Bezmə gəl
Aralı gəzmə, gəzmə, gəl!Özünü üzmə, üzmə, gəl!Özün fikirləş bir görəkSəni kim sevər mənim tək.Qədrini kim belə bilər.
Əlini üzmə, üzmə, gəl!Gözlərindən qov bu kini,Ömrümün imanı-dini!Mənim tək sənin dərdiniSəninlə kim bölə bilər.
Sən məndən bezmə, bezmə, gəl!Bu qaş-gözlə sən ki varsan.Yüz bəh-bəh deyən taparsan,Məni tapmaq deyil asanSəninlə kim ölə bilər.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-bezme-gel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gəraylı: Könül, gəl sevmə xubları
Könül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Qalsın könül, yol qalmasın.Gəl, könül, incimə bizdən,Qalsın könül, yol qalmasın.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür