Təpər istəyir
Özgə laylasına yatma,Özün-özünü aldatmaQazanın qaynasın deyəÖzgəsini oda atma.Baxma burnunun ucunaHər günündən sabaha bax.Mərd doğulub, mərd yaşamaqÖzü də hünər istəyir.
“Mənəm, mənəm” – deyəndə qorx,“Hər şey mənim” – deyəndə qorxÖzünü qurtarmaq üçünÖzgəsini döyəndə qorx.Ədalətdir güclü yaraqHər günündən sabaha bax.Mərd doğulub, mərd yaşamaqÖzü də bir ər istəyir.
Uşaqlıqdan qoru adıDüşmən kimi qovma yadı.Bu dünyanın min üzü varBu gün sənsən, sabah odu,Heç vaxt ağıl gətirməyibAxmaq başa, baha papaq,Mərd doğulub, mərd yaşamaqÖzü də təpər istəyir.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-teper-isteyir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.
Təcnis: Ey əbrusi kaman müjgani xədəngEy əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız