İkinci hissə, on dördüncü fəsil
Səhifə 1 / 3
Saat birdə şöbənin iclası başlandı. Əslində, Orxan üçün bu iclas çoxdan başlanmışdı. Fikrində xəyalında çıxış edənlərin səsini eşidir, hər ağızdan bir avaz gəlir, o da hərəyə bir cavab verirdi. Orxan özünü nə qədər arxayın göstərməyə çalışsa da, bacarmır, papirosu papirosun oduna yandırır, uzun işıqlı dəhlizdə o baş-bu baş var-gəl edir, həyəcanını gizlədə bilmirdi, vaxt isə gəlib çatmırdı.
Nəhayət, professor göründü, keçib stolunun arxasında əyləşdi. Nadirə, Gülmirə, Gülalı, Cəfər, başqa şöbələrdən gəlmiş elmi işçilər, laborantlar da oturdular.
Salman Qurbanzadə məclisə göz gəzdirib:
– Yoldaşlar, şöbəmizin bugünkü iclasının gündəliyində ancaq bircə məsələ var, — dedi. — O da bizim istedadlı, cavan alimimiz Orxan Əlizadənin Mirzə Cəlil barədə yazdığı müzakirəsidir. Gündəliyə əlavə yoxdur ki?
Kimsə yerdən dilləndi:
– Xeyr, yoxdur!
Professor Orxandan xəbər aldı:
– Kimlər oxuyub əsəri, Orxan?
– Hamı oxuyub, professor.
– Çox yaxşı. Onda dur ayağa, əsər haqqında qısaca məlumat ver, sonra müzakirəyə başlayaq.
Orxan ağır-ağır ayağa qalxdı, oturanlara göz gəzdirdi. Udqundu. Sanki haradan başlamaq lazım gəldiyini unutmuşdu. Ani sükutdan sonra fikrini cəmləyib, əsəri necə yazdığından, əsas məqsədindən danışdı.
Professor iclasdakılara üz tutdu:
– Orxana kimin sualı var?
Stolun üstünə, qabağına qoyduğu iri portfelinin arxasından qurdalanan, bayaqdan tez-tez şöbə müdirinə baxıb iclasın istiqamətini
– professorun bugünkü meylini müəyyən eləməyə çalışan Gülalının arıq, uzun barmaqlı əli yuxarı qalxdı:
– Mənim.
– Buyur, Gülalı.
Otaqda bir pıçıltı və pıqqapıq gəzdi. Çünki elə bir iclas, yığıncaq olmazdı ki, Gülalı eynən bu qaydada əlini qaldırıb sual verməmiş olsun. Onun bu xasiyyətini hamı bilirdi.
Camaatın güldüyünü görən Gülalı ayağa qalxıb üzünü professora tutdu:
– Mənim bu oturan yoldaşlara da bir sualım var, professor. Salman təəccüblə soruşdu:
– Oturan yoldaşlara, ya Orxana?
– Orxanınkı öz yerində. Ancaq bu yoldaşlara sualım budur ki, onlar niyə gülürlər? Yoldaşları yenə gülmək tutdu.
– Hə, cavab verin də, nəyə gülürsüz?
Professor qımışıb qələmi qarşısındakı qrafinə vuraraq sakitliyi bərpa eləmək istədi. Gülalı öz sualına özü cavab verməli oldu:
– Bura elmi idarədi, sualsız-zadsız necə keçinmək olar, mən bilmirəm. Yoldaşlar əgər belə fikirləşirlərsə ki, sualsız da keçinərik, onda bir balaca səhvə yol verirlər.
– Gülalı, mətləbə keç. — professor yenə qrafini tıqqıldatdı.
– Keçin, deyirsiz, keçim də. — O, qabağına düzdüyü mil-mil kartoçkalardan birini götürüb baxdıqdan sonra dedi: — Mənim iki sualım var: biri böyükdür, biri balaca. — Boylandı. — Protokol yazan var? Hə, var.
Gülmirə ürəyində dedi: «Bu danışanda adam az qalır çərləsin»
– Gülalı, belə olmaz ki? Nə deyirsən de, qurtar da, — Professor axır dözməyib sərt bir ahənglə dilləndi. Gülalı əlindəki kartoçkaya baxdı:
– Böyük sualımı verirəm.
– Vay atonnan! — kimsə yerindən səbirsizliklə səsləndi.
– Yoldaşlara məlumdu ki, Mirzə Cəlil bütün əsərlərini ərəb əlifbasıynan yazıb. Orxan burada tez-tez onun arxivinə müraciət eləyir. Ayə, Orxan özü ərəb əlifbasını bilir, ya yox? Bunu nöşün soruşuram? Çünki o mənimlə bir sinifdə oxuyub, bilirəm ki, bizə o vaxt ərəb əlifbasını öyrətmədilər.
Orxan qısaca cavab verdi:
– Müəllim tutmuşam, öyrənmişəm, Gülalı.
– Haçan, Orxan?
– Üç il bundan qabaq.
– Hə?
– Hə.
– İndi keçirəm ikinci sualıma. — O əyilib ikinci bir kartoçka götürərək, ani nəzər yetirdikdən sonra sözünü dəbbələdi: — Yox, yox, bu maşınka xətası imiş, elə bildim... hə, mən suallarımı qurtardım.
Yenə üzlərdə kinayəli bir təbəssüm oynadı, yenə cərgələri gülüş, pıqqıltı gəzdi.
– Daha kimin sualı var? Yoxdur? Onda çıxışlara başlayaq. — Professor kağıza nə isə qeyd edib, oturanlara baxdı:
—Kim danışmaq istəyir?
Nadirənin əli qalxdı və bunu professor gözucu da olsa, gördü, ancaq özünü görməzliyə vurdu: «Durub tərifləyəcək. Elə bil, bu arvadda qətiyyən prinsip deyilən şey yoxdur. İndi fikirləşə ki, bu ağzından süd iyi gələn uşaq mən boyda adamı biabır eləyib, fürsətdir, cavabını vermək lazımdır. Yox, belə şeylər onun dəftərində yoxdur. Eh, bir də mən ondan nə umuram ey?! Nadirəni tanımıram?!»
Professor belə düşünə-düşünə üzünü Gülmirəyə tutdu:
– Deyəsən, Gülmirə xanım danışmaq istəyir, hə?
– Xeyr... — Gülmirə özünü itirmiş halda dilləndi: — Məndən böyüklər...
– Elmdə nə böyük, nə kiçik, ay qız? Dur, fikrini de. — Professor bu sözləri elə bir tərzdə dedi ki, Gülmirə ayağa durmaya bilməzdi. Nə danışsın, necə danışsın? Fikirləri qatmaqarışıq, nizamsız idi. Danışa bilməyəcəkdi. O biri yandan da danışmasa, Orxanın xətrinə dəyərdi. Məclisin böyüklüyü, maraqla, diqqətlə üzünə zillənmiş baxışlar və məsuliyyət onu elə vahiməyə salmışdı ki, nitqi qurumuş, nəinki Orxanın əsəri barədə, hətta Mirzə Cəlilin özü haqda bildikləri də yadından çıxmışdı. O, çox böyük çətinliklə:
– Qeydlərim yadımdan çıxıb evdə qalıb, professor, — deyə bildi.
– Bəs bilmirdin bu gün müzakirə olacaq?
– Bilirdim. Bilmirəm nə təhər olub ki... —Gülmirə qırıq-qırıq danışırdı. — Mən qeydlərimi özünə deyərəm.
Professor güldü.
– Mən danışmaq istəyirəm, — deyə Nadirə sağ əlini azca yuxarı qaldıranda ona sarı döndü:
– Mən istəyirdim bizim cavanları sınayım. Daha onları qabağa buraxmaq vaxtı çoxdan çatıb.
Sınaq söhbəti eşidəndə Gülalı yenə yuyulmamış çömçə kimi özünü ortalığa atdı:
– Mən danışmaq istəyirəm, professor.
– Buyur, Gülalı. Bax, Gülalının fəallığı xoşuma gəlir. Elmi müzakirələrdə yaxşı çıxışlar edir. Ancaq, Gülalı, səndən təvəqqəm budur ki, müxtəsər və aydın danış.
Gülalı udqundu, uzun boğazının qoz boyda hülqumu çənəsinin altında qalxıb endi. O, sözə başladı:
– Mənim özümün əlimdə çox işim var. İri bir məqalə yazıram. Gecə-gündüz fikrim onnan məşğuldur.
– Yenə özündən başladı ki... — deyə Cəfər Gülmirəyə sarı dönüb pıçıldadı. Gülmirə başını tərpətməklə Cəfərin dediyini təsdiq elədi. Professor narazılıqla danışdı:
– Gülalı, axı, dedim ki, müxtəsər danış.
– Mən birinci növbədə əsərin dili barədə danışmaq istəyirəm, professor. — Oturanlar yenə bir-birinin üzünə baxıb qımışdı. Gülalı neçə il dil sahəsində «külüng çalmış», dilçi olmaq istəmişdi. Mövzu götürmüş, çoxlu material toplamış, ancaq əsərini yazıb qurtara bilməmiş, günahını da elmi rəhbərinin boynuna atıb: «Dil sahəsində işləməklə bir balaca səhvə yol vermişəm», — deyərək, ədəbiyyat sahəsinə keçmişdi. — Mən niyə dildən başlamaq istəyirəm, yoldaşlar! Ona görə ki, yoldaşlar yaxşı bilirlər ki, dil əsərdə necə böyük əhəmiyyətə malikdir. Dil olmasa, əsər də ola bilməz. Çünki yoldaşlar yaxşı bilirlər, Marks deyib ki, dil təfəkkürün təzahür formasıdır. Əsər hansı mühüm bir məsələyə həsr edilirsə-edilsin, əgər o, yaxşı dilnən yazılmasa, inanmıram ki, yaşasın. Bu məsələnin əhəmiyyətinə, yoldaşlar yaxşı bilirlər ki, atalarımız-babalarımız da böyük fikir veriblər. Heç təsadüfü deyil ki, el arasında deyirlər: filankəs diliynən ilanı yuvasından çıxardır. Bəli, biz indi ilanı yox, oxucunu öz yuvasından çıxarmaq üçün gərəkdir var qüvvəmizi əsirgəməyək. İndi bu tələblər nöqteyi-nəzərindən yanaşaq, görək müzakirə elədiyimiz əsərin dili necədir? Orxanın xətrinə dəyməsin, mən etiraf etməyə məcburam ki, müəllif məqsədinə nail olmayıb. Səbəbi? Əsərin dili elmilikdən çox-çox uzaqdır!..
Gülalının son sözləri oturanları qurcalandırdı; stullar cırıltı ilə səsləndi. Professor gözlərini Gülalıdan çəkmirdi, elə bil, bayaqdan məhz bu sözləri eşitmək üçün çalışıb-vuruşurdu. Nadirə təəccüblə Gülalıya baxır, arabir dəftərinə nəsə qeyd eləyirdi. Orxan qımıldanmadan oturub dinləyirdi. Kənardan baxana elə gələ bilərdi ki, Gülalı onun haqqında yox, tamamilə başqa bir adam haqqında danışır. Amma əslində o, Gülalının bir kəlməsini də ötürmür, mənalandırır və düşünürdü. Gülmirə öz pərtliyini unutmuşdu. O bu dəqiqə Orxanın halına yanırdı. Axı, Gülmirə yaxşı bilirdi ki, Orxan bu əsərini necə sevə-sevə yazıb, səra-sər iki il can qoyub. İndi belə bir zəhmətin üstündən belə qiymət, belə çıxış?!
– Bəli, — Gülalı boğazını arıdıb fikirlərini izah edirdi, — elə bil, Orxan elmi əsər yox, hekayə yazıb. Sözləri, cümlələri qanadlı, bəzəyi, düzəyi o qədərdi ki, oxumaq mümkün deyil. Sifətsiz bir söz, təyinsiz bir cümlə tapmaq olmur. Bir Şərq şairi deyib ki, (heyf ki, adı yadımda deyil) qadının üzündə xal bir olanda qadını gözəl göstərir. Amma sifəti xalla dolu olsa o, gözəl yox, çirkin görünəcək, çopur-çilə oxşayacaq. Orxanın əsəri də belədir. Yəni demək istəyirəm ki, həddən artıq bədii...
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-on-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gülmirə gül satan kişinin qabağında ayaq saxladı. İçində su olan bankalara, vedrəyə yığılmış rəngbərəng güllər adamın yadına gül bağçasını, ilk baharı salırdı.– Əmi, mənim üçün bir yaxşı dəstə bağla!.—deyə Gülmirə saqqallı kişiyə müraciət etdi.
İkinci hissə, yeddinci fəsilNadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»
İkinci hissə, səkkizinci fəsilOrxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:
İkinci hissə, doqquzuncu fəsilİlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Yoxdu-yoxKainatda ruzi boldu, hər gələn can dolanır,Yaranmışın qismətini verir sübhan, dolanır!
Gəlib gedibEy dil, cahana gör neçə kəslər gəlib gedib,Təqrirlə bəyandan əksər gəlib gedib
BülbülBülbül! Səhər-səhər qonaq budağa,Günəşin eşqinə bir dastan qoşaq!