Üçüncü fəsil
Səhifə 5 / 7 · 57%
⎯ Xallı? ⎯ deyə səslənmişdi və qadın, qarşısında dayanıb üz-gözünü işıqlı bir təbəssüm bəzəmiş kişiyə baxanda, xoşbəxtlikdən, Qulunu dərhal tanımışdı:
⎯ Aa, Quluşka, sənsən? ⎯ deyərək nazik, iri şüşəli eynəyini gözlərinin üstündən götürmüşdü.
⎯ Ay səni xoş gördük, xoş gördük. ⎯ deyə dodaqları qulağının dibinə qədər uzandı. ⎯ Səni görməyimə çox şadam, əzizim.
⎯ Elə mən də. Gör neçə ildi səni görmürəm.
Onlar əhatələrindəki adamların arasından çıxmış, böyük, lay pəncərənin qabağına gəlmiş, bir-birinin işindən-gücündən, dolanışığından soruşub xəbər tutmuş, keçən günləri yad etmiş, deyib gülmüşdülər. Xallı qədimi iş yoldaşlarını bir-bir soruşmuş, kimin harda olduğunu xəbər almışdı, Qulubəy də bildiklərini demişdi. Bayaq, Xallını görən kimi, Qulubəyin o qəribə gecə konyak içə-içə qurub qoşduğu tələ ⎯ tor yadına düşmüşdü, daxili bir sevinc hissilə: «Əsl məqamdı» ⎯ deyə düşünmüşdü. Ancaq bu ona çox qəribə gəlmişdi ki, hamını xəbər alan Xallı təkcə Paşanın ⎯ ona olmazın yaxşılıqlar eləmiş, demək olar ki, həyat vəsiqəsi vermiş, yolunda ölməyə belə hazır olan, könlü xoş olsun deyə nəinki qayda-qanunları, hətta Əli kimi canlı insanları belə traktor, tank kimi ayaqlayıb keçən öz ustadının adını dilinə gətirməmişdi: halbuki, Qulubəyin fikrincə, gərək birinci onu soruşaydı. Professor səhv eləyirdi amma. Xallı elə də sadəlövh deyildi. Qulubəy bunu unudurdu ki, Xallı yüz onun kimisin çay, bulaq üstünə susuz aparıb, susuz da geri qaytarardı. Düzdü, Qulubəyin də özünə güvənməyə haqqı var idi: o da admlarla dolaşıq, anlaşılmaz taktiki üsullarla şahmat oynamağı xoşlayırdı, gözlənilməz, ağlasığmaz gedişlər getməyi bacarırdı və kimsə onun bir an sonra, piyadanımı, atımı, şahımı qabağa verəcəyini başa düşməyə qadir deyildi. Və o, bu yollarla rəqibinin arxasını yerə qoyub sinəsi üstünə çıxanda sonsuz bir ləzzət alırdı. Ancaq indi üst-başından bütün mərtəbəyə xoş ətir yayılan, tək gözəlliyi ilə deyil, o gül əndamına, boyun-boğazına vurduğu ətirlə də dörd bir yanda fır-fır fırlanan adamların diqqət mərkəzində olan Xallının Paşa barəsində heç nə xəbər almaması Qulubəyi yamanca çaşdırmışdı, fikrində bu halı təhlil eləyirdi və ona görə də Xallıya bir az çaşqın görünürdü və qadın bunu, Qulubəyin o zaman ona bəslədiyi məhrəmanə hisslərin təzədən oyanıb tüğyan eləməsi kimi başa düşürdü, ürəyində özünə görə olmayan, ayağını heç vaxt yorğanına görə uzatmayan bu iştahı darı dələn adama gülürdü. Qulubəy isə Xallının bu gedişini ustalığı ilə bağlayırdı: «Hə, aydındı. Ay xətakar, yəqin qəsdən öz köhnə dostunu xəbər almırsan ki, mən şübhələnə bilərəm. Bəyənilsin, Xallı, yaxşı xoddu».
Elə bu zaman Qulubəyin ürəyindəkiləri oxuyurmuş kimi, Xallı qəfil soruşmuşdu:
⎯ Kişi neynəyir, Quluşka?
⎯ Hansı kişi, Xallı? ⎯ deyə Qulubəy əvvəlcə unamamışdı və gözlərini döyə-döyə Xallıya baxmışdı.
⎯ Ay səni, Quluşka. Ədə, Paşa müəllimi deyirəm də. Məgər o vaxt ondan başqa o kafedrada ayrı bir kişi də var idi ki, hələ bir soruşursan da.
⎯ Hə, hə, Paşa, Paşa, hə, düz buyurursan, Xallı xanım. ⎯ deyə onun o sözləri ürəyini dağ-dağ eləsə də, özünü və üzünü təbəssümə burub-büküb dişlərini ağartmışdı.
⎯ Doğrudan da ondan başqa kişi yox idi orda. Paşadı da, hələ işləyir. Yerində möhkəm oturub, tərpənmək istəmir. Amma ta düşüb. Deyirəm ay kişi, ta qocalmısan, ərizə ver çıx pensiyaya. Yorulmusan, bir az da özün üçün yaşa. Deyir çıxardım ey, amma instituta heyfim gəlir. Mən gedən kimi bu institut dağılacaq. Yerimə bir ləyaqətli adam tapsaydım, arxayınca çıxıb gedərdim. Ancaq neynəyirsən ki, eləsi yoxdu. Bu cəhətdən bizim millət bədbəxtdi. Bilirsən ki, biz qonşuyuq. Demək olar ki, hər gün, hər gün olmasa da, günaşırı görüşürük. ⎯ Qulubəy qabağındakı şahmat taxtasını fikrində ölçüb-biçib «rəqibini» sakitcə, aram-aram danışdıra-danışdıra qurulmuş tələnin qırağına gətirmişdi və onu gözləmədiyi halda nagahan, adi bir şey kimi soruşmuşdu: ⎯ Bə Paşa özü deməyib sənə?
⎯ Yoox.
⎯ Ta görüşmürsüz ki? ⎯ Xallı bu sözün altındakı mənanı həzm eləməyə imkan tapmamış Qulubəy ikinci zərbəsini vurmuşdu: ⎯ Ta bağına getmirsən?
Xallının ətrəngi pamada çəkilmiş nazik dodaqlarının rəngi çəkilib xəfifcə titrəmişdi, nazik, alınmış qaşları qaranquş qanadları kimi gərilib yuxarı dartılmış, ağ, əsmər üzünə qızartı çökmüş, iri, onsuz da işıqlı olan gözlərində qəribə bir parıltı ani olaraq yanmışdı da, öləziyib sönmüşdü də. Özünü incə psixoloji dəyişiklikləri öyrənib tədqiq eləməkdə əvəzsiz usta sayan Qulubəy Xallının sevər yerindən vurduğunu başa düşüb təntənə ilə gülümsünmüşdü. Qulubəyin sevər yerindən vurduğunu başa düşüb təntənə ilə gülümsünmüşdü. Qulubəyin sualı doğrudan da Xallı üçün gözlənilməz olmuşdu və bunun nə demək olduğunu o dəqiqə fikrində götür-qoy eləyə-eləyə:
⎯ Bağına? ⎯ deyərək vaxt qazanmaq istəmişdi.
⎯ Hə də. Bağına.
⎯ Kim? Məən? ⎯ Xallı ikimi, üçmü (Qulubəy saymağa imkan tapmamışdı) barmağında daşı-qaşı par-par parıldayıb göz qamaşdıran üzüklər olan sağ əlini iri ağ dənəli mirvari boyunbağı bəzəyən açıq sinəsinin üstünə qoymuşdu.
⎯ Hə də. Sən… Deyirəm yəni ta Paşa müəllimin bağına getmirsən?
Elə bil Xallının bayaqdan tuti kimi ötən, sancan, sataşan dili kilidlənmişdi; beynində aləm bir-birinə qarışmışdı, o uzaq yanvar gecəsi, ötəri və az ömürlü olsa da unudulmayan, hərdən, təklik üz verəndə o əlçatmaz illərin arxasından qopub gələrək könlünü isidən xatirələr, Paşanın məharətlə qəlb oxşaması, danışıqları, şərtləri, hər şey, hər şey bircə anın (Bu bircə ana nələr sığırmış, ilahi? Lap bir ömür də sığa bilərmiş o bircə ana) içində Xallının gözlərinin önündən bir ildırım sürətiylə gəlib keçmişdi və yadına düşəndə hardasa zövq aldığı o xatirələr indi onun qəlbini məngənə kimi rəhmsizcəsinə sıxmışdı: «Deməli, xəyanət. Deməli, alçaq sözünün üstündə duran kişi deyilmiş, namərdmiş. Neynək, sən sən ol, mən də mən. Mənə də Xallı deyərlər, Paşa» ⎯ demişdi ürəyində və boğulub qap-qara qaralmış gözlərini Qulubəyin sırtıqlıq ifadə eləyən həyasız baxışlarından anicə yayındırıb zalda gəzişən adamlara baxmış, sonra da ona sarı şax baxaraq (Ancaq bu, alınmamışdı) başını ağır-ağır tərpətmiş və sanki güclə (Yalan danışdığını bilən və qarşısındakının da onun yalan danışdığını başa düşdüyünü hiss eləyən adam belə qətiyyətsiz danışa bilər) söyləmişdi:
⎯ Yooxx.
Ax, Xallı bu an necə də burdan uzaqlaşmaq, çıxıb getmək istəmişdi. Ancaq necə, nə bəhanə ilə? Ayrı vaxt, ən çıxılmaz vəziyyətlərdən çıxış yolu tapan, necə deyərlər, lap iki daşın arasından, yanar odun içindən sıpçınıb çıxan Xallının elə bil basaratı bağlanmışdı, ağlına heç nə gəlməmişdi; hardansa ürəyinə ötəri belə bir hiss axıb dolmuşdu ki, bəlkə bu əclaf hələ də o vaxtkı fikrindən dönməyib, məni ələ gətirmək istəyir? «Əgər elə bir istəyi varsa, bəs niyə demir, ağzına su alıb arsız adam kimi irişir? Yox. O yaxşı bilir ki, məndən ona yar olmaz. Elə o vaxt mən onun cavabını yaxşı vermişəm. Yadından çıxmaz».
Qulubəy isə Xallının qətiyyətsizliklə dediyi o bircə kəlməni - «Yox» sözünü öz beyninin, ürəyinin süzgəcindən keçirmişdi: «Aydındı. Düz tutmuşam. Demək, o vaxt bu gözəlçə həqiqətən Paşanın bağına gedirmiş. Onda gedirmiş. İndi ta getmir. İndi əlbəttə, Paşa onun nəyinə lazımdı? Hə. Bu, mənim bəsimdi».
Sonra Xallı nə demişdi, Qulubəy nə söyləmişdi ⎯ heç birinin düz-əməlli yadında qalmamışdı: Xallı xanım ⎯ bütün şəhər gözəllərinin gözü, açılmaz qapıları təpiyi ilə açan, çox «mənəm», «mənəm» deyən oğlanların arxasını yerə qoymağa qadir, çox kişilərin ürəyinin gizli arzusu olan, özünü qurub qoşmaqda mahir hesab eləyən Xallı ⎯ bu səssiz-küysüz döyüşdə uduzduğuna görə; Qulubəy də ⎯ belə kiçilməz, əvəzsiz üstünlüklərə malik bir mələyi hərləyib-fırlayıb ustalıqla tora saldığına görə. O, bunu misilsiz bir qələbəsi hesab eləmişdi və o günkü əməliyyatından ⎯ taleyin təsadüfən qarşısına çıxardığı və iştirakçısı elədiyi o qəribə oyundan hədsiz məmnun qalmışdı. Onların ikisi də hələ özünə gəlməmiş, ucaboylu, səliqəli, yanında da on-on iki yaşlı bir qız uşağı olan bir qadın ürcah olmuş, Xallını uzaqdan görüb tanımış, yaxın gəlib səmimi, mehriban görüşmüş və Xallı azca əvvəl arzuladığı fürsəti tapmış adam kimi sevinclə ona sarı addımlayıb Qulubəylə demək olar ki, xudahafizləşmədən ayrılmışdı. Hələ də qazandığı «qələbədən» məst olan Qulubəy tanımadığı arvadın qoluna girərək zalın qapısına tərəf gedən Xallının arxasınca baxmış, onun düz, dolu, yaraşıqlı ayaqlarından, tanrının xoş məqamında yaratdığı, hər əzası yerində olan mütənasib bədənindən gözlərini çəkməmişdi və yalnız qoşa laylı, hündür qapının o üzündə görünməz olanda: «Allah səni öldürsün, Xallı. Sən niyə mənə qismət olmadın? Yandırıb yaxdın məni ömrüm boyu. Eh, taleyin işini nə bilmək olur? Bir də gördün özü gəldi» ⎯ deyə düşünüb dərindən ah çəkmişdi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-yandirilmis-adam-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.
Birinci hissə, dördüncü fəsilQəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.
Birinci hissə, beşinci fəsilKimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:
Birinci hissə, altıncı fəsilAraya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Başqa şairlərin şeirləri
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,