Şamaxıda haçaqsa bir Boyat kəndi vardı

Haçaqsa çadır-çadır,alaçıq-alaçıqboy atdın.Haçaqsa dirilik bulağıydın,Ab-həyatdın.İndi kor çeşməsən, Boyatım!

Haçaqsa çəpər-çəpər,həyət-həyət,böyüdün.Kim bilir ağır banlınecə ev idin,İndi yurddan gen düşmüsən, Böyatım!

Üstündən qırmanc-qırmanc,şırımlar çəkildi.Şırımlar şitil-şitil, kol-kol əkildi,Zolaq-zolaqsan, eşmə-eşməsən, Boyatım!

Bir vaxt Boyat idin.indi boyat olmusan.Bir vaxt layla idin,indi fəryad olmusan,Bayatı olub dilimdə bitdin,dilimdən düşməzsən, Boyatım!

Şamaxı, 1962

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri