Bu il keçirilməyən yubileyiminşərəfinə yazılıb bu şeir

Könlüm evi eşim-eşim,Bir kimsəylə yoxdur İşim.Kimə nə var küncdə qalıbMənim yetim yetmiş beşim.

Danışıram pişim-pişim,Dodağımı kəsir dişim.Bu dünya – nərdxanasındaGöz çıxardır qoşa şeşim.

Hanı mənim iti şişim?Paxılın gözünü deşim.Vallah, bəxtəvər olmayıbNə bu günüm, nə keçmişim.

Lap yerlə-göylə əlləşim,Şərlə, yamanla güləşim.Qara buludla örtülüb,Görünməz olub Günəşim.

2005

¹ Bəyim bacı – şairin həyat yoldaşı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri