Elməddin ağayi Nəcməddinin çarpayısı yanında oturmuşdu. Kişi yenə yumağa dönüb balacalaşmışdı, yorğan-döşəyin içində itirdi az qala. Çox arıqlamışdı, gözləri çuxura düşmüşdü. Elməddinin bu vəziyyətdə ona yazığı gəlirdi. Nəcməddin isə bunu sanki onun üz-gözündən oxudu və incik-incik dedi:

– Görürəm mənə yazığın gəlir. Yox, oğul. Mənə yazığın gəlməsin. Mən xoşlayıram ki, başqalarına mənim ürəyim yansın, halına acıyım. Amma mənə yox. Mən onda özümü çox pis hiss edirəm, Elməddin. Mən həyatımı yaxşı yaşamışam, ürəyim necə istəyib, nə istəyib onu da eləmişəm. Bu dünyanın heç bir nemətində, ləzzətində gözüm qalmayıb. Dünyanın qanunudur: bir gün yaranan bir gün də öləcək. Mən o dəhşətli hesab edilən ölümdən də qorxmuram. Onunla görüş — çoxunun qorxduğu və dizlərini titrətdiyi görüş cəmi bircə andır. O anı ləyaqətlə qarşılamağı hər kişi bacarmır, amma sənin bu qoca Nəcməddinin ondan da qorxmur.

– Siz nə danışırsınız, ağam, ölüm nədir?

– Yox, ölüm bir həqiqətdir. Dünyada yaşamaq həqiqət olduğu kimi, ölüm də həqiqətdir. Dünyada hər şey — var-dövlət də, övlad da, dostluq da, sədaqət də əfsanədir. Onların heç birində etibar yoxdur, min bir üzü var hamısının, min bir də ürəyi. Amma ölümün bir üzü var — ölümdü o, daha başqa bir şey deyil. Bilirəm mən öləcəyəm. Təbib-filan da, dava-dərman da lazım deyil mənə. Mən hər şeyin təbiisini istəmişəm həmişə — ölümün də təbiisini istəyirəm. Daha dərmanla uzadılan ömür nəyimə gərəkdi?! Bircə şeydən əzab çəkirəm — yuxusuzluqdan. Yata bilmirəm. Bütün var-yoxumu verərdim, bir gecə rahat yata bilsəydim. Ölürəm yuxu üçün. Elə bil, beynimin içində nə isə var, yatmağa qoymur məni. Deyir səni yuxu üzünə həsrət qoyacağam, səni yuxuya həsrət öldürəcəyəm.

– Dərməltundan yuxu dərmanı alıb gətirərəm, atarsan, yatarsan.

– Yuxu dərmanı?

– Bəli, ağam.

– İnanmıram. Dərman da yatıra bilməz məni, oğul.

– Yatırdar, ağam. Mən bu gün hardan olsa tapıb gətirdərəm.

– …

– Darıxma, ağam, hər şey keçib-gedəcək. Sükut...

– Sən yaxşı insansan, Elməddin, təmiz insansan. Ancaq görürəm xoşbəxt deyilsən, oğul. İndiki zamanda təmiz olub, xoşbəxt olmaq mümkün deyil, heç mümkün deyil. Mən istədim, qızım da xoşbəxt olsun, sən də. Ancaq belə başa düşürəm ki, siz bir-birinizi sevmirsiniz. Sevmədən yaşamaq isə yaşamaq deyil, cəhənnəm əzabıdır, zülmdür. Mənim qızım — atayam, deməyə haqqım var — axmaq qızdır, qürurludur, həyatın, yaşayışın nə demək olduğunu anlamır, başı daşdan-daşa dəyməyincə də, güman eləmirəm ki, anlasın. O mənə arxayındı, mənə güvənir, var-dövlətə güvənir. Başa düşmür ki, səadət təkcə var-dövlətdən, qürurlu olmaqdan ibarət deyil... Sən yavaş-yavaş onu başa sal, öyrət, müəllimi ol, məndən qorxma, çəkinmə. Mən hər şeyi qanan adamam, oğul. Elə et ki, sən onu istəyən kimi, o da səni istəsin, istəmək azdır, sevsin. O səni sevə bilməsə, onda sən istədiyin kimi hərəkət edə bilərsən. Lap mən sağ qalsam da belə, məndən çəkinmədən, istədiyini edə bilərsən. Çünki mən ailənin nə olduğunu çox yaxşı bilirəm, oğul. Məhəbbətsiz, sevmədən, kiminləsə ömür sürmək dəhşətdir. Ola bilsin sən indi bunu başa düşməyəcəksən, ancaq vaxt gələr, başa düşərsən, o zaman bu səni odsuz-ocaqsız yandırar, çızdağını çıxardar və əlin də heç yerə çatmaz. İnanmırsan? Məni götür, oğul. Mən iki arvad saxlamışam Dünyaya qədər. Və onda elə bilmişəm ki, elə ailə belə olar. Sən demə, onların heç birini sevmirmişəm. Elə-belə yaşayırmışam. Onları da aldadırmışam, özümü də. Özümü aldatmağımı heç cür bağışlaya bilmirəm. O, həyat deyilmiş ki, mən yaşayırmışam. Mən yaşadım ancaq Dünya ilə. Tanrı əvvəllər qıymadığını sonralar verdi. Verdi, amma gec verdi. Tez də aldı. Uzun ömrümdə şirin, çox şirin, lakin çox qısa yuxu gördüm, heç vaxt unudulmayacaq bir yuxu idi bu, Elməddin. Ona görə, təkcə ona görə aləm gözümdə gözəl olmuşdu, bahar olmuşdu, güllər açılmışdı — qışda da, yazda da güllər mənim üçün açılırdı, bülbüllər də mənim üçün oxuyurdu. Mən heç nəyin fikrini çəkmədən, dərdsiz-qayğısız bir uşaq kimi yuxular dünyasında yaşayırdım, səadətim də, həyatım da, lap özüm də bir yuxuya dönmüşdüm, Elə bilirdim o köpək qızı mənim ürəyimdi, içimdə yaşayır, çırpınır və məni də yaşadır. Özümə çevrilmişdi, özüm olmuşdu zalım qızı. Mən ondan o qədər nəvaziş, xoş rəftar, mehribanlıq görmüşdüm, sədaqət görmüşdüm, inanmışdım, etibar eləmişdim. Düşünmüşdüm ki, dünya dağılsa, yer-göy bir-birinə qarışsa, o mənə etibarsızlıq eləməz. Ömrümdə mən heç kəsə — nə arvadıma, nə uşaqlarıma, nə dostlarıma — heç kəsə, heç kəsə inanmamışdım. Çünki rəhmətlik qibləgahım deyərdi ki, heç kəsdən utanma, heç kəsə aldanma, heç kəsə inanma. Çünki utandın aldadacaqlar, inandın aldadacaqlar.

– Məgər Dünya xanım səni aldadıb, ağam? Etibarsızlıq edib?

– Yox. Yoxx... Hə, hə, görmürsən yarıyolda qoydu, çıxdı getdi — bu, etibarsızlıq deyil, bəs nədir? Ona görə də, heç kəsə inanma, oğul. Bax, mənim qızım sənin arvadındı — ona da inanma. Lap ürəyinin içində olsa da, inanma, bala. Arvadı gərək heç vaxt gözündən iraq qoymayasan, uzaqlaşdımı, etibarsız olur. Mən Dünyanın şəxsində bütün qadınlara inanmışdım, sevmişdim — indi də onun şəxsində hamısına nifrət edirəm. Bu nifrətim heç nəylə ölçülməz. Hətta buna da peşmanam ki, qızım varmış. Gərək o da olmayaydı, daş olaydı, ancaq qız olmayaydı. İndiki zamanda qız övladı olmayan atalar, arvadı olmayan kişilər, bacısı olmayan qardaşlar çox xoşbəxtdirlər, bala. Mən inanıram, o qız — Zərrintacım mənim hardasa, haçansa ürəyinin əsiri olub bir alçağın yanında mənim, ya sənin papağını yerə soxa bilər. Yox, eləməz mənim qızım. Tikə-tikə doğraram. Bəs... yox, kim zəmanət verə bilər axı? Heç kəs. Hətta o özü də zəmanət verə bilməz. Amma, eləsə, qanı halaldı. Onun qanını sənə halal eləyirəm, oğul, əgər o, xəyanət yoluna düşsə, eşidirsən, halal eləyirəm. — Bayaqdan birnəfəsə danışan kişi sanki yoruldu, susdu. Gözlərini yumdu. Elməddin indiyə qədər onu belə odlu-alovlu danışan, «filosofluq» eləyən görməmişdi. Dünyanın «getməsi» Nəcməddini tamam dəyişmiş, fikirlərini, hətta həyatını alt-üst eləmişdi — düşünürdü Elməddin. — İndi o, necə vardısa eləcə görünürdü — pərdəsiz, riyasız. «Sarsılıb... yaman sarsılıb. Görəsən Dünya niyə çıxıb getdi, hara getdi? Tapmağa, qaytarıb gətirməyə də qoymur. Arvad ki evdən getdi, daha o evə qayıtmamalıdır. Dünya isə heç qayıda bilməz. Axı niyə? Belə getsə bu kişi dəli ola bilər!..» — öz aləmində düşünürdü ki, birdən Nəcməddin gözlərini açdı, çarpayının yanında fikirli-fikirli oturmuş Elməddini görüb:

– Sənsən? — dedi, — Haçan gəlmisən? Zərrintac da gəlib?

Elməddinin sifətində təəssüf, heyrət dolu bir təəssüf gəzdi və qəlbindən keçirtdi: «Kişi pozulub artıq!»

– Hə, ağam, necəsən? İndicə gəlmişəm. Zərrintac da gələcək bir azdan. Mən elə işdən çıxdım, gəldim...

– O gün... — bir anlığa nə isə xatırlamaq istədi, — hə, o gün sənin başını yaman ağrıtdım, çox çərənlədim. Sən allah, bağışla. Bilirsən ki, səni çox istəyirəm. Ona görə dedim o sözləri. Sən heç kəsə demə, Zərrintaca da demə...

Elməddin anladı ki, o, bir neçə dəqiqə bundan qabaqkı söhbəti nəzərdə tutur... Çünki «o gün» onlar görüşməmişdilər və belə «çərənləmə» də olmamışdı. «Demək, yazıq vaxt məfhumunu itirib — gecə-gündüz yoxdu onun üçün, o gün, bu gün yoxdu onun üçün...»

Birdən o qalxdı yerinin içində və ağzını qapıya tutub Elməddini görmürmüş kimi qışqırdı:

– Əbdül, Əbdül...

Əbdül yan otaqda imiş, tez özünü içəri saldı:

– Bəli, qurban! — deyib baş endirdi.

– O körpəni gətir bura, əmizdirim.

Əbdül mat-mat əvvəl ağasına, sonra Elməddinin üzünə baxdı, ağzını doldurub nə isə demək istəyirdi ki, Nəcməddin onu qabaqladı:

– Yox, mənim südüm quruyub — o, əlini quru, ağ tüklü sinəsində gəzdirdi — mənim südüm quruyub. Özün apar əmizdir... Eşidirsən?!

– Bəli, qurban, bu saat... — deyə Əbdül yavaşca başını tərpədərək çıxanda yenə nə isə fikirləşib onu saxladı:

– Hava şaxtadı?

– Bəli, qurban. Bərk şaxtadı. Sular buz bağlayıb...

– Can, can. O tifil biçarə dondu yəqin. Onun üstünə yorğan at, Əbdül, donar, yazıqdı. Uff, mən də yaman üşüyürəm, — deyib büzüşüb yumağa dönərək yorğanın altında gizləndi.

Elməddin ah çəkib ayağa durdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, iyirmi birinci fəsil

Külək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:

4 dəq
Proloq

– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:

1 dəq
Birinci hissə, birinci fəsil

Bu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,

13 dəq
Birinci hissə, ikinci fəsil

Elə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.

20 dəq

Başqa şairlərin şeirləri