
VI fəsilBalaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?
VII fəsilTikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:
Başqa şairlərin şeirləri
Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Dust yolunda həlal olsun dila, qeyrət sanaDust yolunda həlal olsun dila, qeyrət sana,Qeyridən bir zərrə minnət çəkmədən rəHmət sana.