Səhifə 1 / 2

Həyətə üç nəfər yad adamın — ikisi mülki paltarda, biri hərbi libasda — girdiyini görən kimi hovuzun dibində qab-qaşıq yuyan Məleykə xanımın dalağı sancdı, bədəninə soyuq tər gəldi, əlləri süstəldi, nazik stəkan daşın üstünə düşüb çilikləndi. O, çömbəltmə oturmuşdu, yad kişilərin gəldiyini görüb ayağa qalxmaq istədi, ancaq bacarmadı. Dursa yıxılacağını hiss elədi. Ona görə yerindən tərpənmədən geniş açılmış gözlərini daş döşəməni tıqqıldada-tıqqıldada ona sarı gələnlərin ayağına dikib qorxu içində gözlədi. Tanış deyildilər, bu evə gəlib-gedənlərə oxşamırdılar. Beş il bundan qabaq da belə adamlar gəlmişdilər, müxtəsər bir söhbətdən sonra Şəfini qabaqlarına qatıb aparmışdılar. Kişi o gedən getmişdi və düz bir ildən sonra üzülmüş, arıqlamış, saçları ağarmış halda qayıdıb gəlmişdi. Bir ilin ayrılığı, həbsxananın ağır şəraiti və həsrət öz işini görmüşdü. Şəfinin ürəyi ağrımağa başlamışdı — hələ də ağrıyırdı, əzablı ağrılar o boyda kişini yumağa döndərirdi. İndi də gəliblər... Məleykə səksəkə ilə qabağında dayanan ucaboy kişiyə baxdı. Kişi salam verdi və arvadın cavabını almadan soruşdu:

– Ağayi Rəhgüzər evdədirmi, xanım?

– Xeyr, ağa. İdarəyə gedib.

Ucaboy kişi çönüb yoldaşlarının üzünə baxdı və Məleykəyə söylədi:

– Biz sizə gəlmişik, xanım.

Məleykə bütün iradəsini, gücünü toplayıb ayağa qalxdı və həyəcanlı bir səslə:

– Xoş... gəlmisiniz! — dedi.

Ucaboy adam pencəyinin qoltuq cibindən yaşıl rəngli bir kitabça çıxarıb Məleykənin gözləri önündə tutdu və quru, amiranə bir tərzdə:

– Sizdə... axtarış aparmalıyıq!.. — dedi.

Məleykənin rəngi ağardı, sifətinə əzablı, qorxulu bir ifadə çökdü, ürəyindən... «məhv olduq» — deyə keçirdi və qətiyyətsiz halda soruşdu:

– Axtarış?!

– Bəli, xanım. Yüngülvarı bir axtarış.

– Sahibi burda yoxdur. Gələr, axtararsınız...

– Xeyr, xanım. Sizin iştirakınız... kifayətdir...

Məleykə bilirdi ki, müqavimət göstərmək, etiraz etmək mənasızdı, ona görə daha heç nə deməyib ayaqlarını sürüyə-sürüyə irəli yeridi.

Ucaboy kişi dedi:

– Bizi onun iş otağına apar, xanım.

– İş otağına?

– Bəli. Biz qızıl-gümüş axtarmağa gəlməmişik, xanım.

– Bəs nə axtarmağa gəlmisiniz, ağa?

– Onun kağız-kuğuzlarına baxacağıq, yazı-pozusuna baxacağıq, vəssalam.

Məleykənin ürəyi titrədi içəridən. O bilirdi ki, Şəfinin qəlbi, beyni, düşüncələri, dərdləri qovluqlardakı vərəqlərdə, yazı stolunun üstündəki səhifələrdədi. Onun böyüklüyü də kağızlardadı, ölümü də. Anlayanlar, ariflər, qeyrətlilər əlinə düşsə, ona heykəl qoyarlar; ürəksizlərin, nadanların, bu torpağı sevməyənlərin əlinə keçsə Şəfini öldürə də bilərlər. Xüsusən «Mənmm dərdlərim» əsəri... Aman allah, necə də ehtiyatsızlıq edib Məleykə! Özünü danladı ki, niyə qovluğu götürüb gizləməyib — o, ələ keçməsəydi... Şəfi özü yazılanların qeydinə qalan deyildi. Onun kağız-kuğuzunu Məleykə sahmana salardı, qovluqları yığardı, şkaflara düzərdi. Hansı əsərinin harda olduğunu Məleykə bilərdi, Şəfi yox. Məleykə bir növ, ərinin katibəsi idi və bu işi o, böyük həvəslə görərdi, bundan xüsusi zövq alardı.

Ucaboy kişi dəhlizdən keçərkən otaqlara, səliqə-sahmana baxıb dedi:

– Ağayi Rəhgüzər heç də pis yaşamır, mən görürəm. Amma yazdıqlarından belə çıxır ki, acından ölür...

Bayaqdan danışmayan, alçaqboylu, tösmərək kişi dedi:

– Görünür, bunlar azlıq eləyir onun üçün.

Məleykə ortalıqda dayandı. Şəfinin iş otağını nişan vermək istəmirdi.

– Budur bizim evimiz!

– İş otağı hansıdır? — Tösmərək kişi soruşdu.

– Elə harda gəldi, işləyir.

– Kitabları, kağız-kuğuzu hardadı?

Məleykə cavab verməmiş hərbi paltarlı cavan oğlan böyründəki qapını itələyib açdı, başını içəri uzadıb geri çəkildi və dedi:

– O göstərmək istəmir, ağa, ancaq budur iş otağı, buyurun.

Ucaboy kişi Məleykəni tərs-tərs süzüb otağa keçdi:

– Özün də gəl bura.

Məleykə onların dalınca otağa daxil oldu.

– Sən əyləş burda! — O, stulu Məleykəyə göstərdi və üzünü yaxındakılara tutub əlavə etdi:

– Siz başlayın. Diqqətlə yoxlayın... Siyasi şeylərə xüsusi diqqət yetirin.

Məleykə oturdu. Əsirdi bədəni. Bir bəhanə ilə çıxmaq, Şəfiyə zəng eləmək istəyirdi. Tez qalxdı:

– Hara?

– Sizə çay gətirim, ağa!

– Xeyr, çox sağ olun, biz bura çay içməyə gəlməmişik... Xahiş eləyirəm, əyləşin...

Məleykə kişinin zəhmli baxışları altında təzədən oturmalı oldu. Hökmündən, danışığından rəisə oxşayan ucaboy kişi də Şəfinin kreslosunda əyləşdi, qıçını-qıçının üstünə aşırıb siqaret yandırdı. İki nəfər isə stolun üstündəki kağızlara, şkaflardakı qovluqlara baxmağa başladı. Məleykə gözucu fikir verirdi. Bəzi şeyləri ayırır, üst-üstə yığırdılar. Başa düşürdü ki, bunları aparmaq üçün seçirlər. Odur, «Mənim dərdlərim»i də götürdü tösmərək kişi. Əlyazmasını vərəqlədi, baxışları ilə ötəri ordan-burdan oxudu və kənara qoydu. Ucaboy kişi kreslonu fırladı, əllərini qoynunda çarpazlamış, məlul-müşkül oturmuş Məleykəyə sarı döndü:

– Xanım, səncə, Şəfi — sizin əriniz ağıllı adamdır?

Bu sual gözlnilməz idi, Məleykənin nəzərində çox yersiz idi, ona bənzəyirdi ki, soruşasan «günəş işıq saçırmı?» Söz Məleykəni yandırdı. O, sərt cavab vermək istədi, ancaq özünü saxladı:

– Siz məgər Şəfini tanımırsınız? Bütün məmləkət — Uşaqdan-böyüyə onu tanıyır, sevir, ağa!

– Ola bilər, bütün məmləkət tanısın, ancaq sevməyini deyə bilmərəm.

– Niyə, məgər siz onu sevmirsiniz?

– Biz? — o gülümsündü. — Yox!

Məleykə alacalanmış gözləri ilə ona nifrətlə baxdı və özü də hiss elədi ki, bütün nifrəti gözlərinə yazıldı bu an. Bunu ucaboy kişi də görməyə bilməzdi.

– Onda... məni bağışlayın... Siz bu torpağın oğlu deyilsiniz yəqin. Siz hardansa, başqa məmləkətdən gəlmisiniz, yadsız, xaricisiniz, ağa!.. Sizin damarlarınızda bu millətin qanı axmır yəqin, ağa. Siz bu torpağın suyu-çörəyi ilə böyüməmisiniz deyəsən, ağa. — Bu sözləri dedi və özünü saxlaya bilməyib hönkür-hönkür ağladı Məleykə. İkisi də əl saxlayıb ona baxdı. Ucaboy kinayə ilə söylədi:

– Bərəkallah. Arvadı belə düşünəndə, indi gör Şəfi xan özü nə düşünür! Bərəkallah...


Şəfi donmuş halda mizin arxasında oturmuşdu. İri əllərini soyuq şüşənin üstünə qoymuşdu. Gözləri kədərlə qabağında əyləşmiş polkovnikə zillənmişdi. Qapının ağzında iki polis nəfəri dayanmışdı. Heç kəs danışmırdı. Arabir polkovnikin çevirdiyi vərəqlərin, məktubların xışıltısı eşidilirdi. Polkovnik qızılı sağanaqlı eynəyi altından tələsmədən qabağına tökdüyü yazıları bir-bir yoxlayırdı.

Qəzet çıxandan sonra Şəfinin ürəyini sarmış sevinc hissi uçub getmişdi: «Doyunca sevinməyə də qoymurlar, alçaqlar!» — deyə düşünürdü və başına gələcək müsibətləri indidən, hələ öz kabinetində ikən göz önünə kətirir, təəssüflənirdi. Bilirdi ki, aparacaqlar onu. Kim bilir, bəlkə həmişəlik. Evdən çıxanda uşaqları ilə, Məleykə xanımla vidalaşmadığı üçün özünü danlayırdı: «Belə vəziyyətdə gərək hər gün, hər dəfə evdən gedərkən ailənlə xudahafizləşəsən. Çünki bir daha evinə — xanimanına qayıtmaya bilərsən. Görəsən evə də gediblər? Zəng etməyə qoymurlar. Getsələr Məleykə qorxacaq. Yaxşı ki, uşaqlar dərsdədirlər. Getsələr yazılarımı da aparacaqlar, «Mənim dərdlərimi» də aparacaqlar! Şəfi belə fikirləşirdi, nəfəsi tutulurdu. Ürəyi sancırdı — ağrılar deyəsən lap çoxalmışdı.

Polkovnik kağızları nəzərdən keçirib qurtarandan sonra başını qaldırıb Şəfiyə baxdı və səsini uzada-uzada dedi:

– Be...lə!.. Ağayi Rəhgüzər. Bu ruznaməni siz buraxmısınız, elə deyilmi? Zənnimcə, bunu inkar edə bilməzsiniz!

– Bəli, mən nəşr eləmişəm. Sizə məlum olmamış deyil ki, mənim bu dövlətdən bu ruznaməni intişar etmək üçün rəsmi icazəm vardır.

– Bəli, bilirik bunu ağayi şair! Ancaq bunu da siz yəqin bilirsiniz ki, biz sizə bu qılıncı verərkən — o, qəzetin əlinin altındakı son nömrəsini yuxarı qaldırıb yellədi, — deməmişdik ki, öz qılıncımızla özümüzü doğrayıb biçəsiniz.

– Mənə elə gəlir ki, mətbuat qanunlarını mən siz cənablarından heç də pis bilmirəm, ağayi dikərval. Bizim qanüni-əsasimizdə söz və mətbuat azadlığının biz vətəndaşlara nə kimi hüquqlar verdiyini biz də bilirik, siz də.

– Söz və mətbuat azadlığı o demək deyil ki, siz bir budaqda oturub min budağı silkələyəsiniz, gəmidə oturub gəmiçi ilə cəngicidala çıxasınız.

– Siz nahaq elə düşünürsünüz ki, biz bir budaqda oturub minini silkələyirik, yox, ağayi dikərval, biz bütün ağacı köklü-köməcli silkələyirik, əgər o ağac çürükdürsə, yıxılsın, məhv olsun, yerində təzə ağac əkək, gül açsın, meyvə versin, bu yazıq xalq da onun şirin meyvəsindən yesin. Yoxsa çürük, qurumuş ağacın dibini yumşaltmaq, su vermək havayı, boş zəhmətdən başqa bir şey deyil. Bunu gərək siz də bilmiş olasınız. O biri tərəfdən gəmi də bizimdir, gəmiçi də. Biz xarici təzkirə ilə bu gəmiyə minmiş əcnəbilər deyilik, ağa.

Polkovnik susdu. Əsəbi adama oxşamırdı. Şəfinin sakit-sakit dediyi bu sözləri dinləyib kicgahının ağ tüklərini sığalladı, eynəyini düzəltdi və aram bir səslə dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, doqquzuncu fəsil

Əbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:

28 dəq
Dördüncü hissə, birinci fəsil

Gecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.

6 dəq
Dördüncü hissə, ikinci fəsil

Yaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.

12 dəq
Dördüncü hissə, üçüncü fəsil

Buxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:

8 dəq

Başqa şairlərin şeirləri