Səhifə 1 / 2

Rəhgüzərlə Elməddinin dostluğu şəxsi dostluq çərçivəsindən çıxıb yaradıcılıq dostluğuna çevrilirdi. Məhəmməd Şəfinin söhbətlərinə qulaq asmaqdan doymur, hər sözünü yadda saxlamağa çalışır, evə qayıdandan sonra da fikrən, xəyalən Rəhgüzərlə söhbətini davam etdirirdi. Düşünürdü ki, yaxşı eləyib kənddən şəhərə gəlib. Orada, əldən-ayaqdan, siyasi hadisələrdən uzaq yerdə qalsaydı, elə həmin Elməddin idi; ancaq indi o özündə çoxlu dəyişiklik hiss edirdi. Gözü xeyli açılmışdı; mütaliə dairəsi genişlənmişdi. Təkcə Rəhgüzərin evindəki kitabları, ağayi Nəcməddinin kitabxanasındakı cildləri oxumaqla kifayətlənmir, özü də xoşu gələn əsərləri kitab mağazalarından alıb mütaliə edirdi.

Rəhgüzər qəzetin səhifələrində onun yazılarına geniş yer verirdi. Demək olar ki, qəzetin hər iki-üç nömrəsindən bir Elməddinin yazısı dərc edilirdi. Bu onu yamanca fərəhləndirirdi. Çap olunmuş şerlərini, hekayələrini səliqə ilə kəsir, ayrıca qovluğa yığırdı. Boş vaxtlarında onları qabağına qoyub baxmaqdan özgə ləzzət alırdı. İmzasını gördükcə elə bil, ona dünyanı bağışlayırdılar.

Rəhgüzərin şer və məqalələrinin kəskinliyi hələ bərkiyib bişməmiş Elməddini bəzən qorxudurdu. Onun həmlələri ağır və kəskin idi. Hökumət və böyük dövlət məmurları, senzura əleyhinə yazdığı yazılardan, Elməddinin bir dəfə obrazlı şəkildə dediyi kimi, qan iyi gəlirdi. Onu hər dəqiqə həbs edə bilər, məhkəməyə çəkə bilər, qəzetini bağlaya bilərdilər. Ancaq Rəhgüzər ehtiyat eləmirdi. Həddindən artıq «qan iyi» gələn yazıları o, ayrı imzalarla dərc edirdi. Ad-san, şan-şöhrət dalınca qaçan deyildi. Yeganə məqsədi bu idi ki, söz ürəkdə qalmasın, deyilsin. Xalq eşitsin, ayılsın, oğrular, əyrilər, zəli kimi millətin qanını soranlar heç olmasa utanıb qızarsınlar, əgər utanan üzləri varsa.

Məleykə həmişə qorxu içərisində yaşayırdı. Ərinin şerlərini, məqalələrini oxuduqca qarşısıalınmaz bir nigaranlıq cavan qadının ürəyini sarır və o, qayğılı-qayğılı Rəhgüzərə deyirdi:

– Sənin bizə yazığın gəlmir?

– Mənim hamıya — bütün aclara, yoxsullara, işsizlərə yazığım gəlir, Məleykə!

– Sən hamıdan çox uşaqların, ailən barədə düşünməlisən, Şəfi. Mən demirəm ki, yazma. Yaz. Ancaq bir az yumşaq yaz. Məsələn, sənin sədr-əzəmlə nə işin var?! Hökumət başçısıdır, sən onunla üzbəüz dayana bilməzsən; o nə istəsə sənə eləyə bilər.

– Mən ondan qorxmuram. Bir də, balıq başdan iylənər. Gərək elə başdan, yuxarıdan başlayasan.

Bu söhbəti eşidən Elməddin də Məleykənin sözünə qüvvət vermək istəyirdi:

– Çox tünd gedirsən, ustad.

– Qorxaqlıqla mübarizə tutmur, Elməddin. Ancaq özü, ailəsi, uşaqları haqqında düşünənlər xudpəsənd adamlardırlar. Biz belələrinə qarşı da amansız olmalıyıq.

Elməddin Rəhgüzərə özünü qorxaq kimi qələmə verməkdən ehtiyat edərək daha mübahisə etmədi, Məleykə də «özün bilən yaxşıdır» — deyib kədərli-kədərli köks ötürdü...

Bu söhbətlər Elməddinin əqidəsinin möhkəmlənməsinə səbəb olurdu. Fikirləşirdi ki, doğrudan da mübarizə meydanı qorxaqlar üçün deyil. Rəhgüzərin nəyi yoxdur? Hər şeyi var—evi, torpağı, pulu, vəzifəsi! O nəyin xatirinə özünü oda-közə vurur? Rəhgüzər istəyir ki, hər kəsin evi-eşiyi, dolanmaq üçün pulu olsun. Bax, onu düşündürən budur. — Elməddin götür-qoy elədikcə Rəhgüzər onun nəzərlərində böyüyür və qorxmaz, əqidəsi yolunda ölməyə belə hazır olan insana çevrilirdi. Elməddin ona getdikcə daha çox bağlanırdı.

Bir dəfə Elməddin təzə yazdığı hekayəsini Rəhgüzərə oxumaq istəyirdi. Zəng edib vaxtı olub-olmadığını soruşduqda Rəhgüzər sevinclə cavab verdi:

– Əsər oxumağa iki daş arasında da vaxt taparam, gəl oxuyaq. Allah eləsin ki, yaxşı material olsun.

Elməddin iyirmi dəqiqə keçməmiş Rəhgüzərlə üzbəüz əyləşmişdi və hekayəni oxuyurdu. Məleykə də qulaq asırdı.

– Hekayənin adını qoymuşam: «Sağlardansan, ya sollardan?»

– Əhə, deyəsən ciddi məsələyə oxşayır.

– Bizim camaatın çoxu savadsızdı, çox şeyi başa düşmür. Məncə, mübarizəni savadsızlığa qarşı hücumdan başlamaq lazımdı. Xüsusilə ətraf vilayətlərdə, kəndlərimizdə savadsızlıq bizim ən böyük düşmənimizdir.

– Tamamilə düzdür, Elməddin. Savadsız adamla danışmaq, ona bir şey başa salmaq müşkül işdir.

– Mən bu yazımda istəmişəm bu məsələyə balaca toxunam.

– Oxu görək! Elməddin başladı:

– «Cavan, təcrübəsiz kəndli balası Ramazan şəhərə etdiyi bir neçə günlük səfərdən sonra qayıdıb kəndə gəlmişdi: qəribə-əcaib bir adət gətirmişdi. Onun sözləri kəndlilərin gülüşünə və bəzən də təəccübünə səbəb olurdu. Bəziləri deyirdilər ki, biçarə şəhərə gedib nəbatat yağı yeyib ağlını itirib. Bəziləri də deyirdi: ola bilsin onun sözlərində məna var, ancaq biz başa düşmürük. Lakin atası ondan narazı idi, hər rast gəldiyi adama məyusluqla deyirdi:

– Başqaları şəhərə gedir, beşdən-ondan qazanır, bizimki əliboş qayıtmağı o yana qalsın, özü ilə bir neçə ad və ləqəb də gətirdi ki, heç bir əttarın qutusunda tapa bilməzsən.

Məsələn, şəhərdən dönəndən sonra tanıdığı adamlara qəribə təzə adlar qoymuşdu. Ərbab Xacuya «imperializm», qayınatasına «irtica» və kəndin dükandarı Xəlifə Rəcəbə «feodalizm» adını vermişdi ki, heç kəs bu sözlərin nə demək olduğunu bilmirdi. İzahat istəyəndə də susub heç nə demirdi.

Nəhayət, bir gün şeytanın qıçını qırıb gözdən-qulaqdan uzaq bir yerdə nə üçün belə etdiyinin səbəbini yeganə dostu Barata açıb söylədi:

– Qardaşcan, nə ərz eləyim, şeytan mənə dağ-dağa verdi ki, get şəhərə, bəlkə bir işdən-zaddan tapıb dolana bildin, pul sahibi oldun. Gəldim şəhərə; elə şeylər gördüm ki, əqlim başımdan çıxdı. O qədər maşın vardı ki, az qalmışdım birinin altına düşəm. Şəhərə varid olduğumun birinci günü bir nəfərdən soruşdum ki, qardaş, özümçün harda bir iş tapa bilərəm? Məni başdan-ayağa süzüb xəbər aldı:

– Savadın var? Dedim:

– Ağacan, beş kitab və Xacə hafizin divanını oxumuşam, ancaq yazmağı bilmirəm.

Güldü, dedi:

– Bu sir-sifətlə, bu geyimlə sənə kim iş verər? Get köhnəfüruşdan özünçün bir şalvar, bir pencək al, özünü səliqə-sahmana sal, ondan sonra bəlkə sənə iş verən oldu.

Çox axtardıqdan sonra köhnəfüruş sarayını tapdım, kəmərimdə gizlətdiyim bir neçə rupini verib bir şalvar pencək aldım. Geyindim, hər dəqiqə mənə elə gəlirdi ki, indicə şalvarım belimdən düşəcək. Ehtiyatla yol yeriyirdim. Allah o kişinin atasını behiştlik eləsin-mənə hündür, cah-cəlallı bir binanı nişan verdi və dedi:

– Bu, vəzarətxanadır, get sənə iş verərlər Binaya daxil oldum, uzun pilləkənləri vardı, yuxarı qalxıb hansı otağa baş çəkirdim, görürdüm ki, bir neçə mirzə mizin dalında oturub nəsə yazır. Utanıb içəri girmirdim. Bir otağın da qapısını açdım, gördüm iri şüşəli mizin arxasında bir mirzə tək-tənha oturub. Cürətlənib içəri girdim və dedim:

– Ağayi mirzə, işə adam götürmürsünüz? Acıqla üstümə qışqırdı:

– Çıx bayıra, bitərbiyə. Rəisin otağına icazəsiz girirsən? Piyadə bədbəxt...

Tez çölə çıxdım. Əgər azca geciksəydim, stolun üstündəki iri daşı (yazı qurudanı) başıma vuracaqdı.

Ayrı bir otağın qapısını açdım, sərasimə dedim:

– İcazəəəə varrr?.

Otaqda qarabaş bir kişi oturmuşdu. Utanıb geri qayıtmaq istəyirdim ki, kişi soruşdu:

– Kimi istəyirsiniz, ağa?

Dedim:

– Mən... mən... işim vardı. Siz əziyyət çəkməyin, mən utanıram.

Gülüb dedi:

– Nə məzəli adamsınız? Buyurun, nə işiniz vardı? Mən rəisin sekretarıyam.

Nə qədər fikirləşdim başa düşə bilmədim ki, bu sekretar nəmənədir?! Dedim, sekretar — yəni əyal sahibi olmaqdı?

Cavabında acıqla dedi:

– Rədd ol, tərbiyəsiz.

İki ayağım vardı, ikisini də borc alıb otaqdan hövlnak çıxdım, qapını örtüb qaçdım. Dediyini eşidirdim və öz-özümə düşünürdüm ki, müşkül olar mən burda özümə bir iş tapa biləm. Nə başını ağrıdım, qardaş. Şəhərdə iş tapmaq ən müşkül məsələdi. Xüsusən də nabələd olasan. Gecəni çayxanada səhər elədim, günün qulağı çırtan kimi düşdüm küçələrə. Birdən qulağıma qalmaqal səsi gəldi. Məktəblilərdən ibarət böyük bir dəstə əllərində bayraq irəliləyirdi. Amma bayraqları qəribə idi — iki tərəfdən payaları vardı və parçanın üstünə yazı yazılmışdı, nə qədər çalışdım oxuya bilmədim. Mənim yanıma çatanda əvvəl qorxdum, sonra gördüm mənimlə işləri yoxdur, ürəkləndim. Onlara qoşulub getdim. Hər dəfə uşaqlardan biri nəsə söyləyirdi və başqaları bir ağızdan deyirdilər; «məhv olsun» və ya «yaşasın». Bəzi vaxt əl də çalırdılar.

Mən başa düşmürdüm ki, onların dad-fəryadı nə üçündür. Bir nəfər şer oxuyurdu. Amma mən bu vaxta qədər belə şer eşitməmişdim.

Şalvar-pencəyim məni də məktəblilərə oxşadırdı. Mən də qışqırmağa, «vah, vah» deməyə başladım. Axır ürəyim tablamadı və yanımda durmuş uşaqdan soruşdum:

– Ay qardaş, bu uşaqlar nə edirlər və bu dəstə nə dəstəsidir? Dedi:

– Bu, birlik cəbhəsidir.

Sözündən bir şey anlamadım və yenə soruşdum:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, onuncu fəsil

Cura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?

12 dəq
İkinci hissə, on birinci fəsil

Günortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…

16 dəq
İkinci hissə, on ikinci fəsil

Günəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.

8 dəq
İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 dəq

Başqa şairlərin şeirləri