Birinci hissə, beşinci fəsil
Əqdəmlə Gülmirə dörd yanı gül-çiçəkli, salxım söyüdlü fəvvarənin böyründə oturacaqda əyləşmişdilər. Axşamçağı idi, bulvarda getdikcə bir canlanma əmələ gəlirdi. Dənizdən əsən meh hovuzun ortasından xışıltı ilə göyə millənən fəvvarənin xırdaca damcılarını onların üzünə vururdu. Fəvvarənin dibində yanan göy-yaşıl işıq suların da rəngini yaşıllaşdırmışdı; fəvvarə özü hovuzun qırağındakı, yaşıl budaqlarını aşağı sallamış söyüd ağacına oxşayırdı. Elə bil, hovuzun ortasında da bir söyüd əkilmişdi.
Gülmirə ağ donunu geymişdi; təzə gəlinə bənzəyirdi. Özünü Əqdəmin böyrünə qısaraq başını onun ulduzlu paqonunun üstünə qoymuşdu. Nazik, qara məstdən tikilmiş uzunqunc zabit ayaqqabılarının yanında bir cüt qəşək, tökmə ayaq gözə dəyirdi, qızıl suyuna çəkilmiş dikdaban ayaqqabıda...
Gülmirənin yanaqlarını xoşbəxtlik, sevinc daha da allaşdırmışdı. Onun baxışlarında sonsuz bir məmnunluq və qürur vardı. O, Əqdəmin yanında olanda həmişə özünü belə hiss edirdi. Onların oturacaqlarının yanından gəlib keçən adamların Gülmirənin gözəlliyinə, gəncliyinə heyrətlə, məftunluqla baxa-baxa keçmələri bu qüruru, bu məftunluğu bir az da artırırdı.
Gülmirə bu dəqiqələrdə elə cazibədar idi ki, baxanlar bir də dönüb baxırdılar. Xüsusilə bəzi kişilərin həris baxışlarını öz üzərində hiss eləyən Gülmirə həyəcanlanmaya bilmir, gah ağ koftasının ətəyini dartışdırır, gah özünü itirib başını aşağı dikir, gah da çarəsizlikdən qımıldanmır, oturduğu kimi dayanıb tərpənmirdi. Əqdəm özünü elə tutmuşdu ki, guya onların heç birini görmür, hiss eləmir. Amma, əslində o, gözucu hər şeyə diqqət yetirirdi. Əqdəmin zahiri laqeydliyi və sakitliyi Gülmirəni içəridən narahat edirdi: «Bəlkə, Əqdəmdə qısqanclıq hissi yoxdur? Əgər elə isə...demək, sevmir?» Gülmirə ağlına gələn bu ani fikirdən üşüyən kimi oldu və Əqdəmi sınamaq üçün dedi:
– Adam elə buna görə şəhərə çıxmaq istəmir də!..
– Nəyə görə, Gülü?—Əqdəm çevrilib Gülmirəyə baxdı.
– Hamısı adama elə baxır ki...— Gülmirə nə üçünsə «kişilərin» sözünü dilinə gətirməkdən ehtiyat elədi.— Elə bil heç qadın görməyiblər...
Əqdəm dinmədi. Gülmirə yenə başını onun çiyninə söykəyib:
– Sən məni o baxışlara qısqanmırsan, Əqdəm? —deyə xəbər alanda Əqdəm çox sakit və arxayın bir səslə:
– Yox, Gülü,—dedi.
Gülmirə, doğrusu, bu cür cavab gözləmirdi. Odur ki, ərköyün bir uşaq kimi özünü yırğaladı:
– Onda, demək, məni istəmirsən, eləmi?
– Sən niyə elə fikirləşirsən, Gülü?
– Deyirlər, qısqanclıq məhəbbətin yol yoldaşıdır, qısqanclıq olmayan yerdə məhəbbət də olmur.
– Düz deyil, əzizim. Qısqanclıq məhəbbətin zəhəridir. Onu həmişə öldürməyə, məhv etməyə çalışır. Bir də qısqanclıq inamsızlıqdan irəli gəlir.
– Sən mənə inanırsan?
– Çox!.. Özüm qədər, Gülü! Mən burdan gedəndə həmişə arxayın gedirəm. Elə bilirəm burda arvad yox, kişi qoyub gedirəm... Bu sözlər Gülmirənin xoşuna gəldi, onun ürəyində baş verən narahatlığın üstünə su çilədi; o, nazla gülümsünərək başını yenə Əqdəmin çiyninə söykədi.
– Mən nə qədər xoşbəxtəm!.. Sən mənim yanımda olanda həmişə özümü bəxtəvər hesab eləyirəm, Əqdəm!
Bu ara göydə təyyarə uğultusu eşidildi. Əqdəm qımıldanmadı, ancaq Gülmirə o dəqiqə yerindən dikəldi, qıvrılıb səs gələn səmtə baxdı.
– Niyə baxırsan?
– O qədər öyrəşmişəm ki, haçan, harda təyyarə səsi eşitsəm, dayanıb göylərə baxıram. Mənə elə gəlir ki, o səsi gələn sənin təyyarəndir, içindəki də sənsən. Təyyarə lap alçaqdan uçanda neçə dəfə çaşıb əl də yelləmişəm. Bilirəm də ki, sən buradan çox uzaqlarda uçursan, yenə özümü saxlaya bilmirəm.
Əqdəm güldü. Təyyarə irəlidə, dəniz üzərində dövrə vurub asta-asta suya endi.
– Sənin təyyarən neçə motorludur, Əqdəm?
– Dörd motorlu.
Gülmirə köksünü ötürdü:
– Onda qorxusu yoxdur.
– Nə qorxu, Gülü?
– Heç...
Əqdəm onun nə üçün bunu soruşduğunu başa düşdü:
– Qorxma, Gülü, məni göylərin yeddi qatına qaldıran təyyarə dünyanın ən möhkəm, ən gözəl təyyarəsidir. Qolum-qanadım da sənin məhəbbətindir, Gülü. Onsuz mən uça bilmərəm!..
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rəhgüzərlə Elməddinin dostluğu şəxsi dostluq çərçivəsindən çıxıb yaradıcılıq dostluğuna çevrilirdi. Məhəmməd Şəfinin söhbətlərinə qulaq asmaqdan doymur, hər sözünü yadda saxlamağa çalışır, evə qayıdandan sonra da fikrən, xəyalən Rəhgüzərlə söhbətini davam etdirirdi. Düşünürdü ki, yaxşı eləyib kənddən şəhərə gəlib. Orada, əldən-ayaqdan, siyasi hadisələrdən uzaq yerdə qalsaydı, elə həmin Elməddin idi; ancaq indi o özündə çoxlu dəyişiklik hiss edirdi. Gözü xeyli açılmışdı; mütaliə dairəsi genişlənmişdi. Təkcə Rəhgüzərin evindəki kitabları, ağayi Nəcməddinin kitabxanasındakı cildləri oxumaqla kifayətlənmir, özü də xoşu gələn əsərləri kitab mağazalarından alıb mütaliə edirdi.Rəhgüzər qəzetin səhifələrində onun yazılarına geniş yer verirdi. Demək olar ki, qəzetin hər iki-üç nömrəsindən bir Elməddinin yazısı dərc edilirdi. Bu onu yamanca fərəhləndirirdi. Çap olunmuş şerlərini, hekayələrini səliqə ilə kəsir, ayrıca qovluğa yığırdı. Boş vaxtlarında onları qabağına qoyub baxmaqdan özgə ləzzət alırdı. İmzasını gördükcə elə bil, ona dünyanı bağışlayırdılar.
Üçüncü hissə, on üçüncü fəsilHavalar isti keçirdi. Səhər saat ondan ta üçə qədər elə bürkü olurdu ki, nəfəs almaq çətinləşirdi. Bütün günü göynəkdə gəzən adamlar günəş qüruba doğru əyilən kimi, hava birdən-birə soyuduğundan pencək geyməli olurdular. Şəhəri üzük təki əhatə eləmiş dağlardan soyuq axıb üzü aşağı gəlirdi. Gecələr isə adam əməlli-başlı üşüyürdü...Saat beşə qalmış Elməddin işdən çıxdı. Çoxdan piyada gəzmədiyini xatırlayıb sürücünü qaraja göndərdi, özü isə əlində tutduğu açarları oynada-oynada asta addımlarla yaşıl küçə ilə evə sarı yönəldi. Elə bir təcili işi yox idi, beynində yorğunluq hiss eləyirdi. Şəhərdə gəzib-dolanmaq, azacıq dincəlmək istəyirdi. Anasından cavab almadığına görə həddən artıq nigaran olan Elməddin nə idarədə, nə evdə rahatlıq tapa bilirdi. O biri yandan da Əfsanənin fikri onu kölgə kimi izləyirdi; həmişə gözlərilə onu axtarır, bir gün, bəlkə elə bu şəhərdə rastlaşacaqlarına inanırdı. Məhz bu inam onu üzürdü, qərarını əlindən alırdı.
Üçüncü hissə, on dördüncü fəsilMaşın təzə şəhərin ucqarında, dar döngəli küçənin tinində dayandı: Ətiqulla taksi şoferinin pulunu verib yola salandan sonra Elməddinə işarə elədi:– Dalımca gəl.
Üçüncü hissə, on beşinci fəsilElməddinin fikri dağınıq idi. Küçədə məst adamlar təki yeriyir, gözü ayağının altını görmürdü. İlk dəfə idi ki, kənddən çıxıb şəhərə gəldiyinə peşmançılıq çəkirdi. Orda həyat sakit idi. Yoxsulluq, səfalət orda da hökm sürürdü; ancaq bu, o qədər də nəzərə çarpmırdı. Hamının güzəranı təxminən bir-birinə oxşayırdı. Qəryədar Qulamdan, imamdan başqa. Hamı «elnən gələn dərd toy-bayramdı», «Allah kərimdi» deyib əlinə düşən yavan çörəyini yeyərək göydəki «gözəgörünməz kişiyə» şükür eləyirdi. Orda insanın ürəyinə hər addımbaşı zərbə-zərbə üstündən dəymirdi; haqsızlıqlar, aclıq, yoxsulluq adamın ürəyini yeyib çürütmürdü.Lakin şəhər... Şəhər həyatı addımbaşı ürəkyaxan, ürək parçalayan hadisələrlə dolu idi. Başa düşən, anlayan, az-çox ürəyində millət qanı olan həssas adam üçün burda yaşamaq cəhənnəmdə gün keçirmək, hər gün bir az ölmək kimi bir şeydi. Burada öz dərdin də yaddan çıxır, sən küçələrdə gördüyün kor-şil dilənçilərin, əl açıb dilənən körpələrin dərdini unuda bilmirsən. Yediyin, içdiyin haram olur. Və sənin ürəyin qocalır, saçların vaxtsız ağarır...
Başqa şairlərin şeirləri
Badi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Ey həmdəmim, gəl ki, gedər can durmazEy həmdəmim, gəl ki, gedər can durmazSənsiz tutmaz söyləməyə dillər hey.