Birinci fəsil
Səhifə 2 / 2 · 50%
ki, məhz bu əksini böyütdürüb çərçivəyə saldırsın. Paşa da Qaratelin bu arzusunu yerinə yetirmişdi.
Qaratel Paşanın əmisi qızıydı. Müharibədən əvvəl Şuşada yaşayırdılar. Atası öləndən sonra anası başqa ərə getdiyindən və qız, arada, qonum-qonşu ümidinə qaldığından əmisi ⎯ hələ otuzuncu illərdə Bakıya köçüb yurd salmış Sultan kişi onu götürüb evə gətirmiş, öz uşaqlarına qatıb böyütmüşdü: «Elə bilərəm dörd yox, beş uşağım var. Qardaşımın yadigarını çölə atmayacağam ha» ⎯ demişdi. Ancaq Sultanın arvadı bu yetim qıza göz vermişdi, işıq verməmişdi, oxumağa qoymamışdı, evdə qulluqçu kimi saxlamışdı. Sultanın bütün cidd-cəhdlərinə baxmayaraq, hirsli-hirsli Gülabatın arvad dediyini yeritmiş, qıza bir dəfə də təzə paltar almağa imkan verməmiş, üç qızının köhnə-küləsini geyindirmişdi. Artıq böyüyüb yekə qız olan Qaratel, qara taleyinin hökmüylə barışıb lal, müti bir qulluqçu kimi yaşamışdı o evdə. Ancaq müharibənin qızğın vaxtı, qırx üçüncü ildə Sultanın ailəsinə bədbəxtlik üz vermiş, kişi işdə, Qaratel bazarda olanda evdə qaz partlamış, Gülabatın da, qızları da həlak olmuşdular. Sultanın sonralar güc-bəla ilə təmir elətdirdiyi o tək otaqda ikisi qalmışdı. Paşa əsgərlikdən sağ-salamat qayıdandan sonra, evlənmək məsələsi ortalığa çıxanda, Sultan gözünün qabağında böyümüş, gözəl, tərbiyəli, işli-güclü Qaratelin adını çəkmişdi və insafən, Paşa da heç nə deməyib razı olmuşdu. Onlar yaxşı yaşamışdılar, dedi-qodusuz, dava-dalaşsız bir həyat sürmüşdülər. Qaratel ev qadını olmuşdu, işi-peşəsi ailəsinə, tək balası Turaca qulluq eləməkdən ibarət idi. Az danışardı, artıq heç nə tələb eləməzdi ⎯ əri nə alardı, ona da qane olardı, geyim-keçim xəstəsi, «filankəsin filan şeyi var, mənim niyə olmasın?» ⎯ deyən deyildi. Ərinin işinə də heç vaxt qarışmazdı, çox vaxt heç bilməzdi ki, Paşa harada, hansı idarədə və nə vəzifədə çalışır. Çünki onun xasiyyətinə az-çox bələd idi: bir yerdə qərar tutana oxşamırdı; yadındaydı ki, o, bir vaxt aktyor olmaq arzusu ilə yaşayırdı, hətta Bakı Teatr texnikumuna da girmişdi və gəlib evdə fəxrlə danışırdı ki, bilirsən, Qaratel, o məşhur şairimiz var ey, Hüseyn Cavid, hə, bax o, mənə dərs deyir, məndən yaman xoşu gəlir. Deyir səndən yaxşı səhnə ustası çıxacaq, əgər öz üzərində çalışsan. Sonra nə oldusa, otuz səkkizdə o, Tetar texnikumunun daşını atdı. Bu dəfə şair olmaq həvəsinə düşmüşdü. Lakin bu da uzun sürməmişdi. Qəribə xasiyyəti var idi Paşanın cavanlıqda: yaxşı tar çalan görürdü, tar çalmağa meyl eləyirdi, kamança çalana qulaq asandan sonra tar yadından çıxırdı, kamançaçı olmaq eşqi qəlbində baş qaldırırdı. Beləliklə, demək olar ki, harda yaxşı bir sənətkar ⎯ şöhrətli, camaatın çox sevdiyi, alqışlarla qarşıladığı, gül-çiçəyə qərq elədiyi bir sənət adamı görürdüsə, məhz ona bənzər olmaq istəyirdi, bütün başqa işini-peşəsini atıb o sahəyə girişirdi. Ancaq üç-dörd gün keçməmiş, «Mənim girdiyim kol deyil» ⎯ deyib başqa bir həvəsinin dalınca qoşurdu. Paşanın bu xüsusiyyətini yaxşı bildiyindən Qaratel daha maraqlanmazdı. Evə, ailənin dolanışığı üçün pul gətirir, bəsdi.
Paşa özü də qapalı sandıq idi, içini, ürəyini arvadına açan deyildi, Qaratel hətta bunu da başa düşmüşdü ki, o, dostları üçün də müəmmadı, heç kəsə sirr vermir, dərdini, azarını demir. Paşanın evinə gəlib gedənlərdən, oturub durduğu adamlardan ancaq Qulubəy adlı biri vardı ki, hərdən onunla xısınlaşırdı və əvvəllər Qaratel, böyüyüb ağlı kəsəndən sonra isə qızı Turac da baş aça bilmirdi ki, Paşa ilə Qulubəyi bir-birinə bağlayan nədi? Çünki onlar zahirən başqa-başqa adamlar idilər və xasiyyətləri də açıq-aşkar tutmurdu.
Paşa Qarateli sevməmişdi. Necə deyərlər, elə belə, evlənmək xatirinə, ailə sahibi olmaq xatirinə evlənmişdi, ona arvaddan çox, bir əmi qızı kimi baxmışdı və hardasa öz taleyinə də minnətdarlıq eləmişdi, atasına isə rəhmət oxumuşdu ki, Qarateli ona qismət eləyib. Ayrı arvad Paşanın nə xasiyyətinə, nə qapalılığına, nə özbaşınalığına dözmədi, dözə bilməzdi. Qaratel isə dözmüşdü və Paşa da onun bu dözümündən allahsızcasına gen-bol istifadə eləmiş, hara istəsə getmiş, harda istəsə qalmışdı və buna görə tanışlarının, yoldaşlarının arasında «arvaddan qorxan»lara həmişə rişxənd eləyib gülmüşdü. Qaratel bir yerdə yaşadıqları iyirmi bir il üç ay müddətində bircə dəfə də səsini ucaldıb ərinin xətrinə dəyməmişdi, onun iradəsinin xilafına bir addım da atmamışdı və buna görə, Qaratel ağ qan xərçənginə tutulanda Paşa onu xilas eləmək üçün nə lazım idisə eləmişdi, lakin təəssüf ki, bir xeyri olmamışdı. Qəşəng, ətli-canlı Qaratel arıqlayıb, incəlib bir sümük, bir dəri qalanda Paşanın ona çox yazığı gəlmişdi və sərt təbiətli bir adam olan o, bəlkə də ömründə ilk dəfə arvadının gözü qabağında kövrəlib doluxsunmuşdu. Bir qadın kimi ömrü boyu ərindən bir əzizləyici, qəlbinin məhəbbətini bildirən bir söz eşitmək həsrətilə yaşayan və o cür nəvazişli sözləri daha heç vaxt eşitməyəcəyinə inanan Qaratel, onun kövrəlməyini görəndə az qala öz ağır mərəzini unudaraq uşaq kimi sevinmişdi və o biçarəyə elə gəlmişdi ki, Paşa bu iyirmi üç ildə demədiyi, demək istəmədiyi, yaxud deyə bilmədiyi bütün sözləri o qara gözlərinin bulaqlarında gilələnmiş göz yaşları ilə demişdi. Damcılar ⎯ gözdə gilələnmiş o ağ damcılar sözə çevrilə bilərmiş, ilahi, danışa bilərmiş, ilahi və dünyadan köçməyə məhkum olunmuş bir qadın ürəyinin odunu-atəşini soyudub söndürə bilərmiş. Və qəribə idi ki, Paşanın xəstə Qaratelin yastığı yanında doluxsunduğu o anlardan dörd-beş saat sonra keçinən əzabkeş qadının sifətində niskil yox, ağrı yox, xoşbəxtlik işığı saçan bir təbəssüm həkk olunmuşdu və dərsdən qayıdıb anasının vəfat etdiyini eşidən Turac, vay-şivən qopara-qopara meyidin üzünə çəkilmiş qara örtüyü qaldırıb baxanda o təbəssümü görərək elə bilmişdi ki, Qaratel şirin bir yuxuya gedib. Ancaq onu o şirin yuxudan oyatmaq ümidiylə aşağı əyilib çiynindən tutaraq silkələyəndə və: «Ana, ana, oyan» ⎯ deyən-də də o təbəssümün pozulmadığını görüb inanmışdı o ölümə.
Paşa Qaratelin «Çahar fəsl» xalçası üstündən asılmış şəklinə baxanda o son təbəssümə oxşar bir təbəssüm görüb heyrətlənmişdi. Necə olmuşdu ki, bunu indiyəcən görməmişdi, duymamışdı? Qaratel ordan ⎯ divardan Paşaya tamaşa eləyirdi və sanki baxışlarıyla soruşurdu: «Paltarlı niyə yatıbsan, əmioğlu? Səndən çıxmayan iş. Nə olub ki? Dur, soyun, pijamanı gey. Qoy ütünü qızdırım, indi ütüləyərəm». Qəribəydi, Qaratel belə deyirdi, ancaq yerindən tərpənmirdi. Paşa onun sözünə əməl edirmiş kimi, qalxıb işığı yandırmışdı, paltarını çıxarıb stulun başından asmışdı və mil-mil özbək xalatını əyninə almışdı. Başı ağırlaşmışdı, elə bil bədəninə ağırlıq eləyirdi, ağzına sanki zəhər sıxmışdılar. Xatırlamışdı ki, dünən səhər yediyinin üstündədi. Ancaq aclıq hiss eləmişdi. Ağzının acısı az qala dilini yandırırdı. Çay içmək pis olmazdı: mətbəxə keçib qazı yandırdı, çaydanı üstünə qoydu, on dəqiqə sonra boyat rəngli bir çay süzüb içmişdisə, ağzındakı acı çəkilib getməmişdi. Telefona baxmışdı ⎯ susurdu; görünür, dünəndən heç zəng eləyən olmamışdı. «Bəlkə də eləyiblər, eşitməmişəm. Turac üç gündü yoxdu. Gəlmir. Yəqin işi çoxdu. Eh, hər kəs sağ olsun özü üçün. İndi zamana belədi ki, sağ gözün işığı sol gözə düşmür. Hərə öz hayında, kəsbkarlığında, karyerasındadı. Elə bil mənim yıxılmağımı gözləyirmişlər. O boyda institutdan bir nəfər gəlib demir ki, ay kişi, bu nə işdi, bu nə müsibətdi sənin başına gəldi? Heç olmasa zəng eləyib soruşan da yoxdu. Eybi yoxdu. Qədirbilməzlər dünyasına düşdün, Paşa. Sənin qədrini bilmədilər. Ömrünü qurban ver, saçlarını ağart, gözlərinin nurunu ərit, sovet hökümətinə qulluq eləmək, ona sədaqətini göstərmək üçün onu əz, bunu sıx, o birinin başını kəs, axırda da sənə desin ki, «Tı ne prav, tı ne kommunist, tı xuje faşista, tovariş Djamalza-de». Bu da sənin «çox sağ ol»un, bu da sənin qiymətin. İndi döz buna görüm necə dözürsən? Oğulsan, döz, Paşa. Yox, bu ittiham çox ağır ittihamdı, Paşa. Buna sən çətin dözə biləcəksən. Uf, ürəyim partlayır».
Ürəyi sancmışdı, bədəninə soyuq tər gəlmişdi və o, sağ əlini ürəyinin üstünə qoyub təzədən yumşaq divanın yanına gəlib uzanmışdı. Ancaq dünən büroda, uzun və geniş kabinetin yuxarı başında ayaq üstə dayanıb qəzəblə danışan nüfuzlu adamın o sözləri qulaqlarında elə hey səslənirdi:
⎯ «Tı ne prav, tı ne kommunist, tu xuje faşista, tovariş Djamalzade». Bu da yadından heç cür çıxmırdı ki, o, güllələnmə hökmü kimi çox sərt səslənən o sözləri deyəndə, kabinetin lap aşağı tərəfində, qapının ağzında ayaq üstə güclə dayanan, qıçları əsib az qala yıxılan Paşa, qədimdən tanıdığı, aralarında haqq-salam olan müavinə imdad diləyən bir nəzərlə baxmışdı, sanki yalvara-yalvara demişdi: «Qurban olum, gör neynəyirsən? Öldürür axı məni? Sən ki, məni yaxşı tanıyırsan? Bir kəlmə söz desənə». Ancaq müavin, sifətində donuq bir ifadə, iri şüşəli eynəyinin altından baxan iri ala gözlərini qırpmadan, özünü heç o yerə qoymayaraq, yavaşca, son dərəcə ehtiyatla sol çiynini çəkmişdi və elə bil onun sözsüz fəryadına sözsüz də cavab vermişdi: «Mən neyləyə bilərəm?». Və üzünü nüfuz sahibinə tərəf çevirərək onun dediklərini başı ilə təsdiq etmişdi. Bunu belə görəndə əl-ayağı yerdən üzülmüşdü. İndi o səhnəni göz önünə gətirərkən hansı bir kitabdansa oxuduğu bu sözlər yadına düşmüşdü: «Padşahların sözü, sözlərin padşahıdı».
Divanda o yan-bu yana çevrilmişdi, nüfuz sahibinin o xəncər kimi doğrayan sözləri yenidən, təkrar-təkrar qulaqlarını deşmişdi və kim bilir, neçənci dəfə səslənəndə başa düşmüşdü ki, onun: «… tı xuje faşista» ⎯ kəlmələri Paşanın ürəyini hamısından daha çox yandırır. Və bu, ölüm hökmü deyildimi?
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-yandirilmis-adam-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:
Birinci hissə, birinci fəsilBu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,
Birinci hissə, ikinci fəsilElə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.
Birinci hissə, üçüncü fəsilHava qaralmışdı. Hardansa uçub gəlmiş sərçələr budaqların üstünə qonub yaşıl yarpaqlar arasında civildəşirdi, toyuq-cücə tara qalxırdı yavaş-yavaş.Nəzər tut ağacının budağından asdığı elektrik lampasını burub yandırmışdı, gur işıq altında kitab oxuyurdu. Birdən bir qanadı yanıb ütülmüş pərvanə vərəqin üstünə düşərək çırpınıb-çırpınıb öldü. Nəzər baxışlarını qaldırıb yuxarı baxdı: lampanın böyür-başında saysız-hesabsız pərvanə-kəpənək uçuşurdu, gah çırağa, gah bir-birinə dəyib, təzədən hərlənib-fırlanırdı.
Başqa şairlərin şeirləri
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Aşiqə məşuqinin cövrü səfası xoş gəlürAşiqə məşuqinin cövrü səfası xoş gəlür,İki aləmdən ana bir mərhəbası xoş gəlür.
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,